Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Musa YA­QUB


ELÇİN
CƏHƏNNƏM SAKİNLƏRİ


İNSANDA İNSANLIĞIN TƏ­RƏN­NÜ­MÜ


lqar FƏHMİ
SƏNDƏN NİGARA­NAM...


Məhəmməd ASTANBƏYLİ


Haynrix BÖLL (Almaniya)
MÜHARIBƏ QURTARANDA
Hekayə


Fəxrəddin ZİYA


XURAMAN
BIR TOPA AÇAR
Hekayə


İB­RA­HİM­XƏ­LİL


AZƏRBAYCAN TEATRININ EPİK QƏHRƏMANI
(Kentavr və Şərq)


Nəsir ƏHMƏDLİ
CON MİLTON VƏ ONUN "AREOPAGİTİKA" ƏSƏRİ


«YE­NƏ O BAĞ OLAY­DI...»


RAHID S. ULUSEL
AZƏRBAYCAN VƏ DÜNYA KLASSIKASI
İmadəddin Nəsimi və Nikolay Kuzanlı


ŞÖHRƏT BƏDƏLOV
"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ"
Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında qeydlər


POEZİYA
 

İB­RA­HİM­XƏ­LİL


 
***
Ca­nım-gö­züm! sən ca­nı­na ni­yə bax­mır­san?
... ca­nı səh­ra ta­nı­ma­yan sar­ban olar­mı?
Elə bil ki, ura gü­nü çöl­dən tap­mı­san -
be­lə can­dan heç Və­tə­nə qur­ban olar­mı?

Uc­qar yer­di... sən ca­nı­na can­dər­di bax­ma,
be­lə can­sız-çə­lim­siz də çə­nə gi­rir­sən!
Öz ca­nı­nı gör­mür­sən heç... sən elə tək­cə
“Azər­bay­can” sö­zün­də­ki ca­nı gö­rür­sən...

“Azər­bay­can” sö­zün­də­ki can de­miş... ney­nim,
sə­hər-ax­şam Araz bo­yu hə­yə­can dö­yər.
Ne­çə mil­yon can için­də, gö­zəl bi­li­rəm;
bi­li­rəm ki, Azər­bay­can can­la­ra də­yər! -

Ona gö­rə ça­ğı­rı­ram: can Azər­bay­can!
ona gö­rə uçu­nu­ram - Azər­bay­ca­nım!
Ge­dir və­tən çə­kiş­mə­si, can çə­kiş­mə­si...
uc­qar yer­də və­tən­pər­vər, can­pər­vər ca­nım!

... Elə bil ki sən ca­nı­nı çöl­dən tap­mı­san;
ge­cə Göy­çə tə­rəf­lər­də çən izi tə­ki.
Elə bil ki qa­ra yel­lər ca­nın­da əsir -
“Azər­bay­can” sö­zün­də­ki can sö­zü tə­ki.

***
Adam hər­dən ümi­di­ni ye­yir uc­qar­da;
fi­kir­lə­ri köç­ha­köç­dü, ürək­siz ye­yir?
Ax­şam-ax­şam ul­duz altda du­za ba­tı­rıb,
adam hər­dən ümi­di­ni çö­rək­siz ye­yir -

ye­yib hə­lə sax­la­yır da dar gü­nü üçün...
kim de­yir ki, bir çi­çək­lə yaz ol­mur ümid?
... Adam hər­dən ümi­di­ni ye­yir uc­qar­da;
ye­yir... ye­nə azal­mır ki, azal­mır ümid.

Eh, sən na­haq sız­la­yır­san: ümid­siz­di yurd...
qa­da­ğan­da elə bil ki, qo­ca dağ du­rur!
Siz­də hə­lə ya­ğış ya­ğır, har­dan bi­lə­sən
bu uc­qa­ra Al­lah tək­cə ümid yağ­dı­rır...

NA­Zİ­MİN HƏBS OTAQ­LA­RI­DI GÖZ­LƏ­RİM”

                                              Şük­ran Ko­za­lı

Hə­lə də açıl­mır həbs otaq­la­rı...
nə de­yim bu qa­ra­çu­xa dün­ya­ya?!
... Gö­rü­rəm yu­xu­dan gö­züm açıl­mır;
gö­züm açıl­mır ki, çı­xam dün­ya­ya.

Be­lə­mi dolur­du dus­taq­xa­na­lar? -
kö­nül­lü gəl­mi­şəm söz­lə­rin­də mən!
Ömür­lük cə­za da bu qə­dər çək­mir;
nə vaxtdı dus­ta­ğam göz­lə­rin­də mən!..

Gö­zəl­lik har­da­dı - Azad­lıq or­da!
Kə­mən­də düş­mə­yən, de, bən­də­di­mi?
Mə­nim azad­lı­ğım, bi­lə bil­mi­rəm,

sə­nin göz­lə­ri­nin di­bin­də­di­mi?..
Do­lur sür­gün gü­nü dus­taq­xa­na­lar;
də­mir bar­maq­lıq­lar so­yu­ğu gör­sün...
... Sə­nin göz­lə­rin­də ya­tı­ram­mı ki, -
Göy­çə tək yat­ma­yan nə yu­xu gör­sün?!

Ara ver bu səh­ra yu­xu­la­rı­na...
... nə na­mə­lər yol­la, nə Yə­mə­ni gör.
Mə­nə azad­lıq ver - aç göz­lə­ri­ni;
aç - ba­şın üs­tün­də ye­nə mə­ni gör...

***

Dağ da­ğa qo­vuş­mur, nə de­yim, Araz!..
... in­san da in­sa­na qə­nim qa­la­caq?
Ən uc­qar ümi­din mən idim sə­nin;
ən uc­qar qə­bir də mə­nim ola­caq.

Nə la­zım saç yol­maq qəb­rim üs­tün­də?
... bi­ney­dən qız elə el ma­lı imiş!
Kim bi­lir, bəl­kə də Təb­riz­dən be­lə
Araz da qız adı ol­ma­lı imiş?

Sa­bah Kür su­la­rı sə­nə çat­dı­rar:
“Araz ça­ğır­maq­dan usan­dı” - yə­qin.
Adı­nı da­şı­yır oğul­la­rı­mız;
adın­la ya­şa­maq asan­dı yə­qin.

Ən uc­qar ümi­din mən idim, Araz!
Bor­ça­lı bəx­ti­mə dürr, in­ci bö­lər?
Axır­da ölür­dü ümid hə­mi­şə...
uc­qar ümid­lə­rin bi­rin­ci ölər.

Adı­nı da­şı­yan nə qə­dər oğul
bəl­kə ul­duz-ul­duz də­ril­mə­liy­di,
mən o oğul­lar­dan nə de­yim, Araz, -
adın qız­la­ra­mı ve­ril­mə­liy­di?..

Biz, axı, gə­li­nə “ayı­ran” de­mə­dik...
... Araz! ay­rı­lı­ğa göz­mü də­yər­di?!
Gə­lintək ayır­san Azər­bay­ca­nı,
sə­nə gül­dən ağır kim söz de­yər­di?..

Dağ da­ğa qo­vuş­mur, nə de­yim, Araz!..
qəl­bi­mi sa­ran bu hə­yə­can so­vuş­sa...
Sən Kür­lə qo­vuş­dun, dün­ya qop­ma­dı,
qo­par­mı Azər­lə Bay­can qo­vuş­sa.

***
Söz mə­ni çöl­lə­mə et­di...
... ça­rıq gey­məz hə­yə­ca­nım.
Ca­nı­mı çöl­dən tap­dı­lar...
bir uc­qar Söz idi ca­nım.

Çöl­lük nə­di sən bil­məz­sən;
çi­lik-çi­lik elə­mə­di.
Eh, tu­taq ki, mən də­liy­dim,
pa­yız ni­yə çöl­lə­mə­di?

Hə­lə ki, çöl-bi­ya­ban­da
ça­pır yüz­dil­li kə­lək­lər.
... Mə­ni Söz çöl­lə­mə et­di,
pa­yı­zı - də­li kü­lək­lər...

***
Sən də iş­ğal al­tın­da­san, bi­li­rəm...
bu tit­rə­yən yar­pa­ğa­mı söy­lə­yim?
Bir mən sə­ni azad edə bi­lər­dim...
iş­ğal olan tor­pa­ğı­mı ney­lə­yim?

Bir va­qif­lər bi­lir­di ki, ağ gü­nü
kə­fən­də­di - Yer de­yi­lən ağ şa­rın.
... Sən də iş­ğal al­tın­da­san, bi­li­rəm;
çox­du sə­nin Qa­ra­ba­ğa ox­şa­rın.

Çox də­yi­şik sal­dım sə­ni Və­tən­nən...
çox uç­qun­dum Ay­dan əsən ye­li­nə.
İzin ol­sa iki də­fə ölər­dim -
bir Və­tə­nin, bir də sə­nin ye­ri­nə...

***
Mən qə­zet üs­tün­də ya­tır­dım on­da...
nə­sə göz­lə­ri­min ağı ba­tır­dı.
Qə­ze­tə bü­rü­nüb ya­tır­dım on­da...
... on­da tor­pa­ğım­da ya­ğı ya­tır­dı.

Ya­tır­dım qə­zet­lər yaz­dı­ğı üstdə...
əz­bər sə­hi­fə­lər de­yir­dim, ney­nim.
Qə­ze­tə bü­kü­lü - çö­rə­yim, du­zum...
qə­zet yaz­dı­ğı­nı ye­yir­dim, ney­nim.

Eh, qə­zet için­də qə­zet­di hə­yat,
qə­zet­dən mən yar­paq-yar­paq doy­muş­dum.
Unu­dub ba­ba­mın çal pa­pa­ğı­nı,
ba­şı­ma qə­zet­dən pa­paq qoy­muş­dum...

***
Sən mə­nim şa­ir­lik xəs­tə­li­yim­sən;
ver son qə­ra­rı­nı - so­na qal­ma­yım.
Odur, pa­yı­zı da sa­rı­lıq tu­tub...
qoy bu xəs­tə­lik­dən heç sa­ğal­ma­yım;

qoy şe­ir­dən-şe­i­rə­cən ya­şa­yım elə!
... hə­zin mis­ra­la­rım, qəm­li ba­ya­tım.
Sən mə­nim şa­ir­lik xəs­tə­li­yim­sən;
mə­nim xəs­tə­li­yim - mə­nim hə­ya­tım!..

Sı­nıq kör­pü­nün də kön­lü sı­nıq­dı;
keç­mə! - bur­da qal­sın yaz hə­yə­ca­nın.
Qövr edir ge­cə­lər... yə­qin bi­li­rəm -
Göy­çə xəs­tə­li­yi Azər­bay­ca­nın...

“...İN­SAN PA­YIZ ÖLƏ”...

                                   Aşıq Ələs­gər

Ha­mı ya­za qal­dı, mən pa­yız öl­düm...
köv­rək xə­zəl­lə­ri yan­dır­ma­sın­lar.
Ha­mı ya­za qal­dı, mən pa­yız öl­düm;
ney­nək, qa­ra mər­mər yon­dur­ma­sın­lar.

Mə­zar­çı qo­ca­dır, acı­şar gö­zü...
... qə­rib dur­na­la­ra çox açıq­la­dım.
Bir­cə qa­da­ğan­da va­qif­lər bil­di;
mən dar ağa­cın­da tu­mur­cuq­la­dım.

Get­di, yaz di­ril­mək ümi­di get­di...
ümid ve­rən sə­sin az gə­lir, Al­lah!
mən dar ağa­cın­da tu­mur­cuq­la­dım;
kim­sə elə bil­di yaz gə­lir, Al­lah!..

***

Bu pa­yız elə bil Ba­kı­ya ge­dir;
to­ya də­vət­na­mə alıb elə bil!
Elə tə­lə­sir ki, Sı­nıq kör­pü­yə -
sü­rət qa­ta­rın­dan qa­lıb elə bil...

Tə­lə­sik-tə­lə­sik tən­bə­ki bü­kür! -
Araz üstdə söh­bət-saz ol­ma­lı­dı?
... Bu pa­yız elə bil Ba­kı­ya ge­dir -
he­sab­la Ba­kı­da yaz ol­ma­lı­dı!

Gö­zü­mə gö­rü­kür bəl­kə... nə bi­lim...
da­lın­ca qış üçün qə­fəs­mi dar­tır?
Köh­nə ba­kı­lıtək qəl­ya­nı köh­nə,
eh, tən­bə­ki bük­mək hə­və­sim ar­tır!

De­dim is­ma­rış­sa gön­dər­rəm sə­nə,
sə­ni qar­qa­ba­ğı gö­rə­cək­mi ki?..
Ba­kı bu vax­ta­can fəth olu­nar­dı;
pay­tax­ta fa­tehtək gi­rə­cək­mi ki?..

Bor­ça­lı Göy­çə­yə ge­dən\tək... hər­dən.
qu­bar­lı yol­la­rı çən­də ke­çər­dim.
Ya­na­şı sığ­say­dıq Sı­nıq kör­pü­yə,
pa­yı­za qo­vu­şub mən də kö­çər­dim!

Ya­na­şı sığ­say­dıq - sev­gi­li­lərtək...
yol ver­dik hər ağ­zı ya­nıq kir­pi­yə.
Qis­mət­dən kör­pü də Sı­nıq ol­du, eh,
sığ­ma­dıq pa­yız­la Sı­nıq kör­pü­yə...