Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

İn­ti­qam QA­SIM­ZA­DƏ
Ədəbiyyatımızın güzgüsü


Bəxtiyar VAHABZADƏ


lqar Fəhmi
Kölgəboğanlar
İlqar Fəhminin "Çənlibel tülküsü" ədəbi layihəsi.
Üçüncü kitab


CORC  ORUELL
"Heyvanıstan"
roman


Qəşəm Nəcəfzadə
Na­miq HA­CI­HEY­DƏR­Lİ


Gülşən LƏTİFXAN
PISPISA


Va­qif SƏ­MƏ­DOĞ­LU
QA­LİB


Yагуб BABAYEV
AZƏRBAYCAN ŞEİRİNİN SƏDİSİ”
XACƏ HÜMAM TƏBRİZİ
(1238-1314)


Zaman Əsgərli
DİR DAHA NATƏVAN HAQQİNDA


Vaqif YUSİFLİ
Aslan Quliyevin “Yazıçının savaşı” kitabı barədə


“AZƏRBAYCAN” JURNALININ 85 YAŞI"


 

İn­ti­qam QA­SIM­ZA­DƏ
Ədəbiyyatımızın güzgüsü


 

 


1923-cü ilin yan­va­rın­dan “Ma­a­rif və mə­də­niy­yət” adı ilə nəş­rə baş­la­yan bu­gün­kü “Azər­bay­can” jur­na­lı­nın ar­tıq 85 ya­şı ta­mam olur. Beş il ön­cə jur­na­lın 80 il­lik yu­bi­le­yi­ni çox ge­niş və tən­tə­nə­li şə­kil­də qeyd et­dik. Və o za­man Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti, ədə­biy­ya­tı­mı­zın bö­yük dos­tu Hey­dər Əli­yev “ədə­biy­yat ta­ri­xi­miz üçün mü­hüm ha­di­sə olan yu­bi­ley mü­na­si­bə­ti­lə” jur­na­lı­mı­zın əmək­daş­la­rı­nı təb­rik et­di, bi­zə “can­sağ­lı­ğı, xoş­bəxtlik və ye­ni ya­ra­dı­cı­lıq uğur­la­rı” di­lə­di. Hə­min mək­tu­bun­da o, çox yığ­cam, cə­mi bir ne­çə cüm­lə ilə “Azər­bay­can” jur­na­lı­nın 80 il­lik fə­a­liy­yə­ti­ni yük­sək də­qiq­lik­lə ümu­mi­ləş­dir­miş, jurnalın məq­səd və və­zi­fə­lə­ri­ni mə­ha­rət­lə mə­na­lan­dır­mış­dı. O ya­zır­dı: “Mü­a­sir və klas­sik Azər­bay­can ədə­biy­ya­tı­na əsas yer ve­rən jur­nal, ey­ni za­man­da, Azər­bay­can oxu­cu­su­nu dün­ya ədə­biy­ya­tı­nın qiy­mət­li nü­ma­yən­də­lə­ri ilə mün­tə­zəm ola­raq ta­nış et­miş­dir. Onun sə­hi­fə­lə­rin­də ədə­bi pro­se­si əks et­di­rən tən­qi­di ya­zı­lar, el­mi araş­dır­ma­lar, pub­li­sis­ti­ka və in­cə­sə­nə­tə da­ir ma­te­ri­al­lar da ge­niş yer tut­muş­dur. Bü­tün bun­lar “Azər­bay­can” jur­na­lı­nı ya­ran­dı­ğı gün­dən ədə­biy­ya­tı­mı­zın güz­gü­sü­nə çe­vir­miş­dir” (kur­siv mə­nim­dir - İ.Q.).


 


Bə­li, hər bir ədə­bi dər­gi ki­mi “Azər­bay­can jur­na­lı da ədə­biy­ya­tın güz­gü­sü­dür. Biz bu güz­gü­nü küncdə-bu­caq­da xı­rıl­da­yan xəs­tə ya­zı­la­ra sarı yox, ədə­biy­ya­tın ma­gistral yo­lun­a, sağ­lam tə­fək­kü­rün, sağ­lam ya­zı­çı tə­xəy­yü­lü­nün məh­su­lu olan ədə­bi nü­mu­nə­lə­rə tə­rəf tu­tu­ruq; bu cür əsər­lə­ri, be­lə ədə­biy­ya­tı jur­na­lı­mız­da əks et­dir­mə­yə ça­lı­şı­rıq. Əl­bət­tə, bə­zi­lə­ri ki­mi lov­ğa­lıq edib, bu­na yü­zə-yüz na­il ol­du­ğu­mu­zu de­yə bil­mə­rəm. Am­ma, hər hal­da, bu­na cəhd edi­rik.


 


Mən “Azər­bay­can” jur­na­lı­nın baş re­dak­to­ru ki­mi də­fə­lər­lə de­mi­şəm və bir da­ha tək­rar edi­rəm: bi­zim jur­nal yaş­lı, gənc - fər­qi yox­dur, əsa­sən Azər­bay­can ya­zı­çı­la­rı­nın - Azər­bay­can şa­ir və na­sir­lə­ri­nin, dra­ma­turq, pub­li­sist, tən­qid­çi və ədə­biy­yat­şü­nas­la­rı­nın doğma oca­ğı­dır. Bu­nu xü­su­si nə­zə­rə çarpdır­maq­da məq­sə­dim nə­dir? Məq­sə­dim xo­şa­gəl­məz bir mə­sə­lə­yə ay­dın­lıq gə­tir­mək­dir. Fə­al ədə­bi qüv­və­lə­ri ta­nı­yanlar və “Azər­bay­can” jur­na­lı­nı mün­tə­zəm iz­lə­yən­lər yax­şı bi­lir­lər ki, bu gün Azər­bay­can na­sir­lə­ri­nin 90, şa­ir­lə­ri­nin 80 fa­i­zi, yə­ni çox bö­yük ək­sə­riy­yə­ti bu jur­nal­da çap olu­nur. On­la­rın da bə­zi­lə­ri, ələl­xü­sus elə də bö­yük bir is­te­da­dı ol­ma­yan­lar, əl­bət­tə, öz­lə­ri­ni nə­zər­də tut­ma­dan, jur­nal­da­kı ya­zı­la­ra ağız bü­zür­lər.Büz­sün­lər, nə de­yi­rəm, bu on­la­rın öz işi­dir. Am­ma bil­sin­lər ki, baş­qa­la­rı da on­la­ra ağız bü­zür­lər. Ay mə­nim əziz qar­daş­la­rım, əs­lin­də, Siz özü­nüz özü­nü­zə, nə­ti­cə eti­ba­rı ilə, ədə­biy­ya­tı­mı­za ağız bü­zür­sü­nüz. Rəh­mət­lik Mir­zə Ələk­bər Sa­bir ya­da dü­şür bu yer­də:


 


“...Ni­yə bəs böy­lə bə­rəl­dir­sən, a qa­re, gö­zü­nü,


 


Yox­sa bu ayi­nə­də əy­ri gö­rür­sən özü­nü?”


 


Bir­də­fə­lik bil­mək la­zım­dır, biz - bu­yuq, ne­cə va­rıq­sa, elə­yik. Val­lah, bil­lah, ina­nın mə­nə, bə­zi xır­da-pa­ra eyib­lə­ri­mi­zi çıx­maq şər­ti ilə (ki­min ey­bi yox­dur ki, Mə­şə­di İbad de­miş­kən, hə­rə­nin bir ey­bi var), bir o qə­dər də pis de­yi­lik. Elə gö­tü­rək şe­i­ri­mi­zi: bu gün biz­də beş, bəl­kə də on şa­ir adı çək­mək olar ki, dün­ya­nın is­tə­ni­lən qi­tə­sin­də, is­tə­ni­lən öl­kə­sin­də be­lə şa­ir­lər­lə fəxr edir, on­la­rı mil­li sər­vət ki­mi qı­zıl­dan, al­maz­dan, neftdən üs­tün tu­tur­lar. Bə­li, on­lar­dan bə­zi­lə­ri mü­əy­yən müd­dət, gö­rür­sən ki, su­sur­lar, az ya­zır­lar; bu çox tə­bii bir hal­dır. İs­te­dad­lı şa­ir­lər vul­kan­la­ra bən­zə­yir­lər, on­lar da fa­si­lə­lər­lə püs­kü­rür­lər. Bu mə­na­da, biz­də ke­çən əs­rin 60-70-ci il­lə­rin­də ədə­biy­ya­ta gəl­miş elə şa­ir­lər var ki, ya­ra­dı­cı­lıq po­ten­si­al­la­rı hə­lə də tü­kən­mə­yib. Nis­bə­tən gənc və or­ta nəs­lə mən­sub şa­ir­lər ara­sın­da da re­dak­si­ya­mız­da yol­la­rı sə­bir­siz­lik­lə göz­lə­ni­lən is­te­dad­lar var. Çox de­yil, am­ma var. Bu­nun­la be­lə, po­e­zi­ya­mız­la bağ­lı bir sı­ra cid­di prob­lem­lər bi­zi çox na­ra­hat edir. Əv­və­la, şe­i­rə olan axın; in­di­yə ki­mi heç za­man be­lə bir axın ol­ma­mış­dır. Mən de­yər­dim ki, bu axın hət­ta epi­de­mi­ya sə­viy­yə­sin­də­dir. Ən qor­xu­lu­su da odur ki, bu­gün­kü qə­zet və jur­nal bol­lu­ğun­da, nəş­riy­yat­la­rın pul ar­dın­ca qa­çıb sə­nət­də sə­viy­yə mə­sə­lə­si­nə qə­tiy­yən fi­kir ver­mə­dən, ki­min gəl­di (tə­ki pu­lu­nu ver­sin) şe­ir­lər ki­ta­bı­nı bu­rax­dı­ğı bir şə­ra­it­də bu dəh­şət­li xəs­tə­li­yin qar­şı­sı­nı al­maq çox çə­tin­dir.


 


İkin­ci prob­lem, in­tel­lek­tin aşa­ğı ol­ma­sı­dır. Hət­ta or­ta əsrlər­də be­lə, şe­i­ri döv­rün, za­ma­nın ən sa­vad­lı, elmli, zi­ya­lı in­san­la­rı ya­zar­mış­lar. Ək­sə­riy­yə­ti də bir yox, bir ne­çə elmdən xə­bər­dar ol­muş, ya­şa­dıq­la­rı cə­miy­yə­tin müd­rik­lə­ri, fi­lo­sof­la­rı sa­yıl­mış­lar. Elmsiz, sə­viy­yə­siz şe­ir oxu­cu­ya nə ve­rə bi­lər? Heç nə. Da­hi Azər­bay­can şa­i­ri Mə­həm­məd Fü­zu­li bu xü­sus­da türkcə di­va­nı­nın di­ba­çə­sin­də çox gö­zəl de­miş­dir: “Elmsiz şe­ir əsa­sı yox di­var ki­mi­dir, əsa­sı yox di­var qa­yət­də bi­e­ti­bar olur”. Hə­lə XVI əsrdə bö­yük us­tad şe­i­rə be­lə bir me­yar­la ya­naş­mış­sa, XXI əsrdə biz bu me­yar­dan im­ti­na­mı et­mə­li­yik?! Özü də in­tel­lek­tu­al şe­ir yal­nız eli­ta üçün yox, bü­tün in­san­lar­çün ya­zıl­ma­lı­dır. Po­e­zi­ya­nın işı­ğın­dan ha­mı­ya pay düş­mə­li­dir. Şe­i­rin di­li ilə xal­qı da­ha tez ma­a­rif­lən­dir­mək, zi­ya­lan­dır­maq müm­kün­dür.


 


Üçün­cü prob­lem isə, kor-ko­ra­nə təq­lid­çi­lik­dir. Bə­zi­lə­ri mü­a­sir gö­rün­mək xa­ti­ri­nə Qərb po­e­zi­ya­sın­da möv­cud olan mü­əy­yən bir mey­lin, ha­di­sə­nin ma­hiy­yə­ti­nə var­ma­dan, har­dan, nə­dən qay­naq­lan­dı­ğı­nı, han­sı bü­növ­rə­yə söy­kən­di­yi­ni öy­rən­mə­dən, bil­mə­dən onu Azər­bay­can şe­i­ri­nə gə­tir­mək is­tə­yir­lər. Dün­ya­dan öy­rən­mək yax­şı­dır və hət­ta va­cib­dir; ata­lar boş-bo­şu­na de­mə­yib­lər ki, dün­ya gör-gö­tür dün­ya­sı­dır. Am­ma nə­yi öy­rən­mək, nə­yi gə­tir­mək? Bu­nu bil­mək la­zım­dır. Mə­sə­lən, Av­ro­pa şe­i­rin­də elə meyllər ola bi­lər və var ki, on­lar ni­der­land, fran­sız və ya­xud çex, in­gi­lis dil­lə­ri­nin kö­kün­dən qay­naq­la­nır və ona gö­rə də bu xalqla­rın ob­raz­lı tə­fək­kür ti­pi­nə doğ­ma­dır. Yə­ni, to­xu­mu əkir­sən - cücərir. Biz­də isə cücərmir. Bi­zim ob­raz­lı tə­fək­kür ti­pi­mi­zə yad­dır. Əl­bət­tə, şa­ir olan kəs ax­tar­ma­lı­dır, ye­ni­ləş­mə­yə cəhd et­mə­li­dir. Şüb­hə­siz. Am­ma alın­mır­sa, de­mə­li, bu yol­dan çə­kin­mək la­zım­dır. Biz “Azər­bay­can” jur­na­lın­da də­fə­lər­lə be­lə ekspe­ri­mentlə­rə yer ver­mi­şik. Hət­ta ay­rı-ay­rı şa­ir və ya­zı­çı­lar­çün bir ne­çə də­fə im­kan ya­rat­mı­şıq. Nə­ti­cə­si ol­ma­yan­da, hə­min mü­əl­lif­lə­rə de­mi­şik: “bit­di!” Tə­əs­süf ki, on­lar bə­zən ba­şa düş­mək is­tə­mir­lər ki, ekspe­ri­ment ona gö­rə ekspe­ri­mentdir ki, mən­fi nə­ti­cə­nin özün­dən də bir nə­ti­cə çı­xa­ra­san.


 


Ümu­miy­yət­lə, po­e­zi­ya­mız­da bu gün mü­za­ki­rə­yə eh­ti­ya­cı olan prob­lem­lər çox­dur və zən­ni­miz­cə, lap ya­xın za­man­lar­da ge­niş bir ya­ra­dı­cı­lıq mü­şa­vi­rə­si ke­çir­mək çox ye­ri­nə dü­şər.


 


Po­e­zi­ya haq­qın­da qı­sa­ca bun­la­rı de­mə­yi va­cib bil­dim. İn­di gö­rək nəsrdə və­ziy­yət ne­cə­dir?


 


Mən ar­tıq 32 il­dir ki, “Azər­bay­can” jur­na­lın­da ça­lı­şı­ram. 20-30 il əvvəl re­dak­si­ya­mı­zın “portfel”in­də o qə­dər po­vest, ro­man olur­du ki, ya­zı­çı­la­rı­mız bə­yə­nil­miş əsər­lə­ri­nin nəş­ri üçün il ya­rım - iki il növ­bə göz­lə­mə­li olur­du­lar. He­ka­yə bol­lu­ğu he­ka­yə axı­nı möv­zu­sun­da mü­za­ki­rə aç­maq zə­ru­rə­ti­ni do­ğur­muş­du... Ye­ri gəl­miş­kən, xa­tır­la­dım ki, o za­man Ya­zı­çı­lar Bir­li­yi­nin 450-500 üz­vü var­dı. Bu gün isə Bir­li­yin üzvlə­ri­nin sa­yı 1500-ü keç­sə də, “portfel”də o il­lər­də­ki­nin beş­də bi­ri qə­dər əsər yox­dur. Bu - mə­sə­lə­nin kə­miy­yət tə­rə­fi. Ye­ri gəl­miş­kən, kə­miy­yət­lə bağ­lı da­ha bir cə­hə­ti nə­zə­rə çat­dır­maq is­tər­dim. İl­də 12 sa­yı çı­xan jur­na­lı­mı­zın hər sa­yı üçün ən azı 10-11 çap və­rə­qi nəsr əsə­ri la­zım­dır. Bu, təx­mi­nən bir ildə 120-130 çap və­rə­qi edir. Azər­bay­can­da isə il­də bu­nun ya­rı­sı qə­dər də, əla de­mi­rəm, heç or­ta sə­viy­yə­li nəsr ya­zıl­mır. Bu fak­ta da diq­qət ye­ti­ril­mə­si­ni is­tər­dik.


 


Kim­sə eti­raz edib de­yə bi­lər ki, sə­nət­dən söh­bət ge­dən yer­də qu­ru rə­qəm­lə­ri xa­tır­la­tma­ğa eh­ti­yac var­mı? Bə­li, var. İn­di­ki hal­da bu rə­qəm­lər bir çox mət­ləb­lə­rə ay­dın­lıq gə­ti­rir...


 


İn­di isə nəsr alə­min­də baş ve­rən­lər ba­rə­də bir ne­çə kəl­mə: Əv­vəl­cə gə­lin bir qə­dər - təx­mi­nən 40-45 il ge­ri qa­yı­daq; bu çox va­cib­dir.


 


Ədə­bi ic­ti­ma­iy­yə­tin qə­ti qə­na­ə­ti­nə gö­rə - və bu hə­qi­qə­tən də be­lə­dir - XX əs­rin 60-cı il­lə­ri Azər­bay­can ədə­biy­ya­tı­nın, o cüm­lə­dən də nəs­ri­nin, be­lə de­mək müm­kün­sə, in­ti­bah mər­hə­lə­si­nin baş­lan­ğı­cı he­sab olu­nur. Bu dövrdə ədə­biy­ya­ta bir çox is­te­dad­lı gənclər gəl­di­lər və öz gə­liş­lə­ri ilə ədə­biy­ya­tı­mı­za ye­ni bir ruh gə­tir­di­lər. Ma­raq­lı­dır ki, yaş­lı nəs­lin bə­zi nü­ma­yən­də­lə­ri də məhz o il­lər­də ol­duq­ca də­yər­li, cə­sa­rət­li əsər­lər yaz­dı­lar. 70-80-ci il­lər­də bu yük­sə­liş da­vam et­di, Azər­bay­can şe­i­ri ki­mi, Azər­bay­can nəs­ri də öl­kə­mi­zin sər­həd­lə­ri­ni aş­dı. La­kin tə­əs­süf ki, müs­tə­qil­lik qa­zan­dıq­dan son­ra, 90-cı il­lə­rin əv­vəl­lə­rin­də ədə­biy­ya­tı­mız, boksçu­la­rın di­li ilə de­sək, nok­da­un və­ziy­yə­ti­nə düş­dü; dur­ğun­luq mər­hə­lə­si baş­lan­dı. Nə yax­şı ki, bu böh­ran uzun sür­mə­di, ar­tıq 90-cı il­lə­rin axır­la­rın­da Azər­bay­can nəs­rin­də ye­ni im­za­lar gö­rün­mə­yə baş­la­dı və “altmı­şın­cı­lar” da hə­rə­kə­tə gəl­di­lər. Dü­nən­ki “altmı­şın­cı­lar” bu gün ar­tıq us­tad sə­nət­kar­lar­dır­lar. Am­ma tə­əs­süf ki, az ya­zır­lar. On­la­rın ar­dın­ca gə­lən nəsillər, xü­su­si­lə “dox­sa­nın­cı­lar” fə­al­dır­lar. Bə­zi­lə­ri hət­ta həd­din­dən ar­tıq fə­al­dır­lar; qı­sa müd­dət­də bü­tün ədə­bi fə­za­nı quc­maq is­tə­yir­lər. Bu isə çox təh­lü­kə­li­dir, büd­rə­yib, qa­zan­dıq­la­rı­nı da iti­rə bi­lər­lər. Sə­nət, xü­su­si­lə söz sə­nə­ti tə­ləs­kən­li­yi sev­mir. Ədə­bi fə­za­da la­yiq­li yer tut­maq­çün söz­lə zər­gər də­qiq­li­yi ilə iş­lə­mə­yin cə­hən­nəm əza­bı­na qat­laş­ma­ğı ba­car­maq la­zım­dır. Bu ira­dım po­ten­si­a­lı olan bə­zi is­te­dad­lı na­sir­lə­rə­dir; ad çək­mə­səm də, öz­lə­ri yə­qin ki, hər şe­yi ba­şa düş­dü­lər.


 


Nəsrdən söz düş­müş­kən, bir qə­ri­bə qə­na­ə­ti­mi də siz­lər­lə bö­lüş­mək is­tər­dim. Nəsr sa­hə­sin­də­ki əsər qıt­lı­ğı bi­zi nə qə­dər tən­git­sə də, mən nəs­ri­mi­zin sa­ba­hı­na gö­rə nik­bi­nəm. Çün­ki nəs­rə axın yox­dur. Bu isə, çox yax­şı­dır.



 


Bəs ədə­bi tən­qid­də nə baş verir? Tə­əs­süf, çox tə­əs­süf ki, fə­al­lı­ğa doğ­ru elə bir tər­pəniş, hə­rə­kət yox­dur: uzun il­lər­dən bə­ri da­vam edən süstlük, ədə­bi pro­se­sə qar­şı bi­ga­nə­lik, eti­na­sız­lıq... Tək-tək is­tis­na­la­rı çıx­maq şər­ti ilə, təh­lil edən, dü­şü­nüb dü­şün­dü­rən kə­sər­li mə­qa­lə­lər, ümu­mən ədə­biy­ya­tı­mız və ay­rı-ay­rı ya­zı­çı­la­rı­mız haq­qın­da əda­lət­li fi­kir, doğ­ru, qə­rəz­siz söz hə­lə də ya­zıl­mır. Çox qə­ri­bə­dir, tən­qid­çi­lik id­di­a­sın­da olan­lar, özü­nü tən­qid­çi sa­yan­lar çox­dur, or­ta­ya ya­zı qo­yan­lar isə yox­dur və ya çox az­dır. Bir də ki, “mən tən­qid­çi­yəm” de­mək üçün ən azı ədə­bi pro­se­si diq­qət­lə iz­lə­mək, oxu­maq la­zım­dır. Biz­də isə bu işi se­vən çox az­dır. Ya­zı­çı­la­rı­mı­zın ço­xu yal­nız öz yaz­dıq­la­rı­nı oxu­yur, həm­kar­la­rı­nın ya­ra­dı­cı­lıq­la­rın­dan bi­xə­bər­dir­lər. Apar­dı­ğım mü­şa­hi­də­lə­rə əsa­sən de­yə bi­lə­rəm ki, bir çox­la­rı hət­ta ədə­bi qə­zet və jur­nal­la­rı be­lə alıb oxu­mur­lar. Yal­nız öz ya­zı­la­rı çı­xan­da re­dak­si­ya­la­ra ge­dib nüs­xə is­tə­yir­lər. Bu cür ədə­biy­yat ada­mı ol­maq ol­maz.


 


O ki qal­dı jur­na­lın 85 il­lik yu­bi­le­yi­nə... Bi­lir­siz, son vaxtlar bu yu­bi­ley­lər dö­nüb lap qa­ra­vəl­li­lə­rə. Gö­rür­sən ki, bi­ri qə­ze­ti­nin və ya jur­na­lı­nın 2 ya­şı­nı, o bi­ri 4, di­gə­ri 7 ya­şı­nı bay­ram elə­yir. Tə­rif­lər, al­qış­lar yar­paq ki­mi tö­kü­lür. A ba­şı­nı­za dö­nüm, biz bay­ram­sa­ya­ğı bə­zə­nib-dü­zə­nib yer­li-yer­siz yu­bi­ley­lər, təq­di­mat­lar ke­çi­rə-ke­çi­rə, bi­ri-bi­ri­mi­zi tə­rif­lə­yə-tə­rif­lə­yə cid­di ol­ma­ğı, qü­sur­la­rı­mız haq­qın­da söz eşit­mə­yi ya­dır­ğa­mı­şıq. Gə­lin yu­bi­ley­lər əvə­zi­nə cid­di ya­ra­dı­cı­lıq konfransla­rı ke­çi­rək, kim­dən­sə gə­rək­li bir söz eşi­dək. Yu­bi­ley­lər Ni­za­mi­yə, Fü­zu­li­yə baş­qa ko­ri­fey­lə­ri­mi­zə ya­ra­şır. Am­ma heç on­la­ra hər beş il­dən bir yu­bi­ley ke­çi­ril­mir.


 


Hə­lə­lik bu qə­dər.