Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

İn­ti­qam QA­SIM­ZA­DƏ
Ədəbiyyatımızın güzgüsü


Bəxtiyar VAHABZADƏ


lqar Fəhmi
Kölgəboğanlar
İlqar Fəhminin "Çənlibel tülküsü" ədəbi layihəsi.
Üçüncü kitab


CORC  ORUELL
"Heyvanıstan"
roman


Qəşəm Nəcəfzadə
Na­miq HA­CI­HEY­DƏR­Lİ


Gülşən LƏTİFXAN
PISPISA


Va­qif SƏ­MƏ­DOĞ­LU
QA­LİB


Yагуб BABAYEV
AZƏRBAYCAN ŞEİRİNİN SƏDİSİ”
XACƏ HÜMAM TƏBRİZİ
(1238-1314)


Zaman Əsgərli
DİR DAHA NATƏVAN HAQQİNDA


Vaqif YUSİFLİ
Aslan Quliyevin “Yazıçının savaşı” kitabı barədə


 POEZİYA
 

Qəşəm Nəcəfzadə
Na­miq HA­CI­HEY­DƏR­Lİ


 

QƏrİblİk...


İtlər səslərini tullayır göyə
Biri ayda ilişir
Sonra itlər hürüşür
O səsi düşürməyə.
Təzə küçüklər doğulur
0 səsi çağırmağa.

ağac səslərini su kimi tökür
bir yarpaq səs qalıb əlimdə
ağac ölüb-dirilir
o səsi əlimdən
qaldırmağa.
Küləklər suları sovurdu göyə
Bulud ələyində darıxan sular
Damcı şəklində
Deşib küləyi
Qayıtdı yerə.
Ancaq bir damcı qayıtmadı
Düşüb bir quşun dimdiyinə
Getdi qürbətə...
O vaxtdan yer kürəsi
Quşların dimdiyindən öpür.


PƏncƏrƏ  şüşƏsi


Burnumu pəncərə şüşəsinə
Dayayıb
Düz iyirmi il getdim qabağa
Səni qoyub gəldiyim yerə-
Ömrümün əvvəlinə.
Yadındadı ütü əlini
Yandırmışdı ha...
Mən də dərman almışdım  sənə
Hətta əllərini mənə göstərməyə
Utanırdın...
Deyirdin əllərim yoxdu
Pişik yeyib.
Bax onda, mən sənin əllərini
Tapanda  sevdim
Nə gözəl əllərin varmış...
Pəncərə şüşəsi olmasaydı
Irəli gedə bilməzdim
Bir saat da olsun...
Heyranam
Şüşəylə burnun möcüzəsinə...


TƏqvİm


İyul günlərinin üstündən
Qara xətt çəkilib.
Elə bil şallaqla bir sürü
Milçəyi qırıblar.
Tək öldürülməmiş iki gün qalıb
İki ağ kəpənək...
Eh uça bilsəydi o iki gün
Dayansaydı vaxt...


Arxİv


Hərdən yadıma düşür ki, sən varıydın bir vaxt
Gərək ki, Gəncədən idin...
Gərək ki, adın Bənövşə idi...
Gərək ki, orta məktəbdə müəllim işləyirdin...
Gərək ki, sol qolun ağrıyırdı...
Gərək ki, televizor almaq istəyirdin...
Səhv etmirəmsə yaşıl donun vardı...Yaxası düyməli...


HƏyat etüdlƏrİ


Sevginin ölümü küçələrin ölümü deyilmi?
Payızın ölümü deyilmi sevginin ölümü?


Skamyaların boşluğu
Ayrılığın şəkli deyilmi?


Qağayılara atıram qələmimi
Mən indi qatil deyiləmmi?


 Inthar etmiş yarpaqlara bax
Kim ağaclara qaldırar
Ölmüş baharı?


Bəlkə də yarpaqlar şəkillərdi
Fotoqraf yıxılıb
Açılmış çantasının ağzı
Bax gör necə öpüşür şəkillər.
Və yaxud
Ağacların altındakı kimsəsizlik
Ağacdan asılmış
Boş yellənçək deyilmi?


Seks filmlərində dodaqlar ölmədilərmi?
Gözlər hələ də ağlayır bir cüt körpəsini.


Mersedesin surəti ayrılığa bənzəmirmi?
ABŞ dolları mübahisə deyilmi?


Şadlıq saraylarında
Bir azca qəm var
əvvəl ağaclar ölür
sonra adamlar
biz bunu bilmirikmi? 


Sahil bağında
Skamyalara yazılmış adlar
Islanmış sərçələr kimi civildəşirlər:
"Vaxtı ilə biz də sevmişik"
indi biz bu adlara təsəlli olmayaqmı? 


Ömrüm mübahisələrlə doludu
Hər biri həyata bərabər...


Deyəsən 
insanları əşyalar öldürür...


TƏkrar


Sən şirin yuxusan
Mən səni yatdım, qadın!
Of necə təkrarsan
Yada düşmürsən
 yadda qalmırsan. 


Dodaqların təkrar
əllərin təkrar
yastıqda
başının çuxuru təkrar. 


əvvəlcə üşüyürsən
sonra titrəyirsən
sonra ağlayırsan. 


əvvəl gəlmək istəmirsən
sonra özün gəlirsən
əvvəl haqlı olursan
sonra peçman olursan. 


ayaqların
bütün günlərdəki kimi təkrar... 


mənə sevgi dəydi
səndən oyandım, qadın! 


Nə qədər qadın var
Bir o qədər yatan kişi
Nə qədər ayılan var
Bir o qədər göz yaşı.


SƏhƏr...


Səhər-səhər əl-üzümü
ağacla yudum
səhər-səhər dilimi
adamla açdım. 


Özümü balaca divarla mehlədim
Alnımın tərini buludla qurutdum
Gözümün yuxusunu quşlarla yudum.
Ayağımı yolla rahatladım


Payız havasıyla dəstəmaz aldım
Sonra tamaşa qıldım
Heç vaxt görmədiyim bir səhərə...


                                                                       ATƏT sayağı

Yaxşı ki, mən sənə zəng elədim
Yaxşı ki, sən də telefonu söndürdün
Yaxşı ki, mən də səbəbini soruşdum
Yaxşı ki, sən də daha məni sevmədiyini
Söylədin...
Yaxşı ki, mən səni öldürmədim
Yaxşı ki, sən də yaxına gəlmədin
Yaxşı ki, mən də səni qovmadım
Yaxşı ki, sən də qaçmadın
Yaxşı ki, mən çıxıb bu tərəfə getdim
Yaxşı ki, sən də çıxıb o tərəfə getdin.


                                                                        Kabab üstündƏn...

Məni gözəl unutdun - Allah köməyin olsun
Məni gözəl ağlatdın - Allah köməyin olsun
Yenə də ağladırsan - Allah köməyin olsun
Yenə də alladırsan - Allah köməyin olsun
Məni pula dəyişdin - Allah köməyin olsun
Məni qula dəyişdin - Allah köməyin olsun
Məndə yaran yaxşıdı - Allah köməyin olsun
Mənə belə yaxşıdı - Allah köməyin olsun.


KüÇƏ söhbƏtlƏrİ


Telefon nömrənizi yığmaq
Barmaqlarıma söymək
kimidi indi.


"Alo" səsini eşitmək
yatdığın divana baxmaq
kimidi indi.


Küçənizdən kirayə ev soruşmaq
Ev nömrənizi qopartmaq
Səni çağırmaqdı indi. 


Küçənizdəki dükana girmək
Səni tanıyan arvada baxmaq
Sonra da salam vermək
Bir az karıxmaqdı indi.


 


Küçəniz nə daşlıdı


Bir daş da mən qoyum bəs olsun.
Ayağıma daş dəysin
Qoy ürəyim soyusun. 


Nə qədər adam öldü
Nə qədər qız ərə getdi, ay aman!
Yerinə bir qızı sevmək
Nə qədər çətinmiş, ay aman!



                                                                          ƏylƏn deyİm
Əsl kişi arvadından bəlli
Əsl arvad süfrəsindən bəlli
Qoçaq igid atından bəlli
Sevən oğlan corabından bəlli
Yaxşı çoban itindən bəlli
Gözəl gəlin dilindən bəlli
Gözəl şair abrından bəlli
Yaşıl söyüd arxından bəlli
Yaxşı dəyirman çarxından bəlli
Yaxşı qız anasından bəlli
Yaxşı at yorğasından bəlli
Yaxşı ev urfasından bəlli
Varlı kənd quzusundan bəlli
əyilən insan belindən bəlli.


ÜstünƏ


Mövlanə Cəlaləddin Rumiyə


 


Gözəl-gözəl sözlər tozuymuş tamam
Gəlsən çiçək qoyaq tozun üstünə.
Bəlkə də çiçəkmiş tozun özü də
Qoyulub hər gözəl sözün üstünə.


Çoxu az elədim, mən aza yendim,
Yüz sözdən qeyb olub bir sözə yendim.
İlahi, bu səhər Namaza yendim,
Çəkdim yer kürəsin dizim üstünə. 


Can qoydum hər sözü mən ələ aldım
Yerə qoymadım ki, könlümə aldım
Sənin ayağının tozuymuş sandım
Tozu öpüb qoydum gözüm üstünə.


                                                                    YenƏ sƏn haqqında elƏ-belƏ...

Hər şey səndən sonra oldu
Hər şey...
Həmin ünvanda deyiləm
Işdən çıxmışam artıq.


Bacım rəhmətə getdi
Sonra da atam
Mən də yır - yığışdayam.


Deyirlər sizin binanı sökürlər
Ayaq üstə durub dayanacaqlar.
Şəhərə təzə avtobuslar gəlib
Başqa cürdü oturacaqlar.
Sənin ağırlığın yoxdu
Bu şəhərdə-
Bəlkə yellənçəkdəsən? 


Bəlkə başıma ələnən yağış
Ayaqqabına dolan sudu
Bəlkə ayaqların başıma
Düşür.
Daha doğrusu, addımlarının
Səsi. 


Səndən sonra mersedes aldım
Səni piyada getdiyim yolda
Qoyub gəldim.
Indi küçələrdə parça-parçasan.
Səni adam şəklində haradan
Götürüm?
Adam ol, adam.
Ayaqlarım tez-tez
əyləci basır
bütün günü maşında
ayaqlarım rəqs eləyir. 


Gorsən məni tanımazsan
Deyirlər arıqlamışam
Bax gör səni necə
Unutmuşam. 


Daha şeir yazmıram
Şəkil çəkirəm
Daha avara deyiləm
Yaxşı pul qazanıram.




Na­miq HA­CI­HEY­DƏR­Lİ


ÖLÜ­MƏ GE­Dİ­RƏM


Nə­lər çək­di­yi­mi bir Tan­rı bi­lir,
Dur­muş ba­şı­mı­zın oyaq üs­tün­də.
Kök­süm­də bir qəlb var, qəl­bim­də min dərd,
Da­ya­nıb bir­cə cüt da­yaq üs­tün­də. 


Mən­li­yi, qü­ru­ru qo­ru hə­yat­da,
Əfə­li, aci­zi sev­mir hə­yat da.
Yad qı­zıl ax­ta­rır yur­du­mun altda,
Biz də gü­nü­mü­zü sa­yaq üs­tün­də. 


Ay Na­miq, bu dün­ya gəl­məz ama­na,
Mey­dan ver­mə, mey­dan oxu ya­ma­na,
Sü­rü­nə-sü­rü­nə gəl­dim ca­ha­na,
Ölü­mə ge­di­rəm ayaq üs­tün­də.


Tİ­KƏ­Mİ­ZİN DU­ZU YOX


Ti­kə­mi­zin du­zu yox,
Şit­lik­dən yo­rul­mu­ruq.
Çal­xa­lan­dıq yüz kə­rə,
Arı­nıb-du­rul­mu­ruq. 


Ömür yo­lu­muz ağ qar,
Hə­ya­tı­mız lal axar.
Döy­mə­li ba­şı­mız var,
Ba­şı­mı­za vur­mu­ruq. 


Na­miq, söz de­mək ar­tıq,
Söz ka­ra gəl­mir ar­tıq.
Yat­say­dıq, oya­nar­dıq,
Öl­mü­şük ki, dur­mu­ruq.


GE­Dİ­RƏM


Cən­nət­lə cə­hən­nəm fər­qi bil­mə­dən,
Tan­rı sev­gi­sin­də uyub ge­di­rəm.
Dağ boy­da yı­ğı­lan gü­nah­la­rı­mı,
Dər­ya­ca qə­mim­lə yu­yub ge­di­rəm. 


Acın­dan ölə­nə çö­rək de­yi­ləm,
Ca­han­da heç kə­sə di­rək de­yi­ləm.
Da­ha bir kim­sə­yə gə­rək de­yi­ləm.
Bu acı dəh­şə­ti du­yub ge­di­rəm.


Ca­ha­na sığ­ma­yan bir sus­maz ünəm,
Elə yan­ma­dım ki, mən bir də sö­nəm,
Azad­lıq eş­qi­lə alı­şır si­nəm,
Dün­ya­nı bir məh­bəs sa­yıb ge­di­rəm. 


Dərd-kə­dər al­sa da dörd bir ya­nı­mı,
Təs­lim ey­lə­mə­dim şə­rə ca­nı­mı,
Ver­mə­dim yel­lə­rə bir­cə anı­mı,
İzi­mi, sö­zü­mü qo­yub ge­di­rəm. 


Tan­rı­ya düz ol­dum, sev­gi­mə sa­diq,
Ya­şa­dım öm­rü­mü, ya­şı­ma la­yiq,
De­mə­yin dün­ya­dan tez get­di Na­miq,
Dün­ya­dan, in­san­dan do­yub ge­di­rəm.


Sİ­Zİ


Ve­rin dər­di dərd üs­tün­dən,
Gü­lüb yan­dı­ra­cam si­zi.
Qan­lı ya­şı göz­lə­rim­dən,
Si­lib yan­dı­ra­cam si­zi. 


Həm sa­vab, həm su­çum ilə,
Ge­di­rəm qəm kö­çüm ilə,
Dər­di­mi öz içim ilə,
Bö­lüb yan­dı­ra­cam si­zi. 


Şər iş­lə­ri nə dan­ma­dız,
Nə pis­lik­dən usan­ma­dız.
Ya­şa­dım, mə­nə yan­ma­dız,
Ölüb yan­dı­ra­cam si­zi.`