Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Afaq XÜRRƏQIZI
"DEYILƏƏN SÖZ YADIGARDIR"


Əziz MUSA


Vüqar TAPDIQLI
İT İLİNDƏ DOĞULDU, İT GÜNÜNDƏ ÖLDÜ
(hekayə)


Sona XƏYAL


Mərkəz QACAR


Müzadİl AQİL
CƏPƏR


DƏRD QAPISI


Elçin HÜSEYNBƏYLI
MƏZAR GƏLINI
(hekayə)



 

Əziz MUSA


 
DANIŞMA

Qara yel hardan əsdi,
Görəsən nədi qəsdi?
Dərdim özümə bəsdi,
Sən də dərddən danışma.

Üzürəm qəm selində,
Qəribəm öz elimdə.
Ah bitibdi dilimdə,
Sən də dərddən danışma.

Çox elləri gəzmişəm,
Ayrılıqdan bezmişəm.
Dünyadan əl üzmüşəm
Sən də dərddən danışma.

Bu nə qismət, bu nə pay,
Qurtarmır bu hay-haray,
Qəribin günü ah-vay,
Sən də dərddən danışma.

Demirəm ki, mən ajam,
Qalıb qalam, qalajam.
Təsəlliyə möhtajam,
Sən də dərddən danışma.

EHTİYAJ

Ehtiyaj qoymadı gözümü açam,
İlhamım uçanda göylərdə uçam.
Olmadı əməlli bir qapı, bajam,
Əyildi qamətim bir bağ salınja.

Bilmədim yaz nejə gəldi, ötüşdü,
Bəxtimə dünyanın həsrəti düşdü.
Qaçdım ayağıma dərd, qəm ilişdi,
Kədər əl çəkmədi mənim olunja.

Fikirlər, xəyallar başımı qatdı,
Şirin arzuları odlara atdı,
Fələyə əl açdım qaşını çatdı,
Bir rəhmi gəlmədi yoxsula, aja.

Dostları çətində, bərkdə yoxladım
Özümü tox tutdum, abır saxladım.
Çox vaxt ayaq üstə yatdım, yuxladım,
Başımı qoymadım rahat balınja.

Mən öyrənməmişəm, gileylənməyə,
Pulum da olmadı şux geyinməyə.
Dostlarım gedəndə qız bəyənməyə,
Mən qaçıb gedirdim çörək dalınja.


ƏLİMDƏN

Hər istəyi, hər arzusu çiçəkdi,
Sözlə dolu xəzinədi, pətəkdi,
Varım, yoxum, olanım bu ürəkdi,
Bu ürəyi Tanrı alma əlimdən.

Dərdli görsə dözəmməyir, ağlayır,
Sevən görsə bulaq kimi çağlayır.
Könülləri bir-birinə bağlayır,
Bu ürəyi Tanrı alma əlimdən.

Gejə-gündüz məhəbbətlə döyünür,
İstəyindən nə çəkinir, nə dönür,
Sevgisiylə qürrələnir, öyünür,
Bu ürəyi Tanrı alma əlimdən.

Bəd əməldən, pis niyyətdən uzaqdı,
Zülmətlərə nur paylayan çıraqdı.
Yaxşılara bir arxadı, dayaqdı,
Bu ürəyi Tanrı alma əlimdən.

Sirdaşımdı, qardaşımdı bu ürək,
Köntöy sözdən qəhərlənir uşaq tək.
Bu ürəyə heykəl qoyam mən gərək,
Bu ürəyi Tanrı alma əlimdən.

UNUTMA

Bu dərdlə, bu kədərlə,
Mənim başımı qatma.
Mən də sənin bəndənəm,
Allah, məni unutma.

Mənə də bir gün ağla,
Məni odlara atma.
Mən sənə əl açıram,
Allah məni unutma.

Bir rahatlıq ver mənə,
Dərdi, qəmi oyatma.
Qarşında diz çökürəm,
Allah məni unutma.

Həsrət öldürür məni,
Tanrım günaha batma.
Səndən özgə kimim var,
Allah məni unutma.

ÖMÜR, GÜN TÜKƏNİR

Ömür, gün tükənir, həsrət tükənmir,
Hələ boylanıram vüsala sarı.
Yolları çən tutub, dağlar görünmür,
Səpilir başıma dağların qarı.

Həsrətin ağrısı qırır belimi,
Çəkilmir ömrümün qara günləri.
Qəhər boğur məni, tutur dilimi,
Fələklər unudub bu köçkünləri.

Bu dərddən, qüssədən bezmişəm daha,
Sızlayan ürəyim sözümə baxmır.
Yerlər də, göylər də batıb günaha,
Neyləyim ayrılıq dözümə baxmır.

Dərdin bir üzü boz, bir üzü qara,
Köksümə uzanır yalanın əli.
Bir çarə tapılmır iztirablara.
Kəsilmir hijranın hayqıran seli.

Hələ də yol çəkir nəmli gözlərim,
Əllərim yetişmir o xoş çağlara.
Dərddən qıyılıbdı qəmli gözlərim,
Görəsən çatırmı ahım dağlara?


DOSTUMA JAVAB

Niyə şəhərə gəlmirsən. Yaşamaq şəhərdədi

Ayrıla bilmədim eldən, obadan,
Ağlayan, sızlayan gözləri gördüm.
Aranda çadırlar salınan zaman,
Soyuq baxışları, üzləri gördüm.

Gün altda qaraldım, sifətdən çıxdım,
Bəxtimə dünyanın əzabı düşdü.
Gözlərim yol çəkdi, yollara baxdım,
Bilmədim bu nejə oyundu, işdi.

Bir gün ağlamadı mənə yaradan,
Nəvaziş görmədim, sevgi görmədim.
Korluq çəkməsəm də qeyrət sarıdan,
Sevda bağçasından bir gül dərmədim.

Nə üst-başım oldu, nə də görkəmim,
Özümə baxmağa vaxtım olmadı.
Aranda boy atdı, çoxaldı qəmim,
Dünyanın sevinji mənə qalmadı.

Özüm də özümü bəyənmirəm heç,
Məni bəyənərmi şəhər qızları.
Şirin arzulara son qoydu bu köç,
Seyr edə bilmədim ay ulduzları.

İndi gözəllər də gözəllik sevir,
Sifətə baxırlar, pula baxırlar.
İndi gözəl qızlar mənə baxanda,
Elə bil nökərə, qula baxırlar.

Fələk atdı məni alova, oda,
Gülmədi ömrümün nurlu səhəri.
Bir ömür yaşadıq biz bu dünyada,
Mən Vətəni sevdim, sənsə şəhəri.