Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

VAQIF BƏHMƏNLI
DIAQNOZ

Roman


SEYRAN SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


CAMAL YUSIFZADƏ


QILMAN İLKİN
Xalqinin müztərib oğlu


Sabir SARVAN


Etibar BABAYEV
YALANA HEYKƏL
(“Tarix - ibrət alanlar üçün dərsdir” silsiləsindən)­


SƏRVAZ HÜSEYNOĞLU


Nizami MURADOĞLU


İrina NİKİTİNA
POSTMODERNİST SƏNƏT


DRAMATURGİYA
 

QILMAN İLKİN
Xalqinin müztərib oğlu


 
                                                               Fəxr edirəm ki, mən Azərbaycanda anadan olmuşam.
                                                                                                      
                                                                                                                Abbasqulu Ağa Bakıxanov




Köhnə Tiflisin Şeytanbazar meydanında dərzi Mövludun dükanı. Dükanın açıq qapısından qələbəliyin səsi eşidilir. Hardasa şarmanka çalınır. Kilsə zənglərinin səsi azan səsinə qovuşmuşdur. Mövlud tikişlə məşğuldur. Veysəl arxasında heybəsi daxil olur.
Veysəl - Salam əleyküm, Əmioğlu.
Mövlud - Yalla, yalla xoş gəldin, Veysəl. Nə vaxt gəlmisən?
Veysəl - Bir az olar, karvansarada ləngidim ki, dükan-bazar açılsın.
Mövlud - Qubada sağ-səlamətlikdir. Bizimkilər nə eyləyir?
Veysəl - Canına duaçıdırlar. Xəlil əmioğlu bir az xəstə düşmüşdü, indi o da yaxşıdır.
Mövlud - Nə əcəb biz tərəfləri yad eləmisən?
Veysəl - Heç, gəldim uşaqlara bir az ayın-oyun alım.
Mövlud - Qubada nə var, nə yox?
Veysəl - Qubanı daha demə. Zülm ərşə dirənib. Komendantın əlindən göz açmaq mümkün deyil. Axırıncı yorğanımızı da üstümüzdən çəkib aparır.
Mövlud - Bəs naiblər sizinlə necə rəftar eyləyir?
Veysəl - Naiblər komendantdan da pis. Dilbir olub, camaatı soyurlar. Zülm daha ərşə dayanıb.
(Heybəsindən məktub çıxarıb, Mövluda verir.)
Bu naməni də sənə Xəlil əmioğlu göndərib.
Mövlud - Çox sağ ol, gətirən qolların var olsun.
Veysəl - Dil cavabı da mənə tapşırdı sənə deyim ki, yığışıb gələsən Qubaya. Dərzilikdir əyər, deyir, burada da eyləyə bilər. Nə var oturub, orada xaçpərəstlərin içində?!
Mövlud - Yox, Veysəl, qayıda bilmərəm. Öyrəşmişəm burada, müştərilərim də var ki, məndən başqa heç kəsə paltar tikdirmirlər.
(Bayırda azan səsi eşidilir.)
Veysəl - Mövlud əmioğlu, vallahi qəribə şəhərdir. Bir tərəfdə azan verilir, o biri tərəfdə kilsə zəngləri çalınır. Şəhərdə də birinin dediyini o biri başa düşmür.
Mövlud - Düz deyirsən, bu saat Tiflis dönüb olub həftəbecər. Hər millətdən desən, burada adam var. Avropadan gələnlər də buradan gəlib keçir. Hindistandan gələnlər də. Şəhərdə hansı millətdən desən tacir tapmaq olar.
Veysəl - Şəhər qoşunla doludur.
Mövlud - Qoşunu daha demə. Ruslarla İran arasında təzədən dava başlayıb. Ona görə də bu qədər qoşunu töküblər şəhərə.
Veysəl - (Heybəsindən bir məktub da çıxarır.) Bunu da Abbasqulu ağaya çat-dırmalıyam. Arvadı Səkinə xanımdandır. Ancaq heç bilmirəm ki, işlədiyi yeri necə tapım?
Mövlud - Tapsan da səni oraya buraxmazlar. O, baş hakim Yermolovun oturduğu binada olur. Özü indilərdə mənim yanıma gəlməlidir. Frençinin düymələrini tikmişəm. Harda olsa gəlib çıxar.
Veysəl - Deyirsən məni buraxmazlar yanına? Axı ona deyiləsi sözüm də var.
Mövlud - Baş hakimin qapısında da həmişə saldat durur. Hər adamı onun yanına buraxmırlar.
(Bakıxanov görünür.)
Bu du ha, özü də gəldi. Nə sözün varsa, burada deyərsən ona.
Abbasqulu - (gəlir.) Salaməleyküm.
(Mövlud və Veysəl ayağa qalxırlar.)
Mövlud - Ay əleyküm salam. İndicə elə sənin söhbətini eləyirdik, Abbasqulu ağa!
Abbasqulu - O nə söhbətdir elə?
Mövlud - (Veysəli göstərir.) Bizim bu elli Veysəl indicə Qubadan gəlib. Sənə də məktub gətirib.
Abbasqulu - Doğrudan? Nə yaxşı oldu. Çoxdandır evdən məktub almıram.
Veysəl - (Məktubu verir.) Buyurun.
(Bakıxanov məktubu oradaca açıb oxuyur.)
Mövlud - Evdə səlamətlikdirmi?
Abbasqulu - Sağ-səlamətlikdir.
Mövlud - Allaha şükür.
Abbasqulu - (Veysələ.) Danış görək, Qubada nə var, nə yox?
Veysəl - Quba həmən Qubadır, naiblərin zülmü olmaya.
Mövlud - O gün də Qubadan biri gəlmişdi. Balam, komendantdan bərk danışırdı. Yazıq kəndlilərin başına bir oyun açır ki, gəl görəsən.
Abbasqulu - Əlyarı deyirsən, mənim də yanıma gəlmişdi. Usta Mövlud, mən nə edə bilərəm? Əlim heç yerə çatmır. Bu paqonlar ağır daş kimi çiyinlərimdən sallanır.
Mövlud - Başa düşürəm. Divan adamısan.
Abbasqulu - Ancaq onlar məndən nə isə umurlar. Hey yazırlar ki, yuxarıda divan idarələrində onların tərəfini saxlayım. Ayağa verməyim. Mən nankor deyiləm, usta. Mən onlara xəyanət etsəm, yediyim çörək gözlərimi tutar. Di gəl, əlim-qolum bağlanıb.
Mövlud - Qəm yemə, Abbasqulu, Allah bilir ki, sən elədiyini eləyirsən. Aşkarı aşkar, gizlini gizlin. Bundan savayı əlindən daha nə gələr?
Abbasqulu - Axır zamanlar Baş hakimin mənə münasibətində nə isə bir iltifatsızlıq hiss edirəm. Mənə elə gəlir ki, nə isə hərəkətlərimdən şübhələnir. Adamlarla görüşəndə elə bil, arxamda məni izləyənlər var. Mən rus zabitlərini demirəm. Onlar Rusiyanın ən münəvvər adamlarıdır. Baş hakimin xarici işlər üzrə katibliyində işləyən Aleksandr Sergeyeviç Qriboyedov çox nəcib və müdrik bir adamdır. Onunla işləmək mənim üçün xoşdur. Di gəl, ətrafında dolaşan satqın adamlar Baş hakimin gözünə yaxşı görünmək üçün haqqımda hər cür şayiələr uydura bilərlər. Onun qılığına girib, aramızda nifaq da törədərlər. Mən belələrindən qorxuram.
Mövlud - Əlbəttə, ehtiyatlı və tədbirli olmalısan. Biz kiçik millətik, özü də məğlub edilmiş. Bizi şərə salmağa nə var ki.
Abbasqulu - (Uzaqdan gedən bir zabiti görüb onu səsləyir.) Vilhelm Karloviç.
(Zabit onlara tərəf gəlir.)
Bu, Yermolovun dəftərxanasında işləyirdi. Adı Küxelbekerdir. İndi isə xidmətdən azad olunub, vətəninə qayıdır. (Zabit yaxınlaşır.) Vilhelm Karloviç, sən hələ də Tiflisdəsən? Mən elə bilirdim yola düşmüsən.
Küxelbeker - Yox, Abbasqulu, işlərimi qurtara bilmədim. Bu gün yola düşürəm.
Abbasqulu - Biz də sabah səfərə çıxırıq. Düz axşam altıda. Abbas Mirzə Şuşadan çıxıb, 120 min qoşunla Tiflisə tərəf gəlir.
Küxelbeker - Sizə uğurlu səfər. Güman eləyirəm ki, bu dəfə İran qoşunları silahlarını birdəfəlik yerə qoyacaqlar.
Abbasqulu - Amin. Demək, yollarımız ayrılır.
Küxelbeker - Mən şadam ki, yollarımız məhz burada - Qafqazda ayrılır. Bu gözəl diyarın xatirələri əbədi mənimlə yaşayacaq. Qafqazda yeni dostlar qazandım. Bu cəhətdən taleyimdən çox razıyam.
Abbasqulu - Əlbəttə, bu xatirələr tez-tez bizim də qəlbimizi isidəcəkdir. Mən doğma vətənimdə qalsam da, qəlbim uzaq diyarlarda yaşayan dostlarımın yanında olacaq.
Küxelbeker - Di yaxşı yol. Özünü qoru, Abbasqulu. Sənə ünvan vermişəm, məktubunu gözləyəcəyəm.
Abbasqulu - Arxayın ol, yazacağam. Sənə də yaxşı yol. (Onlar qucaqlaşırlar. Küxelbeker gedir.)
Veysəl - Abbasqulu ağa, sizə bir sözüm də vardı.
Abbasqulu - Desənə.
Veysəl - İkilikdədir söhbətim.
Mövlud - Mən namaz qılacağam. Siz söhbətinizi eləyin.
(Çıxır.)
Veysəl - Abbasqulu ağa, vallah deməyə də çəkinirəm. Ancaq sizi tanıyanların iltimasıdır. Dedilər ki, sizə çatdırım.
Abbasqulu - De, de, çəkinmə.
Veysəl - Qardaşınız Cəfərqulu ağa barəsində deyəcəyəm.
Abbasqulu - Ona nə olub ki?
Veysəl - Ona heç bir şey olmayıb. Camaat ondan narazıdır.
Abbasqulu - Deyirsən yəni camaatı incidir?
Veysəl - Bəli, Abbasqulu ağa. Onun nahiyəsində bir adam tapılmaz ki, ondan razı qalsın. Bir naib kimi adamlara çox əzab verir. Camaatın boynuna əlavə vergilər qoyur. Camaat o biri naiblərə min şükür deyir.
Abbasqulu - Sən nə danışırsan? Bəs atamın xəbəri yoxdur?
Veysəl - Atanız xəstə adamdır. Evdən bayıra çıxa bilmir. O da ki, atanızı çox gec-gec yoluxur.
Abbasqulu - Mən heç gözləməzdim. O nə üçün belə etsin? Bütün Quba əhli Mirzə Məhəmməd xanın başına and içir, oğlu isə belə işlərlə məşğuldur. Yox, yox, belə namərdlik bizə yaramaz. (Əsəbi halda gəzişir.) Bəs nə üçün Əliyar mənim yanımda olanda bu barədə deməyib.
Veysəl - Abbasqulu ağa, əslində, o, Tiflisə bunu sizə çatdırmaq üçün gəlmişdi. Ancaq çəkinib, sizinlə danışa bilməyib.
Abbasqulu - Nə üçün, nə üçün çəkinib? Bunu mənə də deməsəydi, kimə deyəcəkdi?
Veysəl - Qayıdıb gələndən sonra camaat da onun üzünü danladı.
Abbasqulu - Bu səfər olmasaydı, günü elə bu gün Qubaya yola düşərdim. İndi nə edə bilərəm? Sən nə vaxt Qubaya qayıdacaqsan?
Veysəl - Sabah.
Abbasqulu - Mən ona da, evə də məktub yazacağam. Bu gün axşam buraya gəlib, məktubları götürərsən. Cəfərquluya məktubu özün əlbəəl verərsən, bizim evə də deyərsən ki, nigaran qalmasınlar. Səfər bəlkə uzun çəkdi.
(Mövlud gəlir.) Mövlud kişi, mən bu axşam sənə məktub göndərəcə yəm. Onları Veysələ verərsən.
Mövlud - Bəs frençin? Hazırdır, apara bilərsən.
Abbasqulu - Onu məktub göndərdiyim adama verərsən. Məni daha bağışla. Gürcü dostlarımdan Çavçavadze və Barataşvili ilə vidalaşmalıyam. Sağ ol. Başıma bir iş gələrsə, məni halal eylə. Bu dünyanın işini bilmək olmaz.
Mövlud - Siz nə danışırsınız, Abbasqulu ağa? Elm və ürfan adamlarını allah özü həmişə hifz edir. Gedin, allah əmanətində.
(Bakıxanov gedir.)
(Onun arxasınca baxıb, köks ötürür.) Bu müharibələr camaatı çapıbtaladı. İndi Abbas Mirzənin qoşunları qarışqa kimi canımıza daraşacaq. Onların qabağını ala bilməsələr, Şuşanın heyfini Tiflisdən çıxacaq. Bizi çalıb-çapacaqlar.
Veysəl - Əmioğlu, deyirsən yəni kazaklardan da çox çalıb-çapacaqlar? Axırımıza çıxıblar, bir quru canımız qalıb.
Mövlud - (Köksünü ötürür.) Onu da düz deyirsən, Veysəl.
Veysəl - Siz Tiflisdə oturub, çox şeyi görmürsünüz. Gəlin bir kəndlərə baxın.
Mövlud - Bilirəm, bilirəm, hər gün də eşidirəm.
Veysəl - Bəs bu işlərin axırı necə olacaq?
Mövlud - Nə deyim, vallah. Fələyin işini bilmək olmaz.
Veysəl - Deyirsiniz, yəni oturub gözləyək?
Mövlud - (Əllərini göyə qaldırır.) Allaha təvəkkül.
Titr:
" 1826- cı ildə İranla Rusiya arasında təzədən hərbi əməliyyat başladı və iki il sürdü. Bu illərdə Qafqaz Baş hakimi Yermolovu general Paskeviç əvəz etmişdi. Müharibə qurtarandan sonra 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında məşhur "Türkmənçay müqaviləsi"nin bağlanmasında iştirak edən komissiyanın tərkibində Qriboyedovla Abbasqulu ağa Bakıxanov da vardı. Bu, tarixin böyük səhvi idi. O vaxtdan doğma Azərbaycan torpağı iki hissəyə bölünmüşdür."
(Paskeviçin dəftərxanasında Bakıxanovun kabineti. Divardan xəritə asılmışdır. Orada Araz çayının Azərbaycanı iki hissəyə ayırması aydın görünür. Abbasqulu təkdir. )
Rüstəmbəy - (Daxil olur.) Salam.
Abbasqulu - Salam, Rüstəmbəy. Buyurunuz əyləşin. Süvari polkunuz nə haldadır, hazırdır?
Rüstəmbəy - Hər şey hazırdır, cənab kapitan. Çoxusu ona görə gəlmişəm ki, sizi təbrik edim, təzə rütbə almanızla.
Abbasqulu - Çox razıyam. Ancaq sevindirici heç bir şey yoxdu.
Rüstəmbəy - Sizi başa düşürəm.
Abbasqulu - Yox, məni heç kəs özüm kimi başa düşməz.
Rüstəmbəy - Əlbəttə, orası elədir. Ancaq bu hamımızın dərdidir.
Abbasqulu - Bir var ki, dərd barəsində eşidəsən, bir də var ki, özün onun içində olasan. Ona görə mənim dərdim göründüyündən daha böyükdür. Sən bircə göreydin ki, Azərbaycanın iki yerə parçalandığını eşidən kimi Marağada, sərhəd kəndlərdə yaşayanlar nə fəğan qoparmışdılar. Onların fəryadlarına ürək lazımdı dözə bilsin.
Rüstəmbəy - Elə bu tayda qalanlar da göz yaşı tökürdülər.
Abbasqulu - Deyirdilər ki, heç belə şey olarmı, atamız, anamız Arazın o tayında qalsın, biz bu tayında. Allah heç götürərmi ki, qohum-əqrəbamızın üzünə həsrət qalaq?!
Rüstəmbəy. Bəs nə üçün müqavilənin bağlanması bu qədər uzun çəkdi?
Abbasqulu - Qriboyedov və mən bir mövqedə idik, başqaları o biri mövqedə. Mübahisə uzun çəkdi. Qriboyedovla mən tələb edirdik ki, sərhəd xətti çox aşağıdan keçsin. Təbriz, Marağa, Xoy və Urmiya xanlıqları Şimal tərəfdə qalsın. Di gəl, səsimiz heç yerə çatmadı. Daxili işlər naziri də bizə tərəfdar çıxmadı. Qriboyedov Cənubda yaşayan azərbaycanlılardan aldığı yığın-yığın məktubları Abbas Mirzəyə göstərərək deyirdi ki, bütün bu adamlar sənin hakimiyyətindən narazıdırlar. Bizim ixtiyarımız yoxdur ki, bu ərizələrə laqeyd qalaq. Di gəl, bizi müdafiə edən olmadı.
(O xəritənin qabağına gəlib, göstərir.)
Görürsənmi, bizim təklifimizlə sərhəd xətti, bax, buralardan, aşağıdan keçməli idi. (Köksünü ötürür.) Tarix bunu bizə bağışlamayacaq. İranın kiçik Türkmənçay kəndində ürəyimi iki yerə parçalamış bu xətt ömrüm boyu məni göynədəcək.
Rüstəmbəy - Darılma, Abbasqulu ağa. Sən bacardığını etmişsən. Çərxi - fələyin üzü dönük çıxıb.
Abbasqulu - Yox, yox, burada fələyin heç bir günahı yoxdu. Günah insanlarda idi, ürəyi daşa dönmüş insanlarda. Nə üçün biz onları yumşalda bilmədik!
Rayevski - (Sağ qapıdan içəri daxil olur. Abbasqulu və Rüstəmbəy ayağa qalxırlar.) Kapitan Bakıxanov.
Abbasqulu - Mən sizi eşidirəm, general Rayevski.
Rayevski - Sizin general Paskeviçə verdiyiniz təklif xoşuma gəldi. Dörd Qafqaz süvari polkunu qəbul etməyə hazıram. Ancaq deyin görüm hansı polklardır?
Abbasqulu - General, dörd polkdur. Qarabağ, Şirvan-Şəki, Qazax-Borçalı və bir də erməni oblastının müsəlman atlılarından təşkil edilmiş polk. Kapitan Rüstəmbəy də Qarabağ süvari polkunun komandir müavinidir. Onun atlıları bütün döyüşlərdə qəhrəmanlıqla vuruşmuşlar.
Rayevski - Baş komandanın dediyinə görə, siz özünüz də əməliyyatda bilavasitə iştirak edəcəksiniz.
Bakıxanov - Bəli, əmr belədir. Görünür ki, birinci polka daxil edilə­cəyəm.
Rayevski - Mən səfərə çıxmamışdan əvvəl polkların hərbi hazırlığını nəzərdən keçirmək istərdim. (Rüstəmbəyə). Elə isə bu işi sizə tapşırıram. Bütün komandirlərə xəbər verin ki, iki saata bütün polklar məşq meydanında olsunlar.
Rüstəmbəy - Oldu, cənab general.
(Rayevski gedir.)
Rüstəmbəy - Kapitan Abbasqulu, xəbəriniz varmı, Sibirdən Qafqaza paqonları çıxarılmış zabitlər sürgün olunublar?
Abbasqulu - Onlar 1825-ci ilin dekabrında Peterburqun Senat meyda­nında üsyan etmiş zabitlərdir. Beş nəfər asılmış, qalanları isə Sibirə sürgün edilmişlər. İndi bəzilərini Sibirdən buraya döyüşən orduya sürgün eləyirlər.
Rüstəmbəy - Görəsən içərilərində süvari varmı?
Abbasqulu - Hələ məlum deyil.
Rüstəmbəy - Yaxşı, mən gedim polk komandirlərinə xəbər verim. Bu müharibələrin də ucu-bucağı görünmür. Birindən yenicə qurtarmışdıq ki, ikincisinə başlayırıq. Atlılarımız İran müharibəsində bərk yorulublar. Onlara istirahət vermək əvəzinə, Ərzurum dağlarına göndəririk. Xudahafiz. (Gedir).
(Bir neçə zabit, Marlinski ilə birlikdə içəri daxil olur. Hamının qoltuğunda içki şüşəsi var.)
Muravyov - Kapitana eşq olsun.
Bakıxanov - Salam, dostlar. Bu nədir?
Muravyov - Gəldik əvvəla səni təbrik edək. Təzə rütbə almağın münasibətilə. İkincisi, sabah hamımız Tiflisi tərk edirik. Allah bilir Ərzurum döyüşlərində bizi nə gözləyir. Ona görə qərara gəldik ki, bu günü birlikdə keçirək. Əvvəla, kapitan Bakıxanov, icazə ver səni Qafqaza sürgün edilmiş təzə bir dostumuzla tanış edim. Bestujev-Marlinski. Vaxtı ilə o da çiyinlərində bizim kimi paqon gəzdirib. İndi sıravi saldatdır. Sibirdən təzə gəlib. Tanış olun.
Marlinski - (Əlini uzadır.) Aleksandr Aleksandroviç.
Abbasqulu - Bakıxanov Abbasqulu.
Muravyov - Aleksandr, indi də icazə ver, bizim Abbasqulunu sənə təqdim edim. Şair və alim. Qafqazda ərəb və fars dillərini onun kimi mükəmməl bilən ikinci bir adam tanımıram. Həm də tarixçidir. Biz onu hamımız Qriboyedovun dili ilə "Bizim Abbasqulu" çağırırıq. Rus-İran müharibəsindəki xidmətinə görə kapitan rütbəsinə layiq görülmüşdür. Doldurun bakalları.
(Bakallar doldurulur.)

Marlinski - Bəs Aleksandr Sergeyeviç Qriboyedov hardadır?
Abbasqulu - O bu gün səhər Peterburqa yola düşdü. "Türkmənçay müqaviləsini" təsdiq üçün İmperatora aparmışdır.
Muravyov - Dostlar, birinci bakalları qaldırmamışdan qabaq sizə bir sürpriz verəcəyəm. Güman eləyirəm ki, burdakılar hamı dostlarımızdır. Onlara inanmaq olar.
Abbasqulu - O nə sürprizdir elə?
Muravyov - Səbr eləyin, kapitan, bu saat eşidəcəksiniz. Aleksandr Aleksandroviç özü ilə Puşkinin Sibirdəki dekabristlərə göndərdiyi məktubunu gətirmişdir. Aleksandrov, oxu. Ancaq alçaqdan oxu ki, kənar qulaqlara çatmasın.
Marlinski - (Oxuyur.)
Sibir mədənləri dərinliyində,
Məğrur səbrinizi hifz eyləyin siz.
Çəkdiyiniz zəhmət heç itməyəcək;
Ölməyəcək böyük əməlləriniz.
Fəlakətə sadiq bir bacı olan
Ümid o qaranlıq yerlərdə, inan
Oyadacaq sizdə sevinc, şətarət.
Arzu etdiyiniz gün gələr əlbət.
Zülmətli əngəli hey yara-yara,
Çatacaq sizlərə dostluq və sevgi,
Mənim azad səsim çatır necə ki,
Uzaq katorqada o kazarmalara
Zindanlar çökəcək o zaman ancaq,
Azadlıq güləcək şən üzünüzə,
Bə qılınc verəcək, qardaşlar, sizə.
Muravyov - Ay da Puşkin.
(Hamı əl çalır.)
Muravyov - Yavaş, dostlar.
Zabit - Eşitdiyimə görə, o, Qafqaza gələcəkdir. Görəsən niyə ləngiyir?
Muravyov - Gələcəkdi. Ancaq İmperator I Aleksandr mane olur.
Zabit - Tiflisdə yaşayan qardaşı Lev onun axırıncı məktubunu Kişinyovdan alıb. Üstüörtülü ona bildirib ki, Novorossiyskin general-qubernatoru Voronsovla onun arasında konflikt baş verib. Görünür ki, vəziyyəti yaxşı deyil.
Marlinski - Voronsova yazdığı epiqramdan sonra, vəziyyəti, əlbəttə, yaxşı olmaz. O epiqram yadınızdadırmı?
Yarım igid, yarım adam,
Üstəlik də yarım alçaq.
Lakin burada bir ümid var
Yarımçıqlar tamam olacaq.
(Gülüşürlər.)
Muravyov - Dostlar, bir az yavaş.
Marlinski - Mən istərdim ki, kapitan Bakıxanov bu şeirlər barədə öz fikrini desin.
Abbasqulu - Tiflisə gələndən sonra rus orijinalından oxuduğum ilk şeir Puşkinin olub. Bu gün oxuduğunuz o gizli şeirdən sonra ona olan məhəbbətim daha da artdı.
Muravyov - Deyirəm ki, bu ilk badələri paqonsuz zabitin- Marlinskinin sağlığına içək. O Puşkinə hamımızdan yaxın olub. Məktub da onun və yoldaşlarının şərəfinə yazılmışdır.
(Bakıxanovdan savayı hamı badələrini qaldırır.)
Cənab kapitan, bəs siz?
Abbasqulu - Məni məzur tutun, cənablar.
Marlinski - Görünür ki, kapitan gürcü çaxırını daha üstün tutur.
Abbasqulu - Xeyr. Fərqi yoxdur. Ancaq xahiş edirəm ki, məni məzur tutasınız.
Marlinski - Mədəniz xəstədir?
Abbasqulu - Xeyr.
Muravyov - Elə isə, imtina etməyin.
(Sükut.)
Abbasqulu - Siz deyirsiniz, iç. O isə (barmağı ilə göyə işarə edir) deyir ki, içmə.
Muravyov - Siz yəni belə ortodoks müsəlmansınız? Ona bir fanatik kimi inanırsınız?
Abbasqulu - Niyə inanmayım? İnsan bu dünyaya bir etiqad sahibi olmaq üçün göz açır. Mənim etiqadım da onadır. Əgər ondan müqəddəs, ondan təmiz, saf bir etiqad mənə göstərsəniz, mən onun ətəyindən tutmağa hazıram. Göstərə bilərsinizmi ondan təmiz və ülvi olsun?
Marlinski - Kapitan, bizi çıxılmaz vəziyyətə salmayın. Mən razı olmaram ki, etiqadınızın üzərinə kölgə düşsün.
Muravyov - İçək, dostlar.
(İçirlər.)
Ərzurum cəbhəsi. Böyük hərbi çadırdır. Marlinski çadırda oturub, nə isə yazır.
(Bakıxanov üstü-başı tozlu halda daxil olur.)
Marlinski - Bu döyüşünüz uzun çəkdi.
Bakıxanov - Düşmənin sığındığı dağlara süvari çətin qalxırdı.
Rayevski - (Daxil olur. Onun əli sarıqlıdır.) Kapitan Bakıxanov, bu döyüşün misli - bərabəri yoxdu.
Marlinski - General, siz yaralanmışsınız.
Rayevski - Heç, balaca. Qafqaz süvariləri məni heyrətə gətirdi. Belə süvari ilə birlikdə vuruşmaq adama ləzzət verir. Yan-yörəmdə haraya baxırdımsa, onları görürdüm. Rüstəmbəy ilə Fərhad bəyin döyüşü isə məni valeh etdi.
Bakıxanov - General, mən sizə demişdim ki, onlar Qarabağ atlılarıdır. At çapmaqda, qılınc oynatmaqda heç kəs onların qabağında dura bilməz.
Rayevski - Mən xüsusilə Fərhad bəyin vuruşmasını heç yadımdan çıxara bilmərəm. Əsl cəngavər kimi vuruşurdu. Qılıncı oynatmasını belə görmək mümkün deyildi. Sağa dönürdümsə, onun nərə çəkdiyini eşidirdim, sola baxırdımsa, elə bil yanımda ildırım çaxırdı.
Bakıxanov - Üçüncü və dördüncü polklar da, döyüşə hazırdırlar. Qayalıqların dalında pusquda durub gözləyirlər.
Rüstəmbəy - (Gəlir.) Cənab general, sol cinahımıza soxulmuş düşmən atlılarını da pərən-pərən saldıq.
Rayevski - Əhsən, indi isə atlılarını geri çək. Sabahadək dincəlin.
Rüstəmbəy - Oldu, cənab general. (Çıxır.)
Abbasqulu - General, bəlkə Baş komandanla danışasınız, topçularımız bütün şəhərlərdə abidələri dağıdırlar. Dünən yaylım top atəşi nəticəsində qədim bir məscid dağılmışdır.
Rayevski - Kapitan, ona qalsa, gərək müharibə eləməyək.
Abbasqulu - Axı bunsuz keçinmək mümkündür, cənab general.
Rayevski - Sizlərdə gözəl bir məsəl var: qaya uçanda toz qopar. Kapitan, müharibənin öz qanunları var. Biz də ona tabe olmalıyıq.
Abbasqulu - Nə üçün biz müharibənin qanunlarına tabe olaq? Halbuki, müharibə bizim qanunlara tabe olmalıdır. Əgər o məscidin dağılması təsadüfi olsaydı, mən dinməzdim. Saldatlar isə danışırlar ki, topçular, ehtiyac olmadan, yaylım atəşi ilə onu dağıtdılar. Qarsda da belə olmuşdu. Biz abidələrlə deyil, qoşunla müharibə aparırıq.
Rayevski - Kapitan, müharibədə bütün mülahizələr ancaq qələbə ətrafında olmalıdır, hər cür başqa düşüncələr bizi məqsəddən uzaqlaşdırar.
(Əlinin sarğısı ilə məşğul olur.)
Sizə təzə bir xəbər deyəcəyəm: Puşkin gəlir.
Marlinski - Aleksandr Sergeyeviç?
Rayevski - Bəli, Aleksandr Sergeyeviç Puşkin. Buyurun, oxuyun. Görün "Tiflisskie vedomosti" nə yazır.
Marlinski - Oxuyur: "Puşkin Qafqaza gəlmişdir. Ancaq Tiflisdə az qalıb. Müharibəni görmək üçün Ərzuruma yola düşmüşdür."
Rayevski - Tiflisdə qardaşı ilə görüşəndən sonra məni soruşub. Cəbhədə olduğumu bilən kimi, yola düşüb. Bir azdan gəlib çıxmalıdır.
Abbasqulu - (Qalxıb, qılıncını taxır.) Demək, biz ikinci və üçüncü polk­ları irəli çıxarmalıyıq.
Rayevski - Bəli, kapitan, əmri yerinə yetir.Birinci polkun durduğu yerdən sağ cinahla irəliləməliyik.
(Abbasqulu çıxır. Arxadan bir türk mahnısı eşidilir.)
Bu nədir? Bu səs hardan gəlir?
Marlinski - Cənab kapitan, türk əsiridir. Dindirilmək üçün kapitan Bakıxanovun yanına göndərilib. Kapitan onun səsindən və mahnılarından xoşlandığı üçün o da tez-tez oxuyur.
Rayevski - Gedin, onu susdurun.
(Marlinski çıxır. Rayevski əlinin sarğısını açıb təzədən sarımaqla məşğul olur.)
Puşkin - (Gəlir və əkryana.) Cənab general, icazə verin.
Rayevski - (Qanrılır.) Oh, Aleksandr gəlib çıxdın.
(Qucaqlaşırlar.)
Puşkin - Tiflisə çatan kimi mənə dedilər ki, sən cəbhədəsən. Bu nədir, yaralanmışsan?
Rayevski - Heç. Yüngül şeydir... Özündən danış, Qafqaza necə gəlib çıxdın?
Puşkin - Məndən soruşanda hamıya deyirdim ki, general Rayevskinin sərəncamına gedirəm. (Gülür.) Ancaq çarın bundan xəbəri yoxdur.
Rayevski - Necə xəbəri yoxdur?
Puşkin - Yoxdur da. Bir səhər yuxudan ayılan kimi Qafqaza gəlmək həvəsinə düşdüm. Buranın azad adamları ilə görüşmək istəyirdim. Bundan ötrü başqa bir adamdan icazəmi alacaqdım?
Rayevski - İmperator başqası deyil, axı. Eh, Aleksandr Sergeyeviç, sən lap anarxistsənmiş. İmperatordan icazə almamağın yaxşı olmayıb. Bu pis nəticə verər.
Puşkin - Dostum, heç narahat olma. Bunun cəzasını mən daşıyacağam və özümə heç bir şərik də axtarmayacağam. Ancaq Ərzuruma gələrkən dəhşətli bir səhnə ilə rastlaşdım.
Rayevski - Nə idi o dəhşət?
Puşkin - Qriboyedovla rastlaşdım. Onun cəsədini öküz arabası ilə Tehrandan Tiflisə aparırdılar.
Rayevski - Bəli. (Köks ötürür.) O xəbəri eşidən günü bütün gecəni yata bilmədim.
Puşkin - Rusiyanın böyük bir zəkası söndü.
Rayevski - Aleksandr, indi sənin planın nədir?
Puşkin - Cəbhəyə gələn bir adamın planı nə ola bilər? İstəyirəm döyüşə tamaşa edəm.
Rayevski - Bir az tez gəlsəydin, səni yerli bir zabitlə tanış edərdim. O bu yerlərə hamımızdan yaxşı bələddir. Həm general Paskeviçin yanında şərq dillərindən tərcüməçidir, həm də döyüşən zabit. Deyilənə görə, gözəl də şairdir. Gedək, o bu saat döyüşdədir. Orada tanış olarsan. Səni Baş komandan general Paskeviçə də təqdim etməliyəm.
Puşkin - Gedək.
(Çıxırlar.)
Yenə həmin çadır. Bakıxanov və Puşkin gəlirlər. Marlinski yazı ilə məşğuldur.
Puşkin - O biri polklarda olanda da onların barəsində yalnız xoş əfsanələr eşitdim.
Abbasqulu - Qarabağ süvariləri Ərzurum cəbhəsində məşhurdurlar.
Puşkin - Atları da xoşuma gəldi. Məğrur yerişli, incə dırnaqlı. Əsl nağıldır. (Birdən Marlinskini görür.) Bu nədir, gözlərimə inanmıram. Qardaşım Aleksandr. Bəs niyə səsini çıxarmırsan?
Marlinski - Dedim görən tanıyacaqsanmı?
Puşkin - Səni tanımamaq mümkündürmü?
(Qucaqlaşırlar.)
Mən səni Sibirdə bilirdim.
Marlinski - Oradaydım, bir müddət olar ki, Qafqaza sürgün olunmuşam.
Puşkin - Burada nə işlə məşğulsan?
Marlinski - Paskeviçin əmri ilə burada süvari polkunun qərargahında işləyirəm.
Puşkin - Orada keçilməz tayqaların qoynunda ləyaqətinizi hifz edə bilmişsinizmi? Məktubum yəqin ki, sizə çatıb.
Abbasqulu - O zaman buxovlar parçalanacaq,
Zindanlar çökəcək, o zaman ancaq.
Azadlıq çəkəcək şən üzünüzə,
Və qılınc verəcək qardaşlar sizə.
Puşkin - Əhsən, qardaşım, dostlarım deyəsən sizi də dekabrizm bayrağı altına çağırıblar. Ancaq ehtiyatlı olun, bu misralar sizin rütbənizə xələl yetirməsin.
Abbasqulu - Narahat olmayın, Aleksandr Sergeyeviç. Bu misralar ancaq qəlbimizdə yuva salıb. Lakin sizin məhkum dekabristlərə ümid badəsi içirdiyiniz bu şeir uzun müddət gizlində qala bilməyəcək. Günəşin üzünü daima buludla örtmək mümkündürmü?
Puşkin - Aleksandr, görürəm burada, Qafqaz şahinləri içərisində də özünüzə həmfikir tapa bilmişsiniz.
Marlinski - (Gülümsəyir.) Hə, Aleksandr sən onu danış görüm, Voronsovla aranızda olan konflikt necə qurtardı?
Puşkin - Onunla qurtardı ki, Mixaylovsk kəndinə sürgün olundum. Uşaqlıq xatirələrimin beşiyi olan doğma kəndimə. Ancaq onu deyim ki, günlərim burada darıxdırıcı keçsə də, məndən ötrü məhsuldar oldu. Çox əsərlərimi Mixaylovskda bitirdim. Şaxtalı qış günlərindən birində qulağıma çatdı ki, mərhum Birinci Aleksandrın taxt-tacına qardaşı birinci Nikolay yiyələnmişdir. Dedim, ay da, Rusiya, gözlə görək tale səni haraya sürükləyəcək. Həmən bu günlərdə, təsəvvür eləyirsənmi, ürəyim hər dəqiqə, hər saat məni Peterburqa səsləyirdi. Səbrim tükənmişdi. Nəhayət, paytaxt özü məni dəvət etdi. Birinci Nikolayın əmri ilə Peterburqa çağırıldım. Uzun yolun yorğunluğu bədənimdən çıxmamış, dincimi almadan imperator məni qəbul etdi. Birinci sualı nə olsa yaxşıdır: "Aleksandr, de görüm, 14 dekabrda Senat meydanında olsaydın, nə edərdin? Mən fikirləşmədən dedim ki, mən də dekabrist dostlarıma qoşulardım. İmperatorun gözləri alacalansa da qəzəbini boğa bildi. Özünü ələ alandan sonra sakitcə dedi: "Mən səni sürgündən azad eləyirəm. Ancaq bu gündən sənin senzorun şəxsən özüm olacağam. (Bakıxanova yaxınlaşır.) Belə işlər, mənim qafqazlı dostum. Görürsünüzmü, tale bizimlə necə gizlənpaç oynayır. Qızıl qəfəsdə çırpına-çırpına qalırsan. Ancaq Rusiya azadlığa hamilədir. Gec-tez dünyaya yeni bir varlıq bəxş edəcəkdir. O gün isə uzaq deyildir.
Abbasqulu - Aleksandr Aleksandroviç. Əsirə deginən bizə xoş bir mahnı oxusun. Güman edirəm ki, Aleksandr bu yerlərin qəmli mahnılarını xoşlayar.
Puşkin - Cənab kapitan, bir az qabaq general onun oxumasını qadağan etdi.
Abbasqulu - Nə üçün?
Marlinski - Görünür ki, xoşuna gəlmir.
Puşkin - Yox, qoy oxusun. Musiqi eşidildiyi zaman toplar özləri susmalıdır. Aleksandr, xahiş edirəm, get de, oxusun. General qarşısında məsuliyyəti mən öz üzərimə götürürəm.
Marlinski çıxır.
O sizin dili öyrənməyə macal tapıbmı?
Abbasqulu - Bəli, hətta tərcümələr də eləyir.
(Bir azdan çadıra xoş və qəmgin bir türk mahnısının nidaları doldurur. Puşkin dirsəklənərək, mahnıya qulaq asır. Mahnı qurtarır.)
Puşkin - Nə qədər niskil, nə qədər qəm. Dünya uçardı inan, bu mahnılar olmasaydı.
Rayevski - (Gəlir.) Aleksandr, bir dəqiqəliyə olarmı?
(Bakıxanov və Marlinski çadırdan çıxırlar.)
Aleksandr, sən məndən incimə. Ancaq borcumdur əmri yerinə yetirim. Baş hakim general Paskeviç sənin burada çox qalmağından narahatdır.
Puşkin - Nə üçün?
Rayevski - Düşünür ki, sən imperatordan icazəsiz gəldiyin üçün nəticəsi yaxşı olmaz. Zabitlər arasında da bəzi şeirlərin əldən-ələ gəzir. Bu, cənab Paskeviçi daha çox narahat edir. Ona görə buradan tez getməyin məsləhətdir.
Puşkin - Demək, mən Qafqazdan da qovuluram?
Rayevski - Bu nə sözdür, deyirsən, Aleksandr?
Puşkin - Bəs qovulmaq necə olur?
Rayevski - Baş komandan yerli zabitlər sarıdan daha çox nigarandır. Qorxuram onlar sənin şeirlərindən dövlət üçün zərərli nəticələr çıxarsınlar. Biri elə kapitan Bakıxanov özü. Dövlət belələrinə hələ tam inam bəsləyə bilmir. Məncə başa düşürsən ki, nə demək istəyirəm.
Puşkin - Pərvərdigara, görəsən bu geniş dünyada mənə rahat bir yer tapılacaqmı?...
Tİtr:
19-cu əsrin başlanğıcında çarizmin dağlılarla müharibəsi hələ də davam edirdi. 1831-ci ildə general-adyutant Pankratyevin komandası altında rus qoşunları Dağıstanın keçilməz aulu olan Çirkey uğrunda qanlı döyüşlər aparırdı. Çirkeylilər qəhrəmanlıqla vuruşurdular. Rus əsgərləri dağlıların hünərinə heyran qalmışdılar.
Daşdan düzəldilmiş səngər-sığınacaq. Qarşıda hündür dağlar görünür. Atəş səsləri eşidilir. Bakıxanov, Marlinski və bir nəfər mayor döyüşə nəzarət edirlər.
Mayor - (Binoklla baxır. Hirslə.) Yox, bu aula heç quş da qona bilməz. Batalyondakı soldatların yarıdan çoxu qırılıb. Görəsən general-adyutant nə fikirdədir?
Marlinski - O yenə qüvvə istəyib.
Mayor - Onlara gələnədək dağlılar bizim axırımıza çıxacaqlar.
Abbasqulu - Gülləyə qənayət etmək lazımdır. Bizim on gülləmiz əvə­zində onlar bir güllə işlədirlər.
Mayor - Onlar nə var ki. Oturublar dağın başında, mövqelərimizi ovuclarının içi kimi görürlər. Bir baxın, görün qaya parçalarını saldatların üstünə necə yuvarladırlar. Onsuz da saldatımız az qalıb, onların da axırına çıxsalar, axırıncı gülləni gərək özümüz üçün saxlayaq.
Abbasqulu - (Öz-özünə) Pərvədigara, kimə lazımdır bu tökülən qanlar? İnsan qırğınından həzz alan bu adamları görmürsənmi? Özün rəhm et gözü yaşlı, yetim qalanların halına.
Marlinski - (Binoklla baxır.) Bütün çığırları qaya parçaları ilə doldururlar. Belə getsə, saldatlarımızın geriyə bütün yolları bağlanacaq.
Abbasqulu - (Binoklu ondan alır.) Bəri ver. (Baxır və Marlinskini kənara çəkir.)
Aleksandr, bu insan qanı nahaq axıdılır. İstəyirəm ki, gedib generalla danışım.
Marlinski - Necə danışacaqsan?
Abbasqulu - İstəyirəm ki, bir elçi kimi dağlıların başçısı Camalın yanına gedim, barışığa razı salım.
Marlinski - Yox, Abbasqulu, mən razı deyiləm.
Abbasqulu - Bəs istəyirsən ki, bu qan su yerinə axsın? Mən dözə bilmərəm. Sonra gec olar.
Marlinski - Yox, yox, Abbasqulu, səni öldürərlər.
Abbasqulu - Sən məndən ötrü narahat olma. (Gedir.)
Mayor - Haraya getdi?
Marlinski - Generalın yanına.
Mayor - - Nə üçün?
Marlinski - Dağlılara elçi getmək istəyir.
Mayor - Nə? Başına hava gəlib, nədir? Onu elə birinci addımda yerə sərərlər.


Marlinski - Mən çox dedim, qulaq asmadı.
Mayor - Qəribə adamdır, biz onları qoşunla təslim etdirə bilmirik. O tək başına nə eyləyə bilər?
Marlinski - Neyləmək olar, dözə bilmədi.
Mayor - Onu geri qaytarmaq lazımdır.
Marlinski - Güman eləyirəm ki, general buna razı olmayacaq.
Mayor - Bütün qafqazlıların torpağı bir yerdən götürülüb. Gözləri qızdımı, ağ-qara seçmirlər.
Marlinski - Səhv edirsiniz, mayor. Onlar ölümə də həmişə ayıq başla gedirlər. Biz qəhrəmanlığı onlardan öyrənməliyik.
Mayor - Axı bunu uşaq da başa düşər ki, oraya gedən yolun o biri ucunda ölüm var.
Abbasqulu - (Gəlir və qılıncını çıxarıb, Marlinskiyə verir.) Aleksandr Aleksandroviç, bunu saxlayın. Mən gedirəm.
Mayor - Siz doğrudan da gedirsiniz?
Abbasqulu - Müharibədə zarafat olmaz. Mənə tez ağ bayraq tapın.
Marlinski - Abbasqulu...
Abbasqulu - Dostum, mən səninlə xudafizləşmirəm. (Mayora.) Əmr verin atışmanı saxlasınlar.
Mayor - (Çiyinlərini çəkir.) Qəribədir. (Sonra ağzını aşağı tutub çığırır.) Serjant, bütün batalyona xəbər ver ki, atışmanı saxlasınlar.
(Bakıxanova ağ bayraq verirlər. O, bayrağı alıb səngərdən çıxır.)
Marlinski - Abbasqulu, bir də fikirləş.
Abbasqulu - Hələlik, Aleksandr Aleksandroviç. (O çıxan kimi güllə açılır.)
Mayor - Vurdular.
Marlinski - (Əyilib baxır.) Yox papağından dəydi.
Mayor - Mən belə insan görməmişəm.
(Atəş kəsilir, hamı sükut içərisində gözləyir.)
Onu öldürməsələr də, Camal onu sağ-salamat geri buraxmayacaq.
(Yenə güllə açılır.)
Budur, bu dəfə yəqin vurdular.
Marlinski - (Yenə əyilib baxır.) Yox, bu dəfə də güllə papağından dəydi. Deyəsən onu qorxudurlar. Görün bir o necə irəliləyir. Əhsən Abbasqulu!
Yenə həmən səngər. Hamı səbirsizliklə gözləyir.
Mayor - (Saata baxır.) İki saatdan da çox keçib. Bəs niyə ondan xəbər çıxmır. Mən hiss eləyirdim ki, onu sağ-salamat buraxmayacaqlar.
Marlinski - Atəşi ki, saxlayıblar. Məyər bu özü cavab deyilmi?
Mayor - Bu sükut çox məkrli sükuta oxşayır.
Marlinski - Mayor Bakıxanovu bütün Dağıstan tanıyır. Qafqazda hörməti çox böyükdür.
Mayor - Mənsə onlara inanmıram. Deyəsən nə isə tələ qururlar.
Marlinski - (Binoklla baxır.) Mayor, o qayıdır.
Mayor - Qayıdır? (Binoklu alıb, baxır.) Hə, özüdür.
Marlinsk - Bizim gözləməyə səbrimiz çatmadı, o isə öz təmkini ilə atəşi dayandırdı.
Abbasqulu - (Gəlir və dinməz-söyləməz Marlinskidən qılıncını alıb, belinə bağlayır.) Müharibə qurtardı. Ancaq onların bütün haqlı tələblərini ödəməliyik.
Titr:
Bu hünərinə görə Abbasqulu Bakıxanov 1832-ci il martın 9-da podpol­kovnik rütbəsi ilə təltif olunur.
Sankt-Peterburq. May, 1834-cü il.
(Puşkinin mənzili. Qapı döyülür. Puşkinin anası Nadejda Osipovna qapını açır.)
Abbasqulu - Puşkinlərin mənzilidir?
Nadejda - Bəli, buyurun içəri. Xoş gəlmişsiniz, cənab Abbasqulu ağa.
Abbasqulu - Salam. Siz məni necə tanıdınız?
Nadejda - Qızım Olqa Varşavadan məktub göndərmişdi və məktubda sizi elə təsvir etmişdi ki, görən kimi tanıdım.
Abbasqulu - Varşavada dostlarımdan biri mənə dedi ki, Aleksandr Sergeyeviç Puşkinin bacısı Olqa Sergeyevna burada yaşayır və məni onunla tanış etdilər. Bu məndən ötrü xoş bir görüş idi. Bir neçə dəfə evlərində oldum.
Nadejda - Aleksandr da sizin yolunuzu səbirsizliklə gözləyirdi.
Abbasqulu - Bağışlayın ki, sizi gözləməyə məcbur etmişəm. Havalar pis idi. Kaunasdan Riqaya dilican işləmirdi.
Nadejda - Siz ki, sağ-salamat gəlib, çatmışsınız, bu sizdən ötrü hər şeyə dəyər. Yaxın oturun, mən sizə çay süzüm. Bilirəm, qafqazlılar çayı çox sevirlər.
(Çay gətirir.)
Olqanın yazdığına görə, sizin xarici işlər nazirliyində işiniz vardır.
Abbasqulu - Bəli, nazirlikdə işə qəbul olunmaq barədə hələ Varşavadan nazirin adına ərizə yazmışdım. Müsbət cavab aldığım üçün təcili gəldim. Sizə gəlməmişdən qabaq qəbulunda olmuşam.
Nadejda - Demək işə başlayacaqsınız?
Abbasqulu - Xeyr. Peterburqun havası səhhətim üçün zərərli olduğundan xahiş etdim ki, məni uzun müddətli məzuniyyətə buraxsınlar.
Nadejda - Bəs nə ilə məşğul olacaqsınız?
Abbasqulu - Yurduma qayıdacağam. Bizim Quba mahalının Əmsar kəndində kiçik təsərrüfatım var. Onun qayğısına qalacağam. Bir də özümü tamamilə elmə həsr etmək fikrindəyəm.
Nadejda - Yəqin yaxşı bağ-bağçanız var?
Abbasqulu - Bəli, yaxşı meyvə ağaclarım var, inşallah, bu il onların meyvəsindən dada biləcəksiniz.
(Puşkin gəlir.)
Nadejda - Budur, Aleksandr gəldi. Aleksandr, gör bizə kim gəlib?
Puşkin - Oho, Abbasqulu ağa.
Abbasqulu - Xoş gördük, Aleksandr Sergeyeviç.
Puşkin - Olqadan məktub alanı aram tapa bilməmişik. Gözümüz yolda qalıb.
Abbasqulu - Aleksandr, təqsir məndə olmayıb. Havalar pisdi. Bir də, yollar çox bərbad haldadır.
Puşkin - Rusiyanın yollarını demə. Onlarla getsən, ancaq üç ildən sonra Rimə çatarsan.
(Gülüşürlər.)
Olqa səni elə təsvir etmişdi ki, özümü Ərzurum cəbhəsində sənin yanında hiss etdim. Ancaq məni bir şey heyrətə saldı. Qafqaz hara, Varşava hara. Hansı vəsilə ilə tale səni Polşaya atmışdı?
Abbasqulu - Məsələ uzundur, Aleksandr.
Puşkin - Sən deməsən də mən səbəbini deyə bilərəm. Azad şair təbiəti zorakılıq və sıxıntı ilə bir qına sığa bilmir.
Abbasqulu - Düzünü deyim ki, general Paskeviç Varşavaya köçürüləndən sonra Qafqazda vəziyyət tamamilə dəyişdi. Onu əvəz edən baron Rozen, hər bir hərəkətimizdən şübhələnirdi. Qafqazın idarə edilməsi barədə verdiyim bütün təkliflərə kəmetina yanaşırdı. Arxamca deyirmiş ki, güya mən Qafqazda idarə sisteminə qarşı müxalifət təşkil edirəm. Gördüm ki, daha işləmək mümkün deyil, ərizə verib, hərbi xidmətdən azad oldum. Ümidim təkcə general Paskeviçə gəlirdi.
Puşkin - Paskeviçdən nə kömək umurdun?
Abbasqulu - Düşünürdüm ki, xarici işlər nazirliyində xidmət etməkdə o mənə kömək edə bilər. Doğrudan da köməyini əsirgəmədi.
Puşkin - Bəs nə vaxt nazir Nesselrodun qəbuluna gələcəksən?
Abbasqulu - Nesselrodun qəbulunda olmuşam. Sizə gəlməmişdən qabaq orada idim. Paskeviçin yazdığı zəmanət öz bəhrəsini vermişdi.
Puşkin - Tezliklə işə başlayırsan, eləmi?
Abbasqulu - Yox, Aleksandr. Bayaq Nadejda Osipovnaya da dedim. Peterburqun havası mənim səhhətim üçün ağırdır. Uzun müddətli məzuniyyət götürüb, Qafqaza qayıdacağam.
Puşkin - Xidmət etmək fikrində deyilsən?
Abbasqulu - Xeyr. Kəndə çəkilib, elmi əsərlərimi qurtaracağam.
Puşkin - Mən də Mixaylovsk kəndində olduğum zaman çox məhsuldar işləmişdim.
Abbasqulu - Deyim ki, mən xalqıma və onun tarixinə hələ çox borcluyam. "Gülüstani İrəm" kitabımı qurtararsam, öz vətəndaşlıq və vicdani borcumu yerinə yetirmiş olacağam. Bu, qədim dövrlərdən başlayaraq, ərəblərin Qafqaza gəlmələrinədək, Şirvan və Dağıstanın tarixi olacaqdır.
Puşkin - Qafqaz xalqlarının tarixi mənə həmişə əfsanəvi nağılları xatırladır. Onların mərd döyüşləri, azadlıq eşqilə çırpınmaları ağıl və şüuru ovsunlayır. Azadlıq onlar üçün zərurət və ehtiyacdır. Bu, ana bətnində onların qanlarına hopur.
Abbasqulu - Mən görürəm və əzab çəkirəm, qılınc çalıramsa da əzab çəkirəm. İkiqat əzab içindəyəm, Aleksandr.
Puşkin - Başa düşürəm, Abbasqulu ağa.
Abbasqulu - Gələcəyin hələ buludları çəkilməmiş səmasında nə axtarıram, özüm də bilmirəm.
Puşkin - Sənin axtardığın ancaq ümiddir. Sənə məlum olmasa da, onu duymasan da. Halbuki, bu ümid bizim hamımız üçün ümumi miqyasda zəruri və vacibdir.

Abbasqulu - (Köksünü ötürür.) Bu dediklərini mən sənin "Çaadayevə" şeirində də oxumuşam:

Yoldaş, inan buna, deyirəm sənə,
Bir gün səadətin cazib ulduzu
Doğacaq, Rusiya ayılacaqdır.

Onda mütləqiyyət xərabəsinin
Üstündə adımız yazılacaqdır.

Nadejda - Afərin, Abbasqulu ağa, əla oxudunuz.
Puşkin - Səadətin bu cazibəli ulduzu, mənim də, sənin də gözlədiyimiz ulduzdur.
Abbasqulu - Çox cəsarətlə deyilmiş sözlərdir. Etiraf edirəm ki, məndə belə bir cəsarət yoxdur. Mən hər şeyimi ancaq etiqadıma bağlamışam.
Puşkin - Çoxumuz azadlığın yolçusuyuq. Ancaq qaranlıq küçələrdə kəhkəşanlı ulduzlara kəmənd atmağı bacarmırıq. Bilirik ki, bu çətindir, bəlkə də mümkün deyil, ancaq özümüzə aşılamalıyıq ki, bunu bacaracayıq. Çoxu, məyusluğa qapılıb, yoldan sapır. Sapmayanlar isə tarixin sınaqlarından çıxan bəhadirlardır. Belələrini xalq heç zaman unutmayacaq.
Abbasqulu - Məncə, bu ancaq dərin etiqad nəticəsində mümkün olur.
Puşkin - Əlbəttə, əlbəttə.
Abbasqulu - Mənim fikrimcə, bütün fəzilət əhli həmişə bir etiqadın ətəyindən yapışmalıdır.
Puşkin - Orası elədir, Abbasqulu ağa. Ancaq ayağı yerdən üzülən fəzilət əhlinin aqibəti puçdur. Biz muza övladları çox yuxarılarda pərvazlansaq da, zəka və ağlımızla yerdən üzülmürük.
Nadejda - Aleksandr, yaxşı yadıma düşdü. Sən çıxandan sonra İvan Qlinka gəlmişdi. Tapşırdı ki, onun yanına gedəsən, evdə səni gözləyəcək. Qonağın gəldiyi üçün daha gedə bilməzsən.
Puşkin - Yox, getməliyəm. Qonağın özünü də aparacağam. O, başqa xalqların musiqisini çox sevir. Abbasqulu ağanı görən kimi sevinəcək. (Abbasqulu ağaya) Qlinka çox qüdrətli bəstəkardır. Xalq mahnılarını çox sevir. Mənim "Ruslan və Lyudmila" əsərimlə maraqlanır. Deyəsən nə isə yazmaq fikrindədir. Gedək, orada səni Peterburqun münəvvərləri ilə tanış edəcəyəm. Evi həmişə qonaqla dolu olur. Gedəkmi?
Abbasqulu - Gedək.
Yenə həmin səhnə. Puşkinlərin mənzili. Puşkin və Abbasqulu gəlirlər.
Puşkin - Abbasqulu, o mahnı mənim də xoşuma gəldi. Görünür ki, Qlinka gələcək opera əsərlərində ondan istifadə edəcəkdir. Onun mahnısı necə oldu?
Abbasqulu - Qalanın dibində yatmış idim, daş atdılar, oyatdılar. Mən bu xalq mahnısı əsasında "mahnı" adlı bir şeir də yazmışam.
Puşkin - Əzbərdən bilirsənmi o şeiri?
Abbasqulu - Bilirəm. Sənə isə sətri tərcüməsini oxuyaram.

Duyğusuz daş kimi qala dibində
Uzanıb arzuyla mən də yataydım.
Qalanın dibində üç daş vardır.
Nə ola, onlara bir daş ataydım.

Qalanın dibində durmuşdur yarım,
Əynində bahalı arxalığı var.
Atma daş, mən yarımdan aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.

Puşkin - Çox koloritli mahnıdır.
Nadejda - (Gəlir.) Gəldinizmi? Abbasqulu ağa, bir nəfər general-mayor gəlib, sizi soruşurdu. Nə qədər dedimsə, oturun gözləyin, oturmadı. Dediyinə görə, Varşavadan yenicə gəlib.
Abbasqulu - (Sevincək) Aha bu bizim Qutqaşınlıdır. General Paskeviçin yanında işləyir. Varşavada qaldığım yeddi ay ərzində həmişə birlikdə olmuşuq.
Puşkin - Ana, gərək məcbur eləyəydin, oturub gözləsin.
Nadejda - Çox dedim, Aleksandr, qulaq asmadı.
Abbasqulu - O mənə demişdi ki, bəlkə bir neçə günlüyə Peterburqa gəldi, harada olacağımı soruşdu. Mən də sizin ünvanı verdim.
Nadejda - (Saata baxır). Dedi ki, saat 4 üçün gələrəm. İndilərdə gələr.
Abbasqulu - Fransız dilini mükəmməl bilir, bu dildə əsər də yazır.
Nadejda - Mənimlə də fransızca danışırdı. Familiyasından bildim ki, Qafqazlıdır.
(Qapı döyülür.)
Budur, gəldi. (Qapını açır. Qutqaşınlı və Mirzə Cəfər gəlirlər.)
Abbasqulu - Xoş gördük, xoş gördük. Mirzə, mən özüm sabah sizin yanınıza gələcəkdim.
Mirzə Cəfər - Nə fərqi var. Məhəmməd dağın yanına getdi, ya dağ Məhəmmədin yanına gəldi.
Abbasqulu - Gəlin əvvəlcə sizi Aleksandr Sergeyeviçlə tanış edim. Aleksandr Sergeyeviç, bu cənabların hər ikisi Qafqazdandır. Bayaq sizə dediyim general-mayor İsmayıl bəy Qutqaşınlı. Varşavada Qafqaz süvari divizionu komandirlərindən biri və yazıçı.
Qutqaşınlı - (Yaxınlaşıb hərbi vəziyyət alır və əlini uzadır.) İsmayıl bəy Qutqaşınlı.
Puşkin - Çox şadam.
Abbasqulu - Bu cənab isə məşhur şərqşünas və şair, Peterburq Universitetinin fars dili və filologiyası kafedrasının rəhbəri, London Kral Asiya Cəmiyyətinin üzvü Mirzə Cəfər Topçubaşovdur.
Puşkin - Dayanın, dayanın, sizin adınız mənə tanış gəlir. "Qalibiyyət təranəsi" şeirinin müəllifi sizsiniz?
Mir Cəfər - Bəli, bəli.
Puşkin - Vissarion Qriqoryeviç Belinski onun və daha iki şeir kitabınız haqqında çox yüksək fikirdədir. Sizinlə tanış olmağıma çox şadam.
Mir Cəfər - Təşəkkür edirəm.
Abbasqulu - Qriboyedov fars dilini ondan öyrənib.
Puşkin - Mən Qafqazda olduğum zaman belə qənaətə gəldim ki, fransız dili Avropada ümumi ünsiyyət dili olduğu kimi, sizin diliniz də Şərqdə bütün xalqlar üçün anlaşıqlıdır. Xahiş edirəm əyləşin, sizinlə söhbət mənə xoşdur.
(Otururlar.)
Ana, çay ver bizə.
Qutqaşınlı - Aleksandr Sergeyeviç, mən fransızca yazdığım "Rəşid bəy və Səadət xanım" kitabımı sizə hədiyyə vermək istəyirəm. Xahiş edirəm, bu kiçik hədiyyəmdən imtina etməyəsiniz.
Puşkin - Siz nə danışırsınız, məmnuniyyətlə (kitabı alıb, vərəqləyir).
Qutqaşınlı - Burada iki gəncin saf məhəbbətindən danışılır.
Puşkin - Qafqazlıların məhəbbəti də özləri kimi sədaqətli olar. Mən o zaman dostlarımdan ayrılmağıma çox təəssüflənmişdim. Lakin mən onları tərk etməli idim. Paskeviç öz nəvazişləri ilə məni lap boğaza yığmışdı. Mən qafqazlı cavanlarımızın rəşadətlərini tərənnüm etmək istəyirdim. Lakin o məni başa düşmürdü. Ordudan tez çıxıb getməyimi istəyirdi. Qafqazdan sonra təzədən bu alçaq intriqaçılar, paxıllar, fitnəkarlar aləminə düşdüm.
Mirzə Cəfər - Əlbəttə, içərisində dolaşdığımız bu yüksək cəmiyyət zəka əhli üçün deyil. Bizim zəmanəmizdə üstünlük, ancaq riyakar adamlara verilir. Sənsə kənardan baxıb, içəridən yanırsan.
Puşkin - Düz duymuşsunuz. Dərhal hiss olunur ki, siz Peterburq aristokrat cəmiyyətinə bələdsiniz.
Qutqaşınlı - Polşanın kübar cəmiyyəti də insan damağı üçün zövq-səfadan uzaqdır.
Mirzə Cəfər - Mənim əqidəmcə, bu cəmiyyətdə insan ləyaqəti kifayətcə mövqe qazana bilməmişdir. Halbuki, hər bir cəmiyyət, fərqi yoxdur, hansı olur-olsun. Kübar olsunmu, meşşan olsunmu, ancaq insan ləyaqəti üzərində ucalmalıdır.
Abbasqulu - Avropa mədəniyyəti ilə Şərq mədəniyyətini qarşı-qarşıya qoyduqda bu dediyinizi aydın görmək olar. Şərq mədəniyyətində insan nəfəsi daha çox duyulur. Böyük Firdovsi, Nizami Gəncəvi, Ömər Xəyyam başdan-başa insan nəfəsi ilə isinmişdir.
Puşkin - Mən Ömər Xəyyamın rubailərində həmişə iki dünyanın faciəli toqquşmasını görmüşəm. Biri ölür, o biri isə bokalların cingiltisində yaşayır.
Mirzə Cəfər - Bəli, ölümlə həyat onun rubailərində qoşa yaşayır. O, həyatı heç zaman rədd etməmişdir, onun fəlsəfəsini diqqətlə axtarsan, həyatın boşluğundan, faniliyindən yalnız giley-güzar görərsən.
Puşkin - Şərq ədəbiyyatı qarşısında səcdə edilməlidir. xıı əsrdə bizim yalnız bir ədəbi abidəmiz vardısa, Şərqin Firdovsisi, Nizamisi, Sədisi vardı.
Nadejda - (Gəlir.) Çayınızı soyutmayın.
Abbasqulu - İçəcəyik, narahat olmayın, Nadejda Osipovna.
Puşkin - Biz Abbasqulu ağa ilə birlikdə Qlinkanın yanında olanda da bu barədə çox danışdıq. Şərq öyrənilməmiş bir aləmdir. Təkcə Qafqazın özündə mövcud olan etnik qrupların öyrənilməsi bizə çox şey verər. Tiflisdə Marlinski mənə şeirlər oxudu. Onların hər biri öz füsunkarlığı və zərifliyi ilə ürəklərdə kök sala bilər. (Bakıxanova) Sənin oxuduğun mahnılar, gördünmü, Qlinkanın necə xoşuna gəldi?
Abbasqulu - Mən bizim el nəğməkarlarından, bizdə onlara aşıq deyirlər, birini onun yanına göndərəcəyəm. Qoy aşıq sənətinin möcüzələri ilə yaxın dan tanış olsun.
Puşkin - Qafqazlı dostlarım, siz əzilmiş bir xalqın oyanmış zəkasısınız. Bu, hər cür silahdan kəskindir. Cənab Mirzə Cəfər, Abbasqulu ağa ilə general uzaqda yaşayırlar. Biz ki bir şəhərdəyik. Xahiş edirəm bizi unutmayın, tez-tez gəlin. Abbasqulu ağanı isə gərək Peterburqda gəzdirib ayaqdan salaq.
(Gülüşürlər.)
Cənab polkovnik, siz nə deyirsiniz?
Abbasqulu - Əksinə, çox şad olaram. Mən səyahəti sevirəm.
Bakıxanov 1820-ci ildən çalışdığı hərbi xidmətdən azad olunaraq, pərişan xəyallarla Tiflisdən doğma kəndi Əmsara qayıdır. Yeganə təsəllini onda tapırdı ki, özünü tamamilə Azərbaycan vilayətinin tarixini yazmağa həsr edəcəkdir.
Aşıq Nuru sazını sinəsinə basıb avazla oxuyur. Abbasqulu diqqətlə qulaq asır. Saz susur.
Abbasqulu - Əhsən aşıq, El içində nahaq yerə şöhrət qazanmamışsan. İndi keçək mətləbə.
Aşıq - Buyur, ağa.
Abbasqulu - Danışdığımız kimi, gedirsən Peterburqa. Orada sənin qabağına çıxacaqlar. Mən qabaqcadan onlara xəbər vermişəm. Bəraye-ehtiyat, ünvan da verirəm. Ona məktub verirsən. Bax, bu evdə şair Puşkin yaşayır. Sən birbaşa onların evinə gedəcəksən. O isə səni kompozitor Qlinkanın yanına aparacaq.
Aşıq - Ağa, mən orada çox qalacağam?
Abbasqulu - Yox, kompozitor bir neçə gün səni dinləyəcək, sonra qayıdıb gələcəksən. (Aşığın üst-başına nəzər salır.) Ancaq gərək qalın geyinəsən. Oralar bərk soyuq olur. Özünü gözlə.
Aşıq - Arxayın ol, ağa. Özümlə kürk də aparacağam.
Abbasqulu - Bu da sənin yol xərcin. Özünə korluq vermə.
(Ona pul verir.)
Aşıq - Ay Allah, axır ki, Qubadan özgə yerləri də görəcəyəm. Padşahın şəhərində olacağam.
Abbasqulu - Aşıq Nuru, səninlə şairə balaca bir hədiyyə də göndərəcəyəm. Öz bağımın bəhrəsindəndir.
Aşıq - Baş üstə, ağa. Arxayın ol, çatdıraram.
Abbasqulu - Dil bilmədiyin üçün darıxma. Mənim sənə verəcəyim kağızı şəhərdə kimə göstərsən, sənə yol-riz göstərəcəklər.
Aşıq - O barədə ürəyini lap buz kimi saxla. Aşıq Nurunu dəyirmanın gözünə ölü salsan, diri çıxacaq. Mənə Alı kişinin oğlu deyərlər, on il Sibirdə qalandan sonra evinə sağ-salamat qayıtdı. Gedəndə iki kəlmə də rusca bilmirdi... Ağa, onda icazə ver, gedim yola hazırlaşım. Sabah gəlib xudahafizləşərəm.
Abbasqulu - Mən də sənin üçün lazım olan kağızları yazıb, hazırlayaram. Hələlik, get... (Gedir.)
(Qapı döyülür. Veysəl içəri girir.)
Abbasqulu - Veysəl, gəl, gəl. Neçə gündür görünmürsən?
Veysəl - Kəndlərdə idim. Mirzə, bütün camaatı ayağa qaldırmışıq. İndi Qubaya hərəkət edirik. Bizdən qabaq özünü yetirənlər Qubanın ətrafında düşərgə salıblar. Onlar Dərbənddən gələn hökumət qoşunlarını darmadağın edib, şəhərə buraxmayıblar. Hamı bir ağızdan komendantın qovulmasını tələb edir. Söz veriblər ki, Varşavaya bir nəfər də süvari verməyəcəklər.
Abbasqulu - Hacı Məmməd nə eyləyir?
Veysəl - Səhərdən axşamadək üsyançıların arasındadır. Deyirlər ki, dünən Şeyx Şamildən məktub alıb.
Abbasqulu - Yəqin bilirsən?
Veysəl - Məktubu öz gözləri ilə görənlər danışırlar.
Abbasqulu - Xəbərin yoxdur, nə yazır?
Veysəl - Yazıb ki, möhkəm durun. Mücahidlərimiz keçidləri aşa bilsələr, köməyinizə çatacaqlar.


(Küçədən səslər eşidilir.)Abbasqulu - Mirzə özü necədir? "Divani hikmət" məclisində nə var, nə yox? Çoxdandır mən orada iştirak edə bilmirəm.
Fətəli - Məclis öz qaydasındadır, şeirlər oxuyuruq, fəlsəfədən, məntiqdən söhbət gedir. Axırıncı məclisdə Mirzə Şəfi sizin "Fatma tar çalır" şeiriniz barədə hüsn-təvəccöh ilə danışdı. Dedi ki, bizim zəmanəmizdə əsl şeir belə olmalıdır. Biz hamımız elə bu fikirdəyik.
Abbasqulu - Çox təşəkkür edirəm. (Zablotskiyə). Todeuş, mən sizi heç tanış etmədim. Gənc istedadlı cavanlarımızdandır. Fars, ərəb və rus dillərinə mükəmməl yiyələnib.
Zablotski - Çox şadam. Todeuş Lode Zablotski.
Fətəli - Mirzə Fətəli Axundov.
Zablotski - Abbasqulu ağa, icazə versəydin mən gedərdim. Vacib işlərim var.
Abbasqulu - Buyurun, buyurun.
Zablotski - Xudahafiz. (Gedir.)
Abbasqulu - Fətəli, rahat əyləş. Sən şikayətlənirsən ki, səhhətin pozulub. Bəs onda mən nə edim? Sən hələ cavansan. Axır zaman əsəblərim elə pozulub ki, bütün günü özümü taqətsiz hiss edirəm.
Fətəli - Başa düşürəm, Mirzə.
Abbasqulu - Hər dəqiqəm əsəbi, hər dəqiqəm gərgin. Ürəyimi sənə aça bilərəm. Fikirləşirəm ki, biz ki bu dərəcədə sədaqətlə xİdmət edirik, əvəzində isə qazancımız yenə də şübhə olur. İnanmırlar bizə, Quba üsyanında mənə vurulan ləkə indiyədək üstümdən silinmir. Bir kitabın çap edilməsi nədir ki, onu da mənə çox bilirlər. Çıxılmaz bir haldayam, Fətəli. İstəyirəm ki, baş götürüm gedəm. Daha dözə bilmirəm. İkinci dəfə məni hərbi xidmətə çağıranda aldandım. Qraf Voronsova ərizə yazmışam ki, İrana səyahət etmək üçün mənə icazə versin. Əsl məqsədim isə başqadır. Ürəyimin ağrılarını götürmək niyyətindəyəm.
Fətəli - Qrafdan hələ cavab yoxdur?
Abbasqulu - Deyəsən etiraz eləmir. Ancaq bir şərtlə buraxacaq. Deyir ki, yerinə adam tapmasan, səyahət fikrindən birdəfəlik daşın. (Fikrə gedir.) Bəlkə elə səni öz yerimə məsləhət bilim. Hə, necə bilirsən?
Fətəli - Mirzə, sizə ərz elədim ki, nasazam.
Abbasqulu - Burada sənin üçün ağır olmaz. Məktəbdən qat-qat rahat olar.
Fətəli - Sizdən sonra mən bu yerə layıqmıyam?
Abbasqulu - Tiflisdə bu vəzifəyə layıqlı bir adam varsa, o da sənsən. Bu işdə təvazökarlıq məncə, artıqdır.
Fətəli - (Fikirləşir.) Mirzə, qəti bir söz deyə bilmərəm. Fikirləşərəm. Mirzə mən sizin yanınıza Şeyxülislamın təvəqqəsi ilə gəlmişəm.
Abbasqulu - Buyur.
Fətəli - Şeyxülislam Tiflisdə müsəlman uşaqları üçün məktəb açmaq fikrinə düşüb. Əsasnamə də hazırlayıb. Mən də onu rus dilinə tərcümə etmişəm. Vermişdik mülki işlər dəftərxanasının müdiri cənab Safonova. O da, eşitdiyimizə görə, Əsasnaməyə rəy vermək üçün sizə göndərib. Şeyxülislam xahiş etdi ki, bu işi bir az sürətləndirəsiniz.
Abbasqulu - Siz mənim ürəyimdən xəbər vermişsiniz. Bu mənim çoxdan kı arzumdur. Hələ dörd il qabaq belə bir məktəbin açılması barədə Əsasnamə hazırlayıb, baron Rozenə təqdim etmişdim. Ancaq onu Bakıxanov yazdığı üçün şübhəyə düşüb, icazə vermədilər. Yaxşı ki, siz bu məsələni təzədən qaldırmışsınız. Rəyi elə ertəsi günü yazıb, Safonova qaytarmışam. Ümidvaram ki, belə məktəblərdə din ilə elmi birləşdirmək olar. Din nəticə etibarilə elmin isbat etdiyini təsdiq edə bilər. İslam ehkamlarını rədd etmək olmaz. Fəqət, həqiqətin dərk edilməsində elmin üstünlüyü vacibdir.
Fətəli - Bağışlayın, Mirzə, bu barədə mən sizinlə razı deyiləm. Elmlə din heç zaman birləşə bilməz. Din və iman, elm və fəlsəfə iki zidd halətdir. Buna görə də bəziləri məni allahsız adlandırır.
Abbasqulu - Allaha inanmamaq zəka xaricindədir. Sənə məlum deyilmi ki, bu səliqədə olan dünya xaliqsiz ola bilməz. Bir xaliq lazım idi ki, bu dünyada bir sər-səhman və ahəng yaradaydı. Düzdür, Allah yer üzündə insanı hamıdan güclü yaratmışdır. Ancaq zəhmətdən uzaq olan insan qoy Allaha arxayın olmasın. O, yer üzünün nemətini hər adama əta etmir. Ancaq öz zəhməti ilə yer üzünə bəzək vuran adamlar Allaha sadiq bəndələrdir.
Fətəli - Din isə təvəkküllə yaşamağı təlim edir. Buna görə, Mirzə, ürəyinizə toxunmasın, mən bütün dinləri puç və əfsanə hesab edirəm.
(Bir praporşik içəri girib, əlindəki zərfi Bakıxanova təqdim edir.)
Praporşik - Cənab polkovnik, bu məktub sizə çatacaq.
(Çıxır.)
Abbasqulu - Bir dəqiqə bağışla. Əvvəl bunu oxuyum. Peterburqdandır. Deyəsən təzə xəbərdir.
(Məktubu həyəcanla oxuyur. Sonra parça-parça edərək ayağa qalxır.)
Abbasqulu - Bu da imperatorun cavabı. Kitabın hökumət hesabına çap edilməsini qadağan edir. Yox, daha burada bundan sonra yaşaya bilmərəm: əvvəl-axır bu mənfur dəftərxana mənim məzarıma çevriləcək. Fətəli, sən heç təsəvvür edə bilməzsən ki, bu məngənədə necə boğuluram. Ləpirlərim təqib olunur, fikirlərimə tor atılır. Çavçavadze ordudan qovuldu, Orbeliani həbs edildi. Məni də belə bir aqibət gözləyir. Yox, uzaqlaşmalıyam buradan. Getməliyəm. Bir nicat yolu tapmalıyam özümə. Pərvərdigara, sən özün şahid ol ki, mənim pak ehsatım necə təhqir olunur...
Titr:
1846-cı ilin əvvəlində Bakıxanov İrana gedir, sonra İstanbulda olur, oradan da Məkkəyə yola düşür. 1847-ci ildə Məkkədən Suriyaya qayıdarkən yolda Məkkə ilə Mədinə arasında olan Vadiyi-Fatima adlanan yerdə vəba xəstəliyindən ölür və orada da dəfn olunur.
Mirzə, eşidirsənmi, bizim adamlardır. Qubaya gedirlər. Deyirlər ki, qiyamçılar şəhərdəki qarnizonu susuz qoymaq üçün arxları dağıdıblar. Bu onları məcbur eləyəcək ki, tez təslim olsunlar. Eşitdiyimə görə, Qubaya Tiflisdən güclü qoşun göndərilib.
Abbasqulu - Bu sizi qorxutmasın. Ruhdan düşsəniz, hər şey pozular.
Veysəl - Nədən qorxacağıq? Deyirlər ki, qurddan qorxan meşəyə girməz.
(Bayırda səslər çoxalır.)
Mirzə, mən getdim. Gəldim ki, kefini xəbər alım.
Abbasqulu - Get, Veysəl. Allah sizə yar olsun.
(Bakıxanov yenə yazı ilə məşğul olur. Sonra qalxıb arvadını səsləyir.)
Abbasqulu - Səkinə, Səkinə.
Səkinə - (Gəlir.) Buyur, Abbasqulu.
Abbasqulu - Gəl otur yanımda. Çoxdan sənin məhəbbətinə həsr etmək istədiyim əsəri bu gün qurtardım. Al, oxu.
Səkinə - Ərəbcəni mən necə oxuyum?
Abbasqulu - Ərəbcə deyil, azərbaycanca yazmışam. Oxuduqca ilk məhəbbət dəmlərimiz yadına düşəcək. Mənə həmişə qanad verən məhəbbətini bu sətirlərdə həkk etməyə çalışmışam. Onu sənə bağışlayıram. Qoy əzəli və əbədi məhəbbətimizdən bir abidə qalsın, mənim əzizim. (Onun saçlarından öpür.)
Səkinə - (Əlyazmanı sinəsinə basır.) Çox sağ ol, Abbasqulu.
Abbasqulu - Oğlumuz olmadı, Səkinə. Nə qəm. Güman eləyirəm ki, qızlarımız atalarının xatirəsini həmişə əziz tutacaqlar.
Səkinə - O gün eşitsəydin ki, Tuğra nə deyir?
Abbasqulu - Nə deyir?
Səkinə - Deyir ki, mən də ağam kimi şeir yazacağam.
Abbasqulu - (Gülür.) Gör bir. Biz də deyirik ki, oğlumuz yoxdur.
(Səs eşidilir.)
Səkinə - Kimsə gəlib (çıxır və bir azdan qayıdır.) Tiflisdən bir nəfər zabit gəlib.
Abbasqulu - Qoy gəlsin.
Qasid - (İçəri girib hərbi qaydada salam verir.) Cənab podpolkovnik, baş Hakim baron Rozenin sərəncamı ilə gəlmişəm. Bu namə sizə çatacaqdır.
Abbasqulu - (Məktubu açıb, oxuyur. Fikrə gedir.) Yaxşı, siz gediniz. Mən də bu gün çıxaram.
Qasid - Cənab podpolkovnik, əmr olunmuşdur ki, mənimlə gedəsiniz.
Abbasqulu - (Təəccüblə ona baxır.) Belə təcilidir?
Qasid - Bəli, cənab podpolkovnik, mühüm tapşırıq var.
Abbasqulu - (Məktubu bir də oxuyur. Daxili monoloqu eşidilir.) "Təcili nə tapşırıq ola bilər? Yox, mənim bu günlərdə Qubada qalmağım deyəsən baronu qorxuya salmışdır. Səkinə (çağırır).
Səkinə - (Gəlir.) Buyur, Abbasqulu.
Abbasqulu - Səkinə, mən təcili Tiflisə getməliyəm. Yol tədarükündə ol. De ki, at da hazırlasınlar. Səkinə, əvvəlcə praporşiki yedirin, yoldan gəlib.
(Səkinə və praporşik çıxırlar. Abbasqulu oturub tələsik nə isə yazır.)
Səkinə - (Gəlir.) At hazırlayırlar.
Abbasqulu - (Yazdığı kağızı ona verir.) Səkinə, bu məktubu, sabah aşığa verərsən. Orada ünvan da var.
Səkinə - Abbasqulu, görəsən nə baş verib? Niyə səni belə təcili çağırırlar?
Abbasqulu - Mənim üçün aydındır nə üçün çağırırlar. Onlar mənim burada olmağımdan qorxuya düşüblər. İstəmirlər ki, başlanacaq bu qiyam günü mən burada olum.
Səkinə - Bəs nə vaxt qayıdacaqsan?
Abbasqulu - Onu Allah bilir. Mən ancaq bir şeyə təəssüflənirəm: yarımçıq qalmış əsərlərimi tamamlaya bilmədim. Daha çox "Gülüstani İrəm" üçün narahatam. Onu gərək bu il qurtaraydım.
(Baron Rozenin qəbul otağı. Köməkçisi kapitan stol arxasında oturmuşdur. Bakıxanov daxil olur.)
Abbasqulu - Salam.
Kapitan - (Ayağa qalxır.) Salam, cənab podpolkovnik.
Abbasqulu - Baron Rozen yerindədirmi?
Kapitan - Bəli, cənab podpolkovnik.
Abbasqulu - Ona çatdırın ki, mən gəlmişəm və yanına keçmək istəyirəm.
Kapitan - Cənab podpolkovnik, baron tapşırıb ki, heç kəsi yanına buraxmayım. Bərk məşğuldur.
Abbasqulu - Bəs necə olur ki, bir tərəfdən təcili çağırtdırır, o biri tərəfdən qəbul etmir. Mən Tiflisdə nə qədər gözləyəcəyəm?
Kapitan - Cənab podpolkovnik, o hələ bir neçə gün də məşğul olacaq. Siz qraf Vasilçikova müraciət edin.
Abbasqulu - Qraf Vasilçikovun yanında olmuşam. O məndən Qubadaki üs yan barədə yazılı məlumat istəmişdi, mən də yazıb verdim. Barona deyin ki, əgər bununla vəzifəm bitibsə, Qubaya qayıdım.
Kapitan - Xeyr, cənab podpolkovnik, mən ona heç bir söz deyə bilməyəcəyəm. Qəti tapşırıb.
(Zəng çalınır.)
Bağışlayın, podpolkovnik, məni çağırır.
(Otaqdan çıxır. Bakıxanov pəncərənin qabağına gəlib, fikrə dalır.)
Abbasqulu - (daxili monoloqu). O mənimlə oyuna başlayıb. Hanı bəs xüsusi tapşırıq? Bəlkə başqa niyyəti var? Özünə də yaxşı məlumdur ki, mən qiyamın hazırlanmasında şəxsən iştirak etməmişəm. Bəs yazılı məlumat məndən nə məqsədlə tələb olunmuşdur?
Kapitan - (Gəlir.) Cənab podpolkovnik, sizin təşrif gətirməyiniz barədə xəbər verdim. Gözləyin, bu saat sərəncama imza edəcəkdir.
(İçəri keçir. Bakıxanov əsəbi halda gəzişir.)
Kapitan - (Əlində namə çıxır.) Cənab podpolkovnik, sərəncam hazırdır. Budur. Yazılıb ki, siz elə günü bu gün Qubaya yola düşüb, üsyanın yatırılmasında iştirak edəsiniz (sərəncamı ona verir).
Abbasqulu - (Sərəncamı oxuyur, sonra əsəbi halda onu stolun üstünə atır). Barona məlumat veriniz ki, mən bu xəyanəti üzərimə götürməkdən imtina edirəm. Üsyana səbəb olanlar qoy özləri gedib yatırtsınlar.
Kapitan - Cənab podpolkovnik, siz...
Abbasqulu - Heç bir söz eşitmək istəmirəm. Dediklərimi ona yetirin. Mə ni xalqımın nəzərində gözdən salmaq onlar nəsib olmayacaq.
Tİtr:
Bakıxanov Qubaya üsyan yatırıldıqdan sonra gəldi. 1837-ci il Quba üsyanı onun bütün əsəblərini sarsıtmışdı. Üsyan yatırıldıqdan sonra baron Rozen hərbi nazir Çernışevə belə yazırdı: "Bakıxanovu Tiflisə çağırıb, xüsusi tapşırıq vermək istədim. Lakin bu mənə müyəssər olmadı. Çünki o Tiflisə gələn kimi mənim barəmdə narazılığını bildirərək, elə söhbətlər yaymışdı ki, mən ona daha heç bir şey etibar edə bilməzdim. Bakıxanovlar ailəsindən hökumətə qarşı heç bir xəyanət baş verməsə də, Abbasqulu Bakıxanovun bizə səmimi olduğunu demək çətindir."
Bakıxanovun mənzili. Yazı ilə məşğuldur. Sonra durub fikirli-fikirli otaqda gəzişir. Səkinə əlində çay içəri girir.
Səkinə - Abbasqulu, bəsdir fikirkəşdin. Belə getsə özünü lap üzərsən.
Abbasqulu - Unuda bilmirəm, Səkinə. Veysəlin öldürülməsi heç cür yadımdan çıxmır. Üsyandan sonra Qubaya qayıdanda, qabağıma çıxan bir qocanın dediyi sözlər indiyədək yadımdadır: "Abbasqulu ağa, gör bizi nə günə qoydular". Bu, yanan bir ürəyin tüstüsü idi.
Səkinə - Çalış ki, bütün bunları yadından çıxardasan.
Abbasqulu - Necə yadımdan çıxara bilərəm, Səkinə? O qocanın çiyinlərimdəki paqonlara baxaraq, dediyi sözlər ağır daş kimi ürəyimə çöküb. Yadıma düşdükcə içəridən göynədir məni. (Divardan asılmış mundirinin paqonlarını göstərir.) Xidmət etdiyim müddətdə bu paqonlardan başqa nə qazanmışam? Heç bir şey. İçərim həmişə təşvişdə olub. Bu gen dünyada mənə hava çatmayır. Yazılarım olmasaydı, inan, bağrım çatlardı, Səkinə. "Gülüstani İrəm" məni daha çox narahat edir. Hələ keçən ilin avqustunda əlyazmasını Peterburqa göndəriblər. İndiyədək heç bir cavab yoxdur. Ancaq onu bilirəm ki, imperatorun əmri ilə, "Gülüstani İrəm" rəy üçün İmperator Akademiyasına göndərilib. Eşitdiyimə görə, akademiklərdən Dorn və Brosse ona rəy yazırlar. Nə vaxt cavab çıxacaq, Allah bilir. Gör "Qafqaz" qəzeti 2-ci nömrəsində nə yazır: "Qafqazda olan müsəlman üləmalarından polkovnik Abbasqulu ağa Bakıxanov Qafqazın Şərq hissəsinin tarixini yazmışdır ki, bu da əlahəzrətin diqqətini cəlb etmiş və onun fərmanı ilə polkovnik Bakıxanov brilyant üzüklə təltif edilmişdir. Bundan əlavə, əlahəzrət fərman vermişdir ki, onu əsəri nəzərdən keçirilmək üçün Rusiya İmperator Elmlər Akademiyasına göndərilsin".
(Qəzeti yerinə qoyur.)
O vaxtdan indiyədək heç bir xəbər yoxdur. Mənim çəkindiyim bir şeydəndir: qorxuram məni Quba üsyanında dolaşdırmaq istəyənlər bu işdə də pəl vursunlar.
Səkinə - İmperator bəyənibsə, heç kəs mane ola bilməz.
(Qapı döyülür. Səkinə çıxır. Bir azdan əlində iki məktub qayıdır.)
Səkinə - Abbasqulu, sənə iki məktub gəlib.
Abbasqulu - Ver görüm. (Tez birinci məktubu açıb, oxuyur.) Səkinə, təbrik eləyə bilərsən, məktubu göndərən dostum Zabletskidir. Kitabın tərcüməçisi. Yazır ki, akademiklərdən cavab alınmışdır. Onların rəyini də göndərib. Gör Dorn və Brosse nə yazırlar: (oxuyur) "Keçmiş Şirvanşahların bizim üçün hələ də qaranlıq olan tarixi az işıqlandırılmışdır. Onların sonraki tarixində isə bəzi nöqtələr tamamilə tədqiq edilməmişdir. Bunun əvəzində isə Abbasqulu ağanın əsərində Avropa alimlərinə hələ də məlum olmayan Şərq mənbələrindən topladığı bir sıra məlumat və xəbər vardır ki, bunlar əlimizdə olan materialları xeyli zənginləşdirir. Burada Şirvan və Dağıstan tarixinə, qədim zamanlardan başlayaraq son zamanlaradək, baxış elə ibrətamizdir ki, kitabın Qafqaz ölkələrinin tarixinə mühüm və xeyirli əlavə olduğunu deməyə bizə haqq verir..."
Səkinə - Daha bundan sonra nə istəyirsən, Abbasqulu?
Abbasqulu - Əsas çətin məsələ onu çap etdirməkdir. Bizim zəmanəmizdə kitab çap etdirmək üçün gərək yeddi dəridən çıxasan.
Səkinə - İkinci məktubu da oxu, görək nə yazırlar?
Abbasqulu - (İkinci məktubu açıb oxuyur və fikrə gedir.) Səkinə, məni Tiflisə təzədən hərbi xidmətə çağırırlar.
Səkinə - Baron Rozen yenə səndən əl çəkmir?
Abbasqulu - Yox, Səkinə, baron Rozen deyil. Qafqaza təzə baş hakim təyin olunub. General Qolovin. Məni dəvət edən də odur.
Səkinə - Getmə, Abbasqulu. O da yəqin baron Rozen kimi qəddardır.
Abbasqulu - (Fikirli). Düşünməliyəm, Səkinə. Əvvəla, mən uzun müddətli məzuniyyətdəyəm. Bu hərbi xidmət mənim üçün qeyrirəsmi olacaqdır. Bir də, adamlar haqqında bədgüman olmaq günahdır. O, məni tanımaya-tanımaya, özü də bütün bu əhvalatlardan sonra hərbi xidmətə çağırırsa, mən onun bu hərəkətində ancaq xeyirxahlıq görürəm.
Səkinə - Özün bilərsən, Abbasqulu. Ancaq mən inanmıram.
Abbasqulu - Deyirəm, "Gülüstani İrəm"in çapında bəlkə kömək elədi?
Baş hakimin dəftərxanası. Abbasqulu oxuduğu məktubu hirslə stolun üstünə atıb, ayağa qalxır və əsəbi halda otaqda gəzişir. Zablotski. (Daxil olur.) Salam.
Abbasqulu - Salam.
Zablotski - Peterburqdan bir xəbər varmı?
Abbasqulu - İndicə Daxili işlər nazirliyində işləyən bir dostumdan mək­tub almışam. Mən necə gözləyirdimsə, elə də oldu.
Zablotski - Nə yazırlar?
Abbasqulu - Qraf Çernışov əlyazmasını rəylərlə birlikdə Voronsova göndərib, kitabın siyasi cəhətdən çap edilib-edilə bilməyəcəyini soruşur, əlavə, öyrənmək istəyir ki, çapı məsləhət bilinərsə, xərci kimin hesabına ödənilməlidir.
Zablotski - Bəs sənin ərizən? Axı xahiş etmişdin ki, hökumətin hesabına ödənilsin?!
Abbasqulu - O mənim xahişim idi, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Məktubda üstü örtülü yazılmış sözlərdən belə başa düşdüm ki, Çernışov ikibaşlı oyun oynayır. Bir tərəfdən, Voronsovdan məsləhət istəyir, o biri tərəfdən, imperatora bildirir ki, kitab dövlət hesabına çap edilə bilməz.
Zablotski - Nahaq qanını qaraldırsan. Rəsmi cavab gəlməmiş hələ heç bir şey bilmək olmaz.
Abbasqulu - Yanmayan yerdən tüstü çıxmaz deyərlər. Peterburqlu dos­tum bir şey bilməsəydi yazmazdı. Todeuş, sənin də zəhmətin hədər gedəcək.
Zablotski - Sən dağı qaldırmışsan, mənim zəhmətim onun yanında nədir ki?! Gövdəsindən yanan ağacın qol-budağına heyfsilənməzlər. Ancaq mən inanmıram ki, akademiklərin belə qiymətləndirdikləri bir əsər yerdə qala.
Abbasqulu - Dövranın gərdişi nəhs gələndə hər şey ola bilər.
Mirzə Fətəli - (Gəlir.) Mirzə, gəlmək olarmı?
Bakıxanov - Ooo, Fətəli. Buyur, buyur. Xoş gəlmişsən. Səndən nə əcəb bu tərəflərə yolun düşüb. Çoxdandır görünmürdün?
Fətəli - Səhhətim pozulub. Özümü bir az nasaz hiss edirəm. Tiflis qəza məktəbinə də daha gedə bilmirəm.
Bakıxanov - Bəs uşaqlar başsız qalıb?
Fətəli - Yox, Mirzə. Zaqafqaziya məktəbləri direktoru cənab Knopdan xahiş etdim ki, məktəbdə məni Mirzə Şəfi əvəz etsin. Sınaqdan çox yaxşı çıxdı. Sabahdan dərsə başlayır.
Abbasqulu - Mirzə özü necədir? "Divani hikmət" məclisində nə var, nə yox? Çoxdandır mən orada iştirak edə bilmirəm.
Fətəli - Məclis öz qaydasındadır, şeirlər oxuyuruq, fəlsəfədən, məntiqdən söhbət gedir. Axırıncı məclisdə Mirzə Şəfi sizin "Fatma tar çalır" şeiriniz barədə hüsn-təvəccöh ilə danışdı. Dedi ki, bizim zəmanəmizdə əsl şeir belə olmalıdır. Biz hamımız elə bu fikirdəyik.
Abbasqulu - Çox təşəkkür edirəm. (Zablotskiyə). Todeuş, mən sizi heç tanış etmədim. Gənc istedadlı cavanlarımızdandır. Fars, ərəb və rus dillərinə mükəmməl yiyələnib.
Zablotski - Çox şadam. Todeuş Lode Zablotski.
Fətəli - Mirzə Fətəli Axundov.
Zablotski - Abbasqulu ağa, icazə versəydin mən gedərdim. Vacib işlərim var.
Abbasqulu - Buyurun, buyurun.
Zablotski - Xudahafiz. (Gedir.)
Abbasqulu - Fətəli, rahat əyləş. Sən şikayətlənirsən ki, səhhətin pozulub. Bəs onda mən nə edim? Sən hələ cavansan. Axır zaman əsəblərim elə pozulub ki, bütün günü özümü taqətsiz hiss edirəm.
Fətəli - Başa düşürəm, Mirzə.
Abbasqulu - Hər dəqiqəm əsəbi, hər dəqiqəm gərgin. Ürəyimi sənə aça bilərəm. Fikirləşirəm ki, biz ki bu dərəcədə sədaqətlə xİdmət edirik, əvəzində isə qazancımız yenə də şübhə olur. İnanmırlar bizə, Quba üsyanında mənə vurulan ləkə indiyədək üstümdən silinmir. Bir kitabın çap edilməsi nədir ki, onu da mənə çox bilirlər. Çıxılmaz bir haldayam, Fətəli. İstəyirəm ki, baş götürüm gedəm. Daha dözə bilmirəm. İkinci dəfə məni hərbi xidmətə çağıranda aldandım. Qraf Voronsova ərizə yazmışam ki, İrana səyahət etmək üçün mənə icazə versin. Əsl məqsədim isə başqadır. Ürəyimin ağrılarını götürmək niyyətindəyəm.
Fətəli - Qrafdan hələ cavab yoxdur?
Abbasqulu - Deyəsən etiraz eləmir. Ancaq bir şərtlə buraxacaq. Deyir ki, yerinə adam tapmasan, səyahət fikrindən birdəfəlik daşın. (Fikrə gedir.) Bəlkə elə səni öz yerimə məsləhət bilim. Hə, necə bilirsən?
Fətəli - Mirzə, sizə ərz elədim ki, nasazam.
Abbasqulu - Burada sənin üçün ağır olmaz. Məktəbdən qat-qat rahat olar.
Fətəli - Sizdən sonra mən bu yerə layıqmıyam?
Abbasqulu - Tiflisdə bu vəzifəyə layıqlı bir adam varsa, o da sənsən. Bu işdə təvazökarlıq məncə, artıqdır.
Fətəli - (Fikirləşir.) Mirzə, qəti bir söz deyə bilmərəm. Fikirləşərəm. Mirzə mən sizin yanınıza Şeyxülislamın təvəqqəsi ilə gəlmişəm.
Abbasqulu - Buyur.
Fətəli - Şeyxülislam Tiflisdə müsəlman uşaqları üçün məktəb açmaq fikrinə düşüb. Əsasnamə də hazırlayıb. Mən də onu rus dilinə tərcümə etmişəm. Vermişdik mülki işlər dəftərxanasının müdiri cənab Safonova. O da, eşitdiyimizə görə, Əsasnaməyə rəy vermək üçün sizə göndərib. Şeyxülislam xahiş etdi ki, bu işi bir az sürətləndirəsiniz.
Abbasqulu - Siz mənim ürəyimdən xəbər vermişsiniz. Bu mənim çoxdan kı arzumdur. Hələ dörd il qabaq belə bir məktəbin açılması barədə Əsasnamə hazırlayıb, baron Rozenə təqdim etmişdim. Ancaq onu Bakıxanov yazdığı üçün şübhəyə düşüb, icazə vermədilər. Yaxşı ki, siz bu məsələni təzədən qaldırmışsınız. Rəyi elə ertəsi günü yazıb, Safonova qaytarmışam. Ümidvaram ki, belə məktəblərdə din ilə elmi birləşdirmək olar. Din nəticə etibarilə elmin isbat etdiyini təsdiq edə bilər. İslam ehkamlarını rədd etmək olmaz. Fəqət, həqiqətin dərk edilməsində elmin üstünlüyü vacibdir.
Fətəli - Bağışlayın, Mirzə, bu barədə mən sizinlə razı deyiləm. Elmlə din heç zaman birləşə bilməz. Din və iman, elm və fəlsəfə iki zidd halətdir. Buna görə də bəziləri məni allahsız adlandırır.
Abbasqulu - Allaha inanmamaq zəka xaricindədir. Sənə məlum deyilmi ki, bu səliqədə olan dünya xaliqsiz ola bilməz. Bir xaliq lazım idi ki, bu dünyada bir sər-səhman və ahəng yaradaydı. Düzdür, Allah yer üzündə insanı hamıdan güclü yaratmışdır. Ancaq zəhmətdən uzaq olan insan qoy Allaha arxayın olmasın. O, yer üzünün nemətini hər adama əta etmir. Ancaq öz zəhməti ilə yer üzünə bəzək vuran adamlar Allaha sadiq bəndələrdir.
Fətəli - Din isə təvəkküllə yaşamağı təlim edir. Buna görə, Mirzə, ürəyinizə toxunmasın, mən bütün dinləri puç və əfsanə hesab edirəm.
(Bir praporşik içəri girib, əlindəki zərfi Bakıxanova təqdim edir.)
Praporşik - Cənab polkovnik, bu məktub sizə çatacaq.
(Çıxır.)
Abbasqulu - Bir dəqiqə bağışla. Əvvəl bunu oxuyum. Peterburqdandır. Deyəsən təzə xəbərdir.
(Məktubu həyəcanla oxuyur. Sonra parça-parça edərək ayağa qalxır.)
Abbasqulu - Bu da imperatorun cavabı. Kitabın hökumət hesabına çap edilməsini qadağan edir. Yox, daha burada bundan sonra yaşaya bilmərəm: əvvəl-axır bu mənfur dəftərxana mənim məzarıma çevriləcək. Fətəli, sən heç təsəvvür edə bilməzsən ki, bu məngənədə necə boğuluram. Ləpirlərim təqib olunur, fikirlərimə tor atılır. Çavçavadze ordudan qovuldu, Orbeliani həbs edildi. Məni də belə bir aqibət gözləyir. Yox, uzaqlaşmalıyam buradan. Getməliyəm. Bir nicat yolu tapmalıyam özümə. Pərvərdigara, sən özün şahid ol ki, mənim pak ehsatım necə təhqir olunur...
Titr:
1846-cı ilin əvvəlində Bakıxanov İrana gedir, sonra İstanbulda olur, oradan da Məkkəyə yola düşür. 1847-ci ildə Məkkədən Suriyaya qayıdarkən yolda Məkkə ilə Mədinə arasında olan Vadiyi-Fatima adlanan yerdə vəba xəstəliyindən ölür və orada da dəfn olunur.