Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Musa YA­QUB


ELÇİN
CƏHƏNNƏM SAKİNLƏRİ


İNSANDA İNSANLIĞIN TƏ­RƏN­NÜ­MÜ


lqar FƏHMİ
SƏNDƏN NİGARA­NAM...


Məhəmməd ASTANBƏYLİ


Haynrix BÖLL (Almaniya)
MÜHARIBƏ QURTARANDA
Hekayə


Fəxrəddin ZİYA


XURAMAN
BIR TOPA AÇAR
Hekayə


İB­RA­HİM­XƏ­LİL


AZƏRBAYCAN TEATRININ EPİK QƏHRƏMANI
(Kentavr və Şərq)


Nəsir ƏHMƏDLİ
CON MİLTON VƏ ONUN "AREOPAGİTİKA" ƏSƏRİ


«YE­NƏ O BAĞ OLAY­DI...»


RAHID S. ULUSEL
AZƏRBAYCAN VƏ DÜNYA KLASSIKASI
İmadəddin Nəsimi və Nikolay Kuzanlı


ŞÖHRƏT BƏDƏLOV
"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ"
Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında qeydlər


HÜSEYN ŞƏRİF – 100
 

«YE­NƏ O BAĞ OLAY­DI...»


 

"Libertarian", yaxud "iradə azadlığı" adlanan bu nəzəriyyənin fəlsəfi əsasını ötən əsrlərdə yaşamış üç mütəfəkkirin əsərləri təşkil edirdi. Onlardan birincisi məhz Con Milton, qalan ikisi isə ingilis filosofları Lokk və Mill idilər.
Bu nəzəriyyə Miltonun irəli sürdüyü konsepsiyaya əsasən, insanı yalnız idarə olunan varlıq kimi deyil, öz təbii fikri, düşüncəsi, özünüifadə qabiliyyəti olan, yalanı doğrudan ayırmağı bacaran ictimai varlıq kimi təqdim edir. Burada insana bir neçə variantdan birini, istədiyini seçmək, müstəqil qərar qəbul etmək imkanı verilir. Həqiqətin yalnız hakimiyyətə məxsusluğu fikri rədd edilir, onun hər bir insana xas olan keyfiyyət kimi qəbul olunması məqbul sayılır. İradə azadlığı nəzəriyyəsi bütün bunların əsasında aşağıdakı parametrləri özündə əks etdirir:

1. 1688-ci il İngiltərə inqilabından sonra formalaşmış və qəbul edilmiş, Avropada və Amerikada yayılmışdır;

2. Milton, Lokk və Millin əsərlərindən, rasionalizm və insanın təbii hüquqları fəlsəfəsindən qaynaqlanmışdır;

3. Bu nəzəriyyəyə görə, mətbuatın əsas funksiyaları bilgiləndirmək, əyləndirmək, həqiqəti tapmağa yardımçı olmaq, hökumətin fəaliyyətinə nəzarət etməkdir;

4. Maliyyə imkanı olan hər kəs mətbuat buraxa bilər;

5. Mətbuata "azad ideyalar bazarında" həqiqətin təsdiqi və məhkəmələr nəzarət edir;

6. Mətbuata böhtan, əxlaqsızlıq, müharibə zamanı satqınlıq yasaq edilir;

7. Mətbuat özəl şəxslərə məxsusdur;

8. Digər konsepsiyalardan mətbuatın dövlətin fəaliyyətinə nəzarət vasitəsi olması ilə fərqlənir.

C.Milton "Areopagitika" əsərində intellektual libertarian ənənəsi ruhunda azadlığın ağlabatan real izahını vermişdir. Bu izah söz və mətbuat azadlığı prinsipinin tam şərhi olmasa da, öz dövründə avtoritar nəzarətə qarşı çox güclü arqument idi. O, puritanlar senzurasına, onun icazəçilik nəzəriyyəsinə və təcrübəsinə qarşı çıxaraq göstərirdi ki, öz ağlına güvənən insan xeyiri şərdən, həqiqəti yalandan fərqləndirə bilər və özünün bu qabiliyyətindən tam istifadə etməsi üçün ona heç bir məhdudiyyət qoymadan başqa adamların ideyalarına və fikirlərinə çatım şəraiti yaratmaq lazımdır. İradə azadlığı nəzəriyyəsinə görə, həqiqətin üzə çıxması üçün mətbuat səhifələrində hamının səsi eşidilməli, hər kəsin ideyası açıqlanmalıdır. Deməli, bu nəzəriyyə ideyaların və informasiyaların cəmiyyətdə tam sərbəst şəkildə yayılması üçün geniş meydan açır.
Milton "azadlıq" deyərkən özbaşınalığı, pozğunluğu deyil, xalis insani münasibətlər azadlığını, qarşılıqlı hörməti, insanpərvərliyi nəzərdə tuturdu. Yepiskop kilsəsinə qarşı traktatları ilə şair insan vicdanına qarşı yönəlmiş zorakılığın əleyhinə çıxırdı.Milton əmin idi ki, Həqiqəti müəyyən etmək və adi gözlə görmək mümkündür, bunun üçün ona açıq və vicdanlı qarşıdurmada özünü göstərmək imkanı verilməlidir. İndi dəbdə olan "açıq ideyalar bazarı", "həqiqətə qayıdış prosesi" anlayışları öz kökünü Miltonun əsərlərindən götürür. O, yazırdı: "Qoy deməyə sözü olan hər kəs özünü ifadə etmək azadlığı alsın. Onun dediklərinin həqiqi və ağıllı hissələri yaşayacaq, yalan və sərsəm hissələr isə yox olub gedəcək. Hökumət bu mübarizəyə müdaxilə etməməli, tərəflərdən hər hansı birinin şanslarına təsir göstərməməlidir. Hətta yalan müvəqqəti olaraq qələbə qazansa belə, həqiqət olan şey öz müdafiəsinə əlavə qüvvələr cəlb edərək, nəticə etibarilə həqiqətə qayıdış prosesi vasitəsilə özünü yaşadacaqdır".
Bugünkü demokratik ölkələrin əsaslandığı prinsiplərin mahiyyətini anlamaq üçün XVII-XVIII əsrlərdə liberalizm fəlsəfəsinin, onu yaradan mütəfəkkirlərin nəzəri axtarışlarının necə inkişaf etdiyini, həmin mütəfəkkirlərin öz dövrlərində hansı sosial, siyasi və iqtisadi təsirlər altında fəaliyyət göstərdiklərini aydınlaşdırmaq lazımdır.
Libertarian, yaxud iradə azadlığı fəlsəfəsinin prinsipləri insanın, cəmiyyətin, biliyin və həqiqətin təbiəti, insanın cəmiyyətə münasibəti məsələlərinə əsaslanır. Azad iradə doktrinasının tərəfdarları insanın ağıllı məxluq olduğunu xüsusi olaraq vurğulayaraq göstərirdilər ki, cəmiyyətin məqsədi şəxsiyyətin xoşbəxtliyinə, onun rifahının yaxşılaşmasına xidmət etməkdən ibarət olmalıdır. İnsan, düşünməyi bacaran orqanizm kimi ,ətrafındakı aləmi təşkil etməyə, öz maraqlarını ödəyən qərarlar qəbul etməyə qadirdir. Biliyin təbiətinə və həqiqətə münasibətdə libertarian nəzəriyyəsi ilkin xristianlığın ilahiyyat doktrinalarını xatırladır. Bu nəzəriyyəyə əsasən, həm mülahizə yürütmək qabiliyyəti, həm də xeyirlə şər haqqında olan bilik insana Allah tərəfindən verilmişdir. Tanrıdan belə bir dəyərli irs almış insan ətraf aləmi öz səyləri ilə dərk edə bilər. Bu bazisdən bəhrələnən libertarianlar orta əsr filosoflarının inkişaf etdirdikləri üstqurumdan fərqli olan yeni bir üstqurum yaratmağa nail oldular.
Avtoritar nəzəriyyə öz yerini iradə azadlığı konsepsiyasına birdən-birə verməmişdir.
Liberalizm fəlsəfəsinin konkret olaraq kütləvi kommunikasiya vasitələrinin vəziyyətinə və funksiyalarına ən önəmli töhfəsi bundan ibarətdir ki, o, insanın təbii hüquqlarını, o cümlədən söz və mətbuat azadlığı hüququnu ön plana çəkdi. Belə bir dönüşün meydana gəlməsində Con Miltonun xidmətlərini xüsusi qeyd etmək lazımdır.
"Areopagitika" əsərində C.Milton libertarian ənənələr ruhunda intellektual azadlığın son dərəcə parlaq təsvirini vermişdir. Burada söz və mətbuat azadlığının prinsipləri tam mükəmməlliyi ilə şərh olunmasa da, həmin dövrdə bu əsər avtoritar nəzarətə qarşı çox güclü bir zərbə, tutarlı bir arqument idi. Puritan senzurası başqa müəlliflərlə yanaşı, Miltonun özünün də əsərlərinə işıq üzü görməyə imkan vermək istəmirdi və buna görə də o, icazəçilik nəzəriyyə və praktikasını alt-üst edirdi. Deyirdi ki, insan öz zəkasına əsaslanaraq xeyiri şərdən, doğrunu yalandan fərqləndirməyi bacarır, amma bu Allah vergisindən səmərəli şəkildə bəhrələnməsi üçün ona imkan verilməlidir ki, başqa insanların ideya və fikirlərini heç bir maneə olmadan əldə edə bilsin: "Mənə bilmək azadlığı, öz fikirlərimi ifadə etmək azadlığı, ən başlıcası isə, öz vicdanıma görə mühakimə yürütmək azadlığı verin. Fikirlərin onların yeniliyinə, yaxud ümumi qəbul olunmuş baxışlara uyğun olmadığına görə təqib edilməsinin zərərli və ədalətsiz hal kimi qəbul ediləcəyi təqdirdə ən yaxşı tədbir kimi nəyi məsləhət görmək mənim vəzifəmə daxil deyil".
O, əmin idi ki, Həqiqət müəyyən edilmiş və göz qabağında olan anlayışdır. Həqiqətə özünü göstərmək imkanı verilərsə, o, istənilən "açıq və halal toqquşmada" hökmən qalib gəlib yaşamağa qadirdir: "Qoy küləklər hər cür təlimləri bütün Yer üzünə səpələsin: bir halda ki, həqiqət mübarizəyə qoşulub, senzura və yasaqlamalar yolu ilə onun gücü qarşısında maneələr qurmaq ədalətsizlik olardı. Qoy həqiqət yalanla vuruşa çıxsın: azad və açıq mübarizədə həqiqətin məğlub olduğunu görən bircə nəfər tanıyıyırsınızmı? Həqiqətin haqq sözü yalanı yenməyin ən yaxşı, ən doğru üsuludur".
Göründüyü kimi, əsərdə və ona əsaslanan mətbuat konsepsiyasında başlıca yerlərdən birini həqiqət axtarışı və həqiqətin təbiətinin açılışı məsələsi tutur. Miltona görə, "həqiqət az qala Qadir Allah qədər güclüdür. Öz qələbəsini təmin etmək üçün həqiqətin nə siyasi çevikliyə, nə hərbi hiylələrə, nə senzuraya ehtiyacı var; bütün bunlar aldanışın həqiqətə qarşı tətbiq etdiyi fəndlər və müdafiə vasitələridir: ona geniş meydan verin və yuxuda ikən onun əl-qolunu bağlamayın, çünki bu halda o, düz danışa bilmir".