Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Zəlimxan YAQUB
“PEY­ĞƏM­BƏR”
Poema


Hüseynbala MİRƏLƏMOV
QIRXINCI OTAQ
Roman


Fikrət QOCA
DÖRD ADDIM
Poema


Haynrix BÖLL (Almaniya)
Hekayələr


Əşrəf VEYSƏLLİ


İnqilab İSAQ


Reyhan YUSIFQIZI
QARANLIQLAR IÇINDƏ
GÖYLƏRDƏN GƏLƏN SƏS
İki hekayə


İlham MƏMMƏDLI
USTAD AŞIQ, INCƏ RUHLU ŞAIRƏ, CƏNGAVƏR QADIN


Almaz ƏLIQIZI
"YARIMÇIQ ƏLYAZMA"
VƏ YAXUD TARIXIMIZIN IBRƏT DƏRSLƏRI


POEZİYA
 

İnqilab İSAQ


 
***

Ye­nə bu bu­lu­dun gəl­mə­di əli,
Qıy­ma­dı oya­da ya­ğış­la­rı­nı.
En­dir­mə kə­də­ri, en­dir­mə at­dan
Ona tay ola­sı se­vin­cim ha­nı?

Həs­rə­tin yo­lun­dan bez­mə­dim qə­ti
Ca­nı­mı üz­mə­di bu qor­xu, hə­də.
Bəl­li­dir sev­da­nın qə­dir-qiy­mə­ti,
Əza­bı bal ki­mi iç­di­yi və­də.

Mən sə­nə yol gə­lən qə­rib səy­ya­ham,
Sən mə­nə əl çat­maz ada­san in­di.
O qə­dər qür­bət­də sax­la­dım sə­ni,
Qor­xu­ram göz ya­şı da­da­san in­di.

***

Yor­ğun tə­bəs­sü­mün qor­xu­dur mə­ni,
Bil­mi­rəm nə­lə­ri sa­la­caq ya­da.
İn­di bir cı­ğır­dan tu­tub get­mə­yə
Özü­nə yer tap­mır peş­man ol­sa da.

Çək­di­yin əzab­lar ovut­mur sə­ni,
Uşaq rö­ya­la­rın qəs­din­də du­rub.
Ay­rı­lıq is­la­dıb kip­rik­lə­ri­ni
Sö­kül­müş ko­ma­da oyu­n­caq qu­rub.

Yol­la­ra boy­la­nan bu kə­dər nə­di? -
Əlin­də dəs­ma­lı... ki­ri­yib­di, bax.
Çi­yə­lək yığ­dı­ğın çə­mən bo­yun­ca
Kör­pə ümud­lə­rin kö­zə­rir an­caq.

...Bu da göy qur­şa­ğı, sap­pa­sağ imiş,
Mə­həl də qoy­ma­yır qa­ra­ya, ağa.
Su­sub göz ya­şı da mə­ət­təl qa­lıb,
Sə­nin­lə yol ge­dən bu uşaq­lı­ğa.

***

De­yir­lər kör­pəy­kən yu­xum ol­ma­yıb,
Gö­zü­mü yum­ma­ğa ya­man qorxmu­şam.
Ca­na­var sö­zün­dən çə­kin­mə­mi­şəm,
Lay­la­nı kö­mə­yə ça­ğı­rıb anam.

İs­tə­yib qor­xu­nu iti­rə səs­də,
Bi­ça­rə dər­di­mi tu­tub üzü­nə.
Üzər­lik yan­dı­rıb ba­şı­mın üs­tə -
Şey­tan gö­rün­mə­sin uşaq gö­zü­nə.

...İn­di də yu­xu­dan ayıl­mır ba­şım,
Yo­lu­mu bağ­la­yır qo­ca mür­gü­lər.
Söy­kə­nib bir öm­rün ca­van­lı­ğı­na,
Təs­beh də­nə­si­tək çe­vi­rir hə­dər.

De­mi­rəm yu­xu­lar düş­mən­di mə­nə,
Ça­ta­caq əbə­di sü­kut anı da.
Yu­xu­suz dərdlə­rim tu­tub qo­lum­dan
Bəl­kə bu dün­ya­ya mə­ni ta­nı­da.

Üzər­lik bi­ti­rib qəb­ri ana­mın,
Dər­dim­dən oy­na­yıb, dər­di­mi udub.
Mə­ni yu­xu­lar­dan ayıltmaq üçün
Yu­xu­suz öm­rü­mə üzər­lik tu­tub.

***

Ək­sin ta­nı­maz sə­ni,
Çe­vir... çe­vir al­bo­mu.
Ba­har çi­çək­lə­rin­də
So­lan xa­ti­rən bu­mu?

Sü­ku­tun qı­na­ğın­da
Əsir qal­maq çə­tin­dir.
Al­nı­nın qı­rı­şı­na,
Dur kö­mək­çi tap in­di.

Göz ya­şın­dan so­ruş­ma
Tə­bəs­sü­mün ye­ri­ni.
Pən­cə­rə­nə pı­çıl­da
İlk ca­vab­sız şe­i­ri­mi.

Bağ­lı qa­pı da­lın­da
Bu tu­fan su­san de­yil.
Ta­le - za­man əlin­də
Ya­da dü­şən an de­yil.

Ay­rı­lıq­lar bi­ti­rər
Ye­nə xa­ti­rə tu­mu.
Ək­sin ta­nı­maz sə­ni,
Çe­vir... çe­vir al­bo­mu.

***

Mən­dən də xə­bər çıx­ma­dı,
Bu dün­ya yum­du ağ­zı­mı.
İs­rif­lə süf­rə aç­ma­dı
Ud­du ço­xu­mu, azı­mı.

Bo­yum utan­dı bo­yum­dan,
Ver­di­yi bir qə­dəh ol­du.
Üs­tü­mə bir ömür çək­dim,
So­yuq­la­dım... gö­dək ol­du.

Dal­ğa da dal­ğa­dan uca,
Ay aman, işıq bo­ğu­lur.
Ağ­rı­la­rım elə san­cır,
Sö­züm­də dər­dim do­ğu­lur.

Üst-ba­şım da dər­dim ki­mi,
Kim gü­lə­cək bu dər­vi­şə?
Qa­pım elə ki­lid­lə­nib,
Bir kəl­məm də keç­məz işə.

Rast gəl­di­niz bəl­kə mə­nə.
Bu ni­şan­da, bu bi­çim­də.
Tap­sa­nız xə­bər ey­lə­yin,
İt­mi­şəm adam için­də...

***

Sən qorxdu­ğun güz­gü­də,
Göz­lə­ri do­la­nım var.
Çi­çək­lər so­lan ye­rə,
Sol­ma­yan sa­la­mım var.

Mə­nə xə­bər da­şı­ma
Al­nı­nın qı­rı­şın­dan.
Min ba­ha­ra yol ge­dir,
Bir ömü­rün qı­şın­dan.

Unut­du­ğum ey­nə­yi,
De­mə sü­kut dan­la­yır.
İn­di mə­ni da­ha çox
Ba­xış­la­rın an­la­yır.

Yox gi­le­yim-gü­za­rım
Yo­la çök­müş du­ma­na.
Bir da­ğı qoş­maq olar
Bir sev­da­lı gü­ma­na.

Bur­da tə­bəs­sü­mün­dən
Ka­sıb düş­məz söz­lə­rim.
Dün­ya­ya mən­dən öt­rü
Bə­ləd­çi­dir göz­lə­rin.

Sən qorxdu­ğun güz­gü­də,
Göz­lə­ri do­la­nım var.
Çi­çək­lər so­lan ye­rə
Sol­ma­yan sa­la­mım var.

***

Şey­ta­nı köl­gə­mə na­haq ta­nıt­dım,
Uşaq gü­na­hım­dan qorxmuş ada­mam.
Cə­za­mı Tan­rı da ver­məz­di be­lə,
Mə­ni öz sü­dü­nə tap­şı­rıb anam.

O ət­cə ba­la­lar, o uçan yu­va...
Dim­di­yi bö­lün­müş sü­kut ko­ma­sı.
Bən­də­nin dər­di­nə bəl­kə dö­zər­di,
Ana­mı ağ­lat­dı bir qu­şun ya­sı.

Qal­dım yer üzün­də, qal­dım çar-na­çar,
Su­çum­la bir yer­də yan­la­dı mə­ni.
Ba­xıb əl­lə­ri­mə su­sub din­mə­di,
Gö­zü­nün ya­şın­da dan­la­dı mə­ni.

Ya­man gec ayıl­dım ağ­rı-acı­dan,
Mə­nə dərs olub­du öm­rün töv­bə­si.
Kə­sir bu dün­ya­da gü­nah yo­lu­mu,
Ar­xam­ca hıc­qı­ran ana­mın sə­si.

                                               2008