Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

VAQIF BƏHMƏNLI
DIAQNOZ

Roman


SEYRAN SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


CAMAL YUSIFZADƏ


QILMAN İLKİN
Xalqinin müztərib oğlu


Sabir SARVAN


Etibar BABAYEV
YALANA HEYKƏL
(“Tarix - ibrət alanlar üçün dərsdir” silsiləsindən)­


SƏRVAZ HÜSEYNOĞLU


Nizami MURADOĞLU


İrina NİKİTİNA
POSTMODERNİST SƏNƏT


POEZİYA
 

Nizami MURADOĞLU


 
ARA­SIN­DA

Oğul ba­la, bu oyu­na gi­riş­mə,
Ya­nar­san Xe­yir­lə Şər arasın­da.
Əzəl baş­dan bö­lü­nən­lər bö­lü­nüb,
Haqq qa­lıb qur­du­nan şir ara­sın­da.

Ba­rış yox­du, qu­ru­lub­du sa­vaş­lar,
Ya əyi­lir, ya vu­ru­lur dik baş­lar,
Bö­ləm­mə­yib dün­ya ma­lın qar­daş­lar,
Qəhr olub bər-bə­zək, zər ara­sın­da.

Gü­nü­mü­zün ən şi­ri­ni - ən acı,
Əlac­sız­dır əlac­lı­ya əl açır.
Da­ha bi­zim dər­di­mi­zin əla­cı,
Ası­lıb göy ilə yer ara­sın­da.

GE­DİR

Ana Və­tən, si­nəm çar­paz ya­ra­dır,
Dərd püs­kü­rür, qəm axı­dır, qan ge­dir.
Nə müd­dət­dir tor­paq­la­rın pa­ra­dır,
Həs­rə­tin­də za­man ke­çir, gün ge­dir.

Ba­şa də­yir ya kə­sə­yi, ya da­şı,
Ay­rı dü­şən el-oba­lar yad­la­şır.
Quş sək­mə­yən sər­həd­lə­ri yad aşır,
To­ra düş­mür, hə­dəf ol­mur, gen ge­dir.

Dar gü­nüm­də gö­rəm­mə­dim dostla­rı,
At­dı çö­lə mərd qey­rə­ti, dost arı.
Za­lım fə­lək, fır­la­dır­san dəs­ta­rı,
Yar­ma çıx­mır, un gö­rün­mür, dən ge­dir.

De­dim nola işıq­lı bir gün gə­lə,
Yor­ğun kön­lüm aman ta­pa, din­cə­lə.
Heç bil­mə­din iş­lər dö­nüb ən­gə­lə,
Saç ağa­rır, diş tö­kü­lür, can ge­dir.

QAL­MA­YIB

Za­lım fə­lək, da­ha sə­nə üz tu­tub,
Yal­var­maq­dan öz­gə gü­man qal­ma­yıb.
Qa­rı düş­mən evi­miz­də otu­rub,
Yurd da­ğı­lıb, bir xa­ni­man qal­ma­yıb.

Bi­lən yox­du dərdli ba­şın nə çə­kir?
Tar­la­la­rı kim be­cə­rir, kim əkir?
Qərbli, şərqli - ha­mı­sı da möh­tə­kir,
Süf­rə­miz­də yağ­lı-ya­van qal­ma­yıb.

İn­ci­mə­sin əc­nə­bi­lər sö­züm­dən,
Dü­şüb ar­tıq o bir­lik­lər gö­züm­dən.
Ey ulu türk, sən küs özün özün­dən,
Yox­sa da­ha Bö­yük Tu­ran qal­ma­yıb?!

Fə­lək, bi­zə bəxş et dö­yüş hə­və­si,
Cu­şə gəl­sin Ca­vi­da­nın nə­və­si.
Öt­sə za­man, keç­sə min il, min əsr,
De­yil­mə­sin Azər­bay­can qal­ma­yıb.

Kaş de­yil­sin Bö­yük Tu­ran ya­şa­yır,
Mil­yon-mil­yon qo­ca, ca­van ya­şa­yır.
Ana Və­tən - Azər­bay­can ya­şa­yır,
Bu tor­paq­da ahu-fə­qan qal­ma­yıb.

BƏ­SİM­Dİ

Köh­nə ta­nış­la­rın üzü dön­sə də,
Mə­nə sa­lam ve­rən çi­çək bə­sim­di.
Heç ki­min qa­pı­sın dö­yə bil­mi­rəm,
Dö­yür pən­cə­rə­mi kü­lək, bə­sim­di.

Qoy­nu­na gir­mə­yə də­ni­zim ha­zır,
Qum­lu sa­hi­lin­də izi­mi ya­zır.
Ba­şın­da di­dər­gin fi­kir­lər gə­zir,
Onu ya­zan gə­rək, gə­rək bə­sim­di.

Be­lə­cə dərd çək­di Məm­məd Araz da,
Bir az da ox­şar­lıq var sö­zü­müz­də.
Sağ ol­sun qo­hum da, oğul da, qız da,
On­la­rı şad gö­rüm, gör­mək bə­sim­di.

Ge­cə da­şı­yı­ram da­ğı ara­na,
Sa­bah da ara­nı qo­vub vi­ra­na,
Ya­ra­lı kök­sün­də ey Tor­paq - Ana,
Do­ğul­dum, ölə­rəm, öl­mək bə­sim­di.

QIY­MA

İla­hi, bir az da möh­lət ver mə­nə,
Ala göz­lə­ri­min ya­şı­na qıy­ma.
Uca­la bil­mə­dim ən­gin göy­lə­rə,
Ba­rı tor­pa­ğı­ma, da­şı­ma qıy­ma.

Qəm ilə mu­nis­dir mə­nim həs­rə­tim,
Və­tən­li, Və­tən­siz bir ömür çə­tin.
İki­yə bö­lün­müş bu məm­lə­kə­tin,
Üçü­nə, dör­dü­nə, be­şi­nə qıy­ma.

Nə vaxtdır qı­lın­cı ov­xar­dan dü­şüb,
Ya­nır Azər­bay­can, od har­dan dü­şüb?!
Bu va­ğan çi­çək­lər ba­har­dan dü­şüb,
Son ba­har gəl­mə­miş qı­şı­ma qıy­ma.

Nə Araz bo­yun­ca gə­zim dərdli mən,
Nə gö­rüm Şu­şa­nı qəm sər­həd­di mən.
İtir­dim öl­çü­nü, işi, həd­di mən,
Dərd çək­mək işim­di, işi­mə qıy­ma.

İla­hi, bir az da ümid ver mə­nə,
Əl­lə­rim yet­mə­yir ünüm ye­tə­nə.
Ba­şı­mı mən qur­ban de­dim Və­tə­nə,
Bu baş Və­tə­nin­dir, ba­şı­ma qıy­ma.

GE­DİR­SƏN

İgi­dim, gəl göz­lə­rin­dən öpüm mən,
Üzü dön­məz sərt yol­la­ra ge­dir­sən.
Anan, ba­cın yol­la­rı­na gül sə­pir,
Yol ay­rı­lır, dörd yol­la­ra ge­dir­sən.

Hər yo­lu­na sə­pi­lən­lər gül de­yil,
Gül­lü yer­lər gü­lü­xar­lıq, bil, de­yil.
Yol­lar var­dır bur­da dö­yüş, öl de­yir,
Sə­pi­lib­di dərd yol­la­ra, ge­dir­sən.

Ölüm mərddir, şə­hid­lik bir zir­və­dir,
Hə­ya­tı­mız qan-qa­da­ğa, hər­bə­dir.
Ni­ca­tı­mız dö­yüş­lə­dir, hərblə­dir,
Hər­bi öy­rən, hərb yol­la­ra ge­dir­sən.

Si­lah al­dın, mey­dan­la­ra gir, dö­yüş,
Mey­da­nın­da ol bir as­lan, şir - dö­yüş.
Dö­yüş var­sa, ta göz­lə­mə, dur dö­yüş,
Uğur ol­sun, mərd yol­la­ra ge­dir­sən.