Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Musa YA­QUB


ELÇİN
CƏHƏNNƏM SAKİNLƏRİ


İNSANDA İNSANLIĞIN TƏ­RƏN­NÜ­MÜ


lqar FƏHMİ
SƏNDƏN NİGARA­NAM...


Məhəmməd ASTANBƏYLİ


Haynrix BÖLL (Almaniya)
MÜHARIBƏ QURTARANDA
Hekayə


Fəxrəddin ZİYA


XURAMAN
BIR TOPA AÇAR
Hekayə


İB­RA­HİM­XƏ­LİL


AZƏRBAYCAN TEATRININ EPİK QƏHRƏMANI
(Kentavr və Şərq)


Nəsir ƏHMƏDLİ
CON MİLTON VƏ ONUN "AREOPAGİTİKA" ƏSƏRİ


«YE­NƏ O BAĞ OLAY­DI...»


RAHID S. ULUSEL
AZƏRBAYCAN VƏ DÜNYA KLASSIKASI
İmadəddin Nəsimi və Nikolay Kuzanlı


ŞÖHRƏT BƏDƏLOV
"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ"
Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında qeydlər


POEZİYA
 

Məhəmməd ASTANBƏYLİ


 
***
Ay gö­yün or­ta­sın­da
Uca­lıq­da da­ya­nıb.
Ağac­lar, daş­lar, su­lar
Ay rən­gi­nə bo­ya­nıb.

So­yuq pa­yız ge­cə­si,
Ürə­yim bir ovuc qan.
Bir xə­yal enib gə­lir
Mə­lək­lə­rin ya­nın­dan.

Əri­yib yox olu­ram,
Bir de­yi­ləm, ço­xam, çox.
Aman, Al­la­hım, aman,
Yo­xam Mən, var imiş yox.

***
Gə­lə­cək­lər gə­lə­cək­lər.
Keç­miş­lər isə keç­miş­lər.
Gə­lə­cək­siz, keç­miş­siz­di
Haqq şə­ra­bı iç­miş­lər.

Bu dər­ya­dan di­ri­si yox,
Gir bu dər­ya­da bo­ğul.
Ürək­lə be­yin ara­sı
Ən qı­sa, ən uzun yol.

Bu iki gö­züm­lə gör­düm
Gül­lə­rin sol­du­ğu­nu.
Bi­li­rəm ki, kim­sə bil­mir
Nə­yin nə ol­du­ğu­nu.

***
Bax­dıq­ca bu qə­bir­lə­rə
Qor­xu­ram öl­mə­yəm, Tan­rım.
Da­lıb o uca sir­lə­rə
Qor­xu­ram öl­mə­yəm, Tan­rım.

Yo­lum bu qə­dər qı­sa­mı?
Əy be­li­mi, ver əsa­mı.
Gör­səm də ki, ölür ha­mı,
Qor­xu­ram öl­mə­yəm, Tan­rım.

Ye­rin mən­dən, Sən­dən bə­ri,
Din­siz­lik­dən, din­dən bə­ri.
Mən Sə­ni se­vən­dən bə­ri,
Qor­xu­ram öl­mə­yəm, Tan­rım.

***
Ət­ri­nə uç­du­ğun gü­lü
Əl­lə­rin də­rə bil­di­mi?
Ürə­yin is­tə­yən­lə­ri
Göz­lə­rin gö­rə bil­di­mi?

Ara­sın­da gö­züm qal­sa,
Qa­pı­nı bağ­la­yar­san­mı?
O qa­pı­nın ar­xa­sın­da
Yal­qız­ca ağ­la­yar­san­mı?

Göz­lə­ri­nin de­di­yi­ni
Di­lin söy­lə­yə bil­di­mi?
Ba­xış­la­rın iz­lə­yə­ni
Bax­tın əy­lə­yə bil­di­mi?

***
Sə­ni heç Kim gör­mə­yib,
Bir­cə mən gör­mü­şəm, mən.
Sə­nin ət­rin gə­lir­di
Bu ax­şam ürə­yim­dən.

Əl­lə­rin ya­şa­yır­mı?-
O ağ çi­çək əl­lə­rin.
Mə­nə ya­lan söy­lə­dən
Haq­dan göy­çək əl­lə­rin.

Bir bax, gör, se­çi­lir­mi
Göz­lə­rin göz­lə­rim­dən?
Sə­ni heç Kim sev­mə­yib,
Tək­cə mən sev­mi­şəm, mən.

***
Dün­ya­da dün­ya ol­du­ğu
Ya­dım­dan çıx­dı bir gün.
Hə­min gü­nü sə­hə­rə­dək
Dün­ya­sız qal­dım bü­tün.

İşıq nə­di, Zül­mət nə­di,
Əri­di, ax­dı, get­di.
Nə Mən qal­dım, nə Sən qal­dın,
Hər şe­yin so­nu yet­di.

Hər şe­yin so­nu nə gö­zəl,
Elə­cə də əv­və­li.
Əv­və­li gör, so­nu ax­tar,
Ya­şa, ya­şa, ay də­li...

***
Hər gün bir az ayı­laq
Bu də­rin yu­xu­muz­dan.
Ayıl, is­tək­lim, ayıl,
Pər­də­di za­man, mə­kan.

Bu ay-ul­duz­lu pər­də,
Ge­cə-gün­düz­lü pər­də,
Şə­kil­li, söz­lü pər­də,
Göz­lə­ri­miz­də du­man.

Qıy­ma bi­zi var­lı­ğa,
Sən­siz ahu-zar­lı­ğa,
Rəh­mə­tin­lə yar­lı­ğa1,
Aman, ay Al­lah, aman.

***
Mə­nə ya­zı­ğın gəl­mə­sin
Be­lə­cə qal, ne­cə var­san,
Mə­ni ba­ğış­la­ma, gö­zəl,
Ba­ğış­la­san unu­dar­san.

Mə­ni həs­rə­tin ya­şa­dır,
Həs­rə­ti­nə qur­ban olum.
Nə ge­də­nəm, nə gə­lə­nəm,
Yol­suz­luq­du mə­nim yo­lum.

Hər ge­cə­də, hər kü­çə­də
Ça­şı­ram, an­caq ça­şı­ram.
Sə­nə ya­ra­şa bil­mə­dim,
Çaş­qın­lı­ğa ya­ra­şı­ram.

***
Ha­nı o ba­xış­la­rın,
gö­zü­nü kim öl­dü­rüb?
Tər­pə­nir do­daq­la­rın,
sö­zü­nü kim öl­dü­rüb?

Gö­rən­lə­ri əy­lə­yən,
ha­mı “ma­şal­lah” de­yən,
göy üzü­nə bən­zə­yən
üzü­nü kim öl­dü­rüb?
Sə­nin dər­di­ni göy­lər
aya, ul­du­za söy­lər.
Sə­ni ha­mı yad ey­lər,
özü­nü kim öl­dü­rüb?

***
Ürə­yim­lə ağ­lı­mın
tən or­ta­sın­da dur­dum.
Ot­lar­dan, çi­çək­lər­dən
özü­mə yu­va qur­dum.

Də­rin-də­rin sir­lə­rin,
uca-uca yer­lə­rin,
ərən­lə­rin, pir­lə­rin
til­si­mi­nə baş vur­dum.

Sa­ral­dı ya­şıl düz­lər,
Qa­ral­dı iti göz­lər,
Da­ral­dı ge­niş söz­lər,
Lal-din­məz­cə otur­dum.

***
Qa­ran­quş­lar baş­la­yan­da
ax­şam nəğ­mə­lə­ri­nə,
ge­dir­sən­mi gö­zü yaş­lı
ye­nə köv­şən ye­ri­nə.

Ye­nə də­rin də­rə­lə­rə
qa­ran­lıq­lar do­lur­mu?
Ye­nə qü­ru­bun di­lin­dən
an­la­dı­ğın olur­mu?

Dir­sək­lə­rin diz­lə­ri­ni
ye­nə ta­pa bi­lir­mi?
Əl­lə­rin ya­naq­la­rın­dan
ye­nə öpə bi­lir­mi?

***
Bu qə­dər yük­sək­lik­də,
dur­maq çə­tin olur, dost.
Söz­süz ki, enə­cə­yik -
köh­nə qay­da bu­dur, dost.

Öm­rün bo­yu soruşsan,
nə ol­muş­du ki, mə­nə.
Ta­pıl­maz bir ca­va­bı,
ha so­ruş dö­nə-dö­nə.

Səs­lən bü­tün dün­ya­ya,
“Ey hər şe­yi bi­lən­lər!”
Nə­sə ol­muş­du mə­nə,
nə ol­muş­du, kim de­yər?!

***
Bu işi gör­mək çə­tin­di,
gör­mə­mək daha çə­tin.
Sən ən çə­ti­nə güc eylə,
uca­dır­sa da him­mə­tin!

Bü­tü­nün­lə göz ol, gəz,
Eşq bu­lu­nar, bi­lin­məz.
Han­sı dil­­də­dir da­dı
sir­rin, hik­mə­tin, hey­rə­tin.

Yox olan­la­rı böy­lə bil,
On­lar baş­dan var de­yil.
Bu sö­zü yox­lu­ğum yaz­dı,
Var­lı­ğım yaz­maz­dı qə­ti!

***
Nə qə­dər adam do­ğul­du,
Bir sən do­ğul­ma­dın, sən.
Ha­mı ya­şa­yan dün­ya­da
ol­ma­dım, ol­ma­dım mən.

Di­lin ol­sa, da­nı­şar­dın,
üzün ol­sa, gü­lər­din.
Ağ­la­yar­dın gö­zün ol­sa,
Özün ol­sa, ölər­din.

Hə­yat nə­di, ölüm nə­di?
Gör­mə­din, bil­mə­din sən.
Dün­ya­dan get­mə­din, nə də
dün­ya­ya gəl­mə­din sən.

***
Var­mı xu­mar­lan­dıq­la­rın
ge­cə­lər­li, gün­düz­lər­li?
Ara­sın­da naz­lıq­la­rın
tən­ha­lar­lı, yal­qız­lar­lı.

İçə­rin göy, eşi­yin yer.
Er, bu yo­lun so­nu­na er!
Bir nə­fəs al, bir nə­fəs ver,
na­nə­lər­li, yar­pız­lar­lı.

Çi­yin­siz­lə da­şın­ma­ğı,
si­fət­siz­lə ox­şa­ma­ğı,
al ov­cu­na ya­şa­ma­ğı,
gü­nəş­lər­li, gün­düz­lər­li.