Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Nisə BƏYİM
,,ÜRƏK“ SİMFONİYASI
Poema


Hü­seyn­ba­la Mİ­RƏ­LƏ­MOV
QUM­RU YU­MUR­TA­LA­RI
Povest


Yafəs TÜRKSƏS
Fəxrəddin ƏSƏD


Əlizadə NURİ
Ələskər HƏSƏNLİ


Elçin HÜSEYNBƏYLI
QAÇAQ QOCALAR
İki hissəli pyes


Zaur QULİYEV
Mirsəyyaf ZAMANLI
İSA SEVƏR


Kamran NƏZİRLİ
İki hekayə


Feyziyyə
Vüsal NURİ
Xəyalə SEVİL


Sə­ki­nə MAQ­SUD
İ­SA MU­ĞAN­NA: BƏ­Dİİ SÖ­ZÜN BÖ­YÜK YA­RA­DI­CI­SI


GÖR­KƏM­Lİ SA­BİR­ŞÜ­NAS


Za­man ƏS­GƏR­Lİ
KÖ­NÜL­LƏ­RİN FA­TE­Hİ - ƏH­MƏD YƏ­SƏ­Vİ


Di­la­rə MƏM­MƏ­DO­VA
NƏ­CƏF­BƏY VƏ­Zİ­RO­VUN “PA­LID” ƏSƏ­Rİ


ESSE
 

Sə­ki­nə MAQ­SUD
İ­SA MU­ĞAN­NA: BƏ­Dİİ SÖ­ZÜN BÖ­YÜK YA­RA­DI­CI­SI


 

Bir «də­li cə­sa­rət» və pa­ra­dok­sal-in­tui­tiv ma­hiy­yə­tə «bağ»­lı de­yil­mi dün­ya­nın dərk edil­mə­si yo­lun­da­kı hər ad­dım?
Am­ma ya­şa­dı­ğı­mız sxo­las­tik eh­kam­la­rın, doq­ma­la­rın mey­dan su­la­dı­ğı or­tam­da, elm-mə­də­niy­yə­tin, sa­də­cə, adı qal­dı­ğı döv­rü­müz­də, müa­sir dün­ya­da, şüb­hə­siz, in­ka­re­dil­məz, otu­ruş­muş, təs­diq­lən­miş, sü­but olun­muş, in­san­la­rın bey­nin­də kök sal­mış eh­kam­la­rı yıx­maq, ye­ni­lə­ri­ni qur­maq üçün la­zım­dır «də­li­cə­si­nə» bir cə­sa­rət.
An­ti­doq­ma­tik pa­ra­doks­la­rın ya­ran­ma­sı o «də­li» ad­dı­mı at­ma­ğa «bağ»­lı­dır. Elə de­yil­mi? Çün­ki, sö­zün əsl mə­na­sın­da, «də­li» ad­lan­dı­rıl­maq qor­xu­su hər an in­sa­nı tə­qib edir.
Var­lı­ğın, kai­na­tın, in­sa­nın fərq­li ol­ma­sı, on­la­ra mü­na­si­bə­tin ye­ni, ori­ji­nal tər­zi, ar­tıq köh­nə­lib yı­xıl­ma­lı olan­lar­dan bərk ya­pı­şan­la­ra, ye­ni­ni an­la­maq üçün ye­tə­ri qə­dər id­ra­kı ol­ma­yan­la­ra acıq gə­lir. On­lar eti­raz edir, ma­neə­lər tö­rə­dir, cə­miy­yət­də ne­qa­tiv rəy ya­ra­dır­lar. Də­ri­dən-qa­bıq­dan çı­xır­lar onu cə­fən­giy­yat ki­mi qə­bul et­mək üçün.
La­kin nə qə­dər ma­neə­lər tö­rə­dil­sə də, haqq ye­ri­ni ta­pır. Hət­ta Eynşteyn be­lə, özü­nün ye­ni nə­zə­riy­yə­si­nin (nis­bi­lik nə­zə­riy­yə­si) də də­yiş­məz ol­ma­dı­ğı­nı təs­diq­lə­yir­.Əsr­lər­lə el­min ümu­mi mən­zə­rə­si­nə və ay­rı - ay­rı elm­lə­rin in­ki­şa­fı­na ina­nıl­maz tə­kan ve­rən nə­zə­riy­yə də, nə­ha­yət, ye­ni və hə­qi­qə­ti da­ha düz­gün və da­ha ob­yek­tiv əks et­di­rən bir kəşf ger­çək­lə­şən­də ye­ri­ni tərk edə­cək. Və be­lə­lik­lə, in­sa­nın hə­qi­qə­tə çat­ma­sı üçün bir-bi­ri­ni əvəz edən ye­ni kəşf­lər, icad­lar, nə­zə­riy­yə­lər son­su­za qə­dər bit­mək bil­mə­yə­cək, de­yil­mi?
Bax, bu­dur İsa Mu­ğan­na hə­qi­qə­ti­ni uca­la­ra qal­dı­ran. Bəl­kə də, İsa Mu­ğan­na­nın Uca Saf Ağ İn­sa­nı yer üzə­rin­də ger­çək­lə­şib bər­qə­rar ol­say­dı, «müt­ləq hə­qi­qə­tə» ça­tar­dı in­san­lıq.
Ye­ri gəl­miş­kən, bir də­fə onun­la söh­bət za­ma­nı mən kos­mik fə­za­nın fəth edil­mə­sin­də qa­za­nı­lan nai­liy­yət­lə­rin çox irə­li get­di­yi­ni söy­lə­dim. Yə­ni kos­mik gə­mi­lər, fə­za­da qu­ru­lan pla­net­lə­ra­ra­sı stan­si­ya­lar (da­ya­na­caq­lar), ye­ni ul­duz­la­rın, ayın fəth olun­ma­sı... Sa­kit­cə qı­mış­dı və bü­tün bun­la­rın ot­dan-ota hop­pa­nan bir çə­yirt­kə tə­si­ri ba­ğış­la­dı­ğı­nı və dün­ya­nın sir­lə­ri­nə va­qif olan Uca Saf Ağ İn­san­la heç bir ya­xın­lı­ğı ol­ma­dı­ğı­nı qeyd et­di. Mən utan­dım. Onun Saf Ağ Uca İn­sa­nı­na, onun kəşf et­di­yi hə­qi­qə­tə olan cı­lız mü­na­si­bə­ti­mə gö­rə, an­la­ma­dı­ğı­ma gö­rə utan­dım.
Qə­ri­bə bir ki­tab­la rast­laş­dım. Ki­ta­bın adı mə­ni cəlb et­di və onun­la ma­raq­lan­dım: «Biz kim­dən tö­rə­mi­şik» - «Ot ko­qo mı proi­zoş­li?». Hi­ma­lay el­mi eks­pe­di­si­ya­sı­nın sen­sa­si­ya­lı nə­ti­cə­lə­ri­nə həsr olun­muş ki­ta­bın müəl­li­fi gö­zün və baş­qa or­qan­la­rın plas­tik əmə­liy­ya­tın­da is­ti­fa­də olu­nan to­xu­ma­la­rın əl­də edil­mə­si sa­hə­sin­də el­mi araş­dır­ma­lar apa­ran pro­fes­sor Ernst Rif­qa­to­viç Mul­da­şev­dir. O, həm də Ümum­ru­si­ya Göz və Plas­tik Gər­ra­hiy­yə Mər­kə­zi­nin di­rek­to­ru­dur. ABŞ - da Luis­vill Uni­ver­si­te­ti­nin kon­sul­tan­tı­dır, Ame­ri­ka Of­tal­mo­lo­gi­ya Aka­de­mi­ya­sı­nın üz­vü­dür və s. İn­sa­nın mən­şə­yi­nə gös­tər­di­yi ma­raq da tə­sa­dü­fi de­yil. O, in­sa­nın ener­ge­ti­ka­sı­nın tib­bi prob­le­mi­ni fəl­sə­fi və ümum­bə­şə­ri plan­da (as­pekt­də) araş­dır­ma­ğa baş­la­yır və bu onu son nə­ti­cə­də in­san mən­şə­yi­nin sir­li prob­lem­lə­ri­nin el­mi ax­ta­rış­la­rı­na gə­ti­rib çı­xa­rır. Hər şey «Nə­dən in­san­lar bir-bi­ri­nin gö­zü­nə ba­xır­lar?» sua­lın­dan baş­la­mış, müəy­yən si­tua­si­ya­lar­da «Gö­zü­mün içi­nə bax!» ifa­də­sin­də­ki mö­cü­zə və nə­ha­yət, gö­zün geo­met­rik for­ma­sın­dan gə­lən ümu­mi­ləş­miş nə­ti­cə­lər onu Ti­bet ma­ğa­ra­la­rı­na apa­rır.
A­raş­dır­ma­la­rın nə­ti­cə­si ola­raq, Ali İd­rak, Nost­ra­da­mus və zə­ma­nə­mi­zin ən möh­tə­şəm gö­rü­cü­lə­rin­dən bi­ri sa­yı­lan Bla­vats­ka­ya­nın (1831 -1891) «Giz­li dokt­ri­na» əsə­ri­nə, elə­cə də Ti­bet eks­pe­di­si­ya­sı­nın araş­dır­ma­la­rı­na əsas­la­na­raq yer üzün­də bir ne­çə si­vi­li­za­si­ya­nın bir-bi­ri­ni əvəz et­mə­si qə­naə­ti­nə gə­li­rik. Bir-bi­ri­nin ar­dın­ca in­di qa­lın sirr pər­də­si­nə bü­rün­müş sə­bəb­lər üzün­dən məhv ol­muş dün­ya­lar təs­vir olu­nur. Bla­vats­ka­ya­nın qə­naə­ti­nə gö­rə, 700000 il bun­dan əv­vəl ya­şa­mış le­mur­lar ad­la­nan in­san­lar, on­la­rın le­mur-at­lant ad­la­nan qo­lu ən yük­sək in­ki­şaf et­miş in­san cə­miy­yə­tiy­miş. Su­pe­rin­tel­lek­tual id­rak sa­hi­bi sa­yı­lan bu in­san­lar da öz ara­la­rın­da ya­ra­nan konf­lik­tin qur­ba­nı ol­muş­lar. On­lar­dan öz uçan ob­yekt­lə­rin­də uçub ye­ri tərk edən­lə­rin ta­le­yi ne­cə ol­muş­dur? Son­ra­kı in­ki­şaf, növ­bə­ti in­san cə­miy­yə­ti at­lant­la­rın ya­ran­ma­sı­na gə­ti­rib çı­xa­rır. Bö­yük şə­hər­lər sa­lan, göz­lə­rin­də­ki ener­ji­nin gü­cü ilə pi­ra­mi­da­lar ti­kən­lə­rin at­lant­lar ol­du­ğu zənn edi­lir.
Ən zə­if, xəs­tə, ən ge­ri zə­ka­lı bi­zim in­di ya­şa­dı­ğı­mız in­san cə­miy­yə­ti sa­yı­lır.
Bu ba­rə­də çox da­nış­ma­ğa im­kan yox­dur. Am­ma, gö­rə­sən, Saf Ağ­lar han­sı döv­rə tə­sa­düf edir­miş? Mü­qa­yi­sə edər­kən, gö­rü­rük, in­san cə­miy­yə­ti, onun mən­şə­yi, onun fə­la­kə­ti haq­qın­da ən mü­kəm­məl nə­zə­riy­yə­lər­dən bi­ri də İsa Mu­ğan­na­ya məx­sus de­yil­mi? Ən inan­dı­rı­cı «hə­qi­qət»­lər­dən bi­ri onun­ku de­yil­mi?
­Am­ma mən qor­xu­ram ki, bir gün bi­ri İsa Mu­ğan­na­nın «hə­qi­qət» kəş­fi­ni oğur­la­yıb dün­ya­ya özü­nün­kü ki­mi təq­dim edə­cək. O za­man «o, bi­zim­ki idi», «biz­də ye­ti­şib», «biz­də ya­zı­lıb-ya­ra­dı­lıb, kəşf olu­nub», de­yə ha­ray sa­lan­da, hər za­man ol­du­ğu ki­mi, əli­miz bir ya­na çat­ma­ya­caq. Sü­but et­mə ça­ba­la­rı uzan­dıq­ca-uza­na­caq, hər mə­sə­lə­də ol­du­ğu ki­mi. Öm­rü­nün gənc­lik çağ­la­rın­dan ar­tıq for­ma­laş­mış və xalq tə­rə­fin­dən is­te­dad­lı ya­zı­çı ki­mi qə­bul olun­muş bir ya­zı­çı döv­rü, öm­rü­nün uca ideal­lar haq­qın­da yaz­maq döv­rü üçün ha­zır­la­nır­mış, sən de­mə: se­və-se­və oxu­du­ğum «Ya­nar ürək», «Doğ­ma və yad adam­lar» və s. əsər­lə­rin­dən im­ti­na edə­cək­miş, sən de­mə. Uca in­san idea­lı uğ­run­da öm­rü­nün ən ener­ji­li çağ­la­rın­da yaz­dı­ğı və xal­qın sev­di­yi əsər­lə­ri­nə ar­xa çe­vi­rə­cək­miş, de­mə...
Am­ma onun bu gə­lə­cək ha­di­sə­lər­dən hə­lə xə­bə­ri ol­ma­dı­ğı­nı özü də təs­diq­lə­yir və gün­lə­rin bi­rin­də, İla­hi qüv­və­nin tə­si­ri və tə­ki­di ilə qə­lə­mi alıb, öz ila­hi idea­lı uğ­run­da çə­tin yo­la baş­la­dı. Bir gün kai­na­tın ən­gin­li­yin­dən sü­zü­lüb gə­lən, mə­kan və za­man həd­di ta­nı­ma­yan ÜN onun var­lı­ğı­na, bey­ni­nə nü­fuz et­di. ÜN sa­hi­bi o var­lıq­da məh­sul­dar, fə­da­kar bir hüc­rə, bir mən­bə , bir yu­va tap­dı. ÜN, ÜN-ün sa­hi­bi ona inan­dı, ona gü­vən­di, özü­nü ona, onu özü­nə hə­va­lə et­di. Çün­ki onun şəx­si ma­raq­la­rı föv­qü­nə uca­la bi­lə­cə­yi­nə, şəx­siy­yə­tüs­tü bir fə­da­kar­lıq gös­tə­rə­cə­yi­nə əmin idi. Bu, doğ­ru­dan da, be­lə ol­du: göz­lə­ri­miz qar­şı­sın­da İsa Mu­ğan­na də­yiş­di, baş­qa­laş­dı, əv­vəl tut­du­ğu yol­dan ay­rıl­ma­ğa qə­rar ver­di. Ta­mam baş­qa, ye­ni, ke­çil­mə­miş, təp­tə­zə hər şe­yiy­lə ye­ni bir yo­la qə­dəm qoy­du.
Ta­le­yin hök­mü ilə bü­tün bun­la­ra şa­hid olur­duq. Mü­şa­hi­də edir­dik. Onun hə­ya­tı­nın bi­zə mə­lum olan sə­hi­fə­lə­ri : əsər­lə­ri­nə, şəx­si hə­ya­tı­nın müx­tə­lif rən­ga­rəng­li­yi­nə qa­pa­nır, key­fiy­yət­cə ye­ni bir sə­hi­fə açı­lır­dı. Sa­kit töv­rü, bir az təc­rid olun­muş ha­lı­nı ya­xın­dan mü­şa­hi­də edə bi­lir­dik. Göz önün­də də­yi­şir, baş­qa­la­şır­dı. Onun cis­mən bi­zim­lə olub, ru­hən, fik­rən, xə­ya­lən baş­qa aləm­lər­də pər­vaz et­di­yi­ni hiss edir­dik. Çox qə­ri­bə, sir­li, sehr­li gör­kə­mi­lə bir müd­dər be­lə­cə da­vam et­di. Da­ha son­ra­lar kəşf et­di­yi alə­mi, «hə­qi­qət» ad­lı həm çox adi, əl­ça­tan, həm də çox əl­çat­maz gö­rü­nən dün­ya­sı­nı bi­zə də an­lat­ma­ğa baş­la­dı. Biz­lər, onun­la ün­siy­yət­də olan­lar bir fe­no­me­nin, föv­qə­la­də in­sa­nın bu mü­qəd­dəs, mö­cü­zə­li an­la­rı­nı hey­ran­lıq­la iz­lə­yir­dik.
Bə­li, söh­bət­lə­ri­ni eşit­di­yi­miz, ün­siy­yət­də ol­du­ğu­muz, adi hə­yat fəa­liy­yə­ti­ni gör­dü­yü­müz bu in­san gö­zü­müz önün­də, lap ya­nı­mız­da Tan­rı­nın seç­di­yi föv­qə­la­də, qey­ri-adi bir in­san ol­du. Bə­li, şək­siz, şüb­hə­siz, Tan­rı tə­rə­fin­dən se­çil­miş in­san.
Heç də təəc­cüb­lü de­yil. Və bir tə­sa­düf də de­yil, mən­cə. Mə­nə elə gə­lir ki, ya­zı­lan hər bir əsər, he­ka­yə, ro­man in­san hə­ya­tı­nın qiy­mət­li an­la­rı­nı alır­sa, əgər in­sa­na ağ­rı, acı ve­rə­rək, onun acı çə­kə­rək var­lı­ğın­dan, qəl­bin­dən ağ­rı ilə sü­zü­lüb gəl­mir­sə, o, bir qə­pi­yə dəy­məz. İsa Mu­ğan­na­nın hər han­sı ki­çik bir he­ka­yə­si­ni be­lə oxu­yar­kən, onun qəl­bin­dən, var­lı­ğın­dan sü­zü­lüb axan bu əsər­lər san­ki ağ­rı­nı dam­la-dam­la oxu­cu­nun da var­lı­ğı­na sü­zür, hop­du­rur: «Saz»­da oğ­lu­nun ölüm xə­bə­ri­ni al­dıq­dan son­ra be­lə yol göz­lə­yən ata­nın dəh­şət­li iz­ti­rab­la­rı, onu əha­tə edən cə­miy­yə­tin əzab­la do­lu «Tü­tək sə­si»n­də Cüm­rü­nün fə­la­kə­ti - tü­tə­yi­nin qəm­li he­ka­yə­ti­lə in­san­la­rı ağ­la­dan, hüzn­lə, kə­dər­lə do­lu tü­tək sə­si. Bir vaxt xoş­bəxt, sev­gi ilə do­lu bir aləm­də bö­yü­yüb boy atan Cüm­rü. Bir­dən-bi­rə ev­dən xoş­bəxt­lik, se­vinc, sev­gi, əbə­di gö­rü­nən hü­zur yo­xa çıx­mış, onun ye­ri­nə Ana göz­lə­ri­nə çök­müş qəm, kə­dər, da­ğıl­mış bir yu­va­nın fa­ciə­si, yo­xa çıx­mış ümid­lər, ümid­siz­lik, na­ra­hat­lıq, mü­ha­ri­bə­nin gə­tir­di­yi baş­qa fə­la­kət­lər. Cüm­rü­nün da­ğı­lan dün­ya­sı və qəm­li tü­tək sə­si.
Əs­lin­də, top-tü­fəng səs­lə­rin­dən çox uzaq olan bir mə­kan­da mü­ha­ri­bə­nin gə­tir­di­yi acı­lar se­li.
Və ya­xud «Ya­nar ürək»­də təs­vir olu­nan cə­miy­yət - Azər­bay­can hə­qi­qət­lə­ri­ni, in­sa­nın özü­nün ya­rat­dı­ğı cə­miy­yət ba­taq­lı­ğın­da ça­pa­la­yan in­san ta­le­lə­ri, in­san fa­ciə­lə­ri, bun­la­rı tö­rə­dən in­san məh­dud­lu­ğu, ca­hil­li­yi. Nə­ha­yət­siz və ümid­siz ki­mi gö­rü­nən, həl­li­ni ta­pa bil­mə­yən prob­lem­lər, qı­rı­lan ta­le­lər, məhv olan in­san­lar, eh­ti­yac, ka­sıb­lıq için­də ça­pa­la­yan ta­le­siz­lər.
Bu ağ­rı-acı­lar, əzab­lar için­də ya­şa­yan in­san­la­rın ağ­rı-acı­la­rı, prob­lem­lə­ri san­ki bö­yük ça­yın ki­çik qol­la­rın­dan şı­rıl­tıy­la axa­raq bö­yü­yür, nə­ha­yət, nə­həng bir nəhr­də bir­lə­şə­rək okean­lar ya­ra­dır - bü­tün dün­ya­nın qlo­bal prob­lem­lə­ri şək­lin­də ümu­mi­lə­şib ümum­bə­şə­ri prob­le­mə çev­ri­lə­rək dün­ya­nı məh­və sü­rük­lə­yən bir qüv­və ha­lı­nı alır.
O­na gö­rə­dir ki, Cüm­rü qəm­li tü­tə­yi­nə sa­rı­lıb son­suz bir nəğ­mə baş­la­yır. Elə bir qüv­və yox­dur ki, onu bu nəğ­mə­lər­dən ayır­sın...

* * *

U­lu Tan­rı­nın sev­di­yi İn­san - Uca Saf Ağ İn­san gün­də­lik, məi­şət hə­qi­qə­ti de­yil, fəl­sə­fi cə­rə­yan­la­rın tə­məl ob­yek­ti olan ger­çək­li­yin, dün­ya­nın dərk edil­mə­si­nin, onun ümu­mi­ləş­miş mən­zə­rə­si­nin və in­sa­nın ora­da­kı ye­ri­nin müm­kün olan qə­dər ob­yek­tiv «hə­qi­qə­ti» de­yil, iti­ril­miş, in­sa­nın kai­nat­da föv­qə­la­də im­kan­la­rı­nı bər­qə­rar edən «hə­qi­qə­ti» öy­rə­nən, kəşf edən, aş­kar­la­yan bir in­san­dır. Bu hə­qi­qət həm də əbə­diy­yət haq­qın­da olan, öl­məz­lik haq­qın­da olan bir ger­çək­lik, real­lıq­dır.
Ste­reo­tip­lər­dən, məi­şət qay­ğı­la­rı­nı təs­vir edən me­lod­ram­lar­dan, ca­hil in­san hə­ya­tı­nı gü­lüş ob­yek­ti­nə çe­vi­rən ucuz, mə­na­lar­dan məh­rum, do­lub-da­şan ya­zı­lar ba­taq­lı­ğın­dan qo­pa­raq, ca­zi­bə qüv­və­si­nə üs­tün gə­lib, yer­dən bir kos­mik var­lıq ki­mi ay­rı­lan, ay­rı­ca, tək, uca bir zir­və ki­mi da­ya­nan bir qüv­və­dir, var­lıq­dır İsa Mu­ğan­na.
Çox ma­raq­lı mə­lu­mat­lar­la zən­gin olan «Ot ko­qo mı proi­zoş­li?» ki­ta­bı­nı ha­mı­ya oxu­ma­ğı töv­si­yə edər­dim. O za­man İsa Mu­ğan­na fe­no­me­ni­mi­zin nə sə­viy­yə­də dur­du­ğu­nu gö­rər­di­niz.
Da­ha bir ma­raq­lı əsər müa­sir Ame­ri­ka fi­zik­lə­ri­nin yaz­dı­ğı «Öl­məz­li­yin fi­zi­ka­sı» və ya­xud «Ə­bə­diy­yə­tin fi­zi­ka­sı» dır. Bir qrup Ame­ri­ka fi­zi­ki, pro­fes­sor Frank J. Qip­le­rin rəh­bər­li­yi al­tın­da əbə­diy­yə­tin real­lıq ol­du­ğu­nu sü­but edən for­mu­lu tap­mış­lar. Ki­ta­bın adı in­gi­lis di­lin­də «The physics of im­mor­ta­lity»dir. «Mo­dern cos­mo­lody. Qod and re­sur­rec­tion of the de­ad». 2000-ci il­də çap olun­muş bu ki­tab çox yük­sək qiy­mət al­mış­dır. İn­gi­lis di­li­nə və bə­zi tə­məl or­ta mək­təb bi­lik­lə­ri­nə sa­hib hər bir in­san onu oxu­ya bi­lər. De­mək ki, dün­ya­nın hər ye­rin­də in­san id­ra­kı, onun hü­dud­suz­lu­ğu, əbə­diy­yə­tin müm­kün­lü­yü araş­dı­rı­lır, öy­rə­ni­lir. Bü­tün bun­lar haq­da da­ha mü­kəm­məl İsa Mu­ğan­na ya­zır. Çox sət­hi bir araş­dır­ma­dan don­ra mən bu nə­ti­cə­yə gə­lir və da­ha bö­yük araş­dır­ma­la­rın apa­rıl­ma­ma­sı­na təəs­süf edi­rəm.
Son il­lər­də tez - tez be­lə sual­lar eşi­di­lir: dil və dü­şün­cə, bəl­kə, ək­si­nə, dü­şün­cə, şü­ur və dil? Han­sı əv­vəl­dir? Han­sı son­ra­dır? İd­ra­kın, şüu­run əv­vəl gəl­di­yi­nə heç vaxt şüb­hə et­mi­rik, son­ra isə bu id­rak­la, şüur­la al­dı­ğı­mız in­for­ma­si­ya­nı dil­lə ifa­də olun­du­ğu­na da heç bir şüb­hə ye­ri qal­mır ilk ba­xış­da. Bu­na tam əmin­lik­lə ina­nı­nırq. Ya bəl­kə ək­si­nə­dir? Bəl­kə dil əv­vəl ya­ran­mış­dır? Və dil bö­yük də­yi­şik­li­yə uğ­ra­mış­dır? Fə­la­kət­lə­rə­mi mə­ruz qal­mış­dır? Ola bil­məz? Ni­yə ki? Nə­yə gö­rə be­lə dü­şün­mə­mə­li­yik? Biz­də bu inam har­dan­dır? Və oxu­cu, in­di ya­şa­dı­ğı­mız döv­rün in­sa­nı öz di­li­nin ger­çək­li­yi əks et­dir­di­yi­ni har­dan bi­lə bi­lər?
Kaş in­san­lar Ün­lə an­la­şa bi­ləy­di­lər. O za­man in­san öz di­li­nin ne­cə­li­yi­nə şüb­hə ilə ya­naş­maz­dı. İn­san­lar bir-bi­ri­ni ÜN-lə so­na qə­dər an­la­yar­dı­lar. Ni­yə biz cə­za­lan­dı­rıl­mı­şıq, gö­rə­sən? Ni­yə Odər mə­ka­nı­nın sa­kin­lə­ri bağ­la­rı­nı, ün­lə­ri­ni, dil­lə­ri­ni itir­di­lər, gö­rə­sən?
Bəl­kə ger­çək­li­yin ifa­də va­si­tə­si olan di­li­miz­dən, ÜNü­müz­dən məh­rum ol­du­ğu­mu­za gö­rə dil haq­qın­da ya­zı­lan qa­laq-qa­laq fəl­sə­fi fi­kir­lər bir ya­na çı­xa bil­mir? Post­mo­dern mü­na­si­bə­tin də, ye­ni tərz­də araş­dır­ma­la­rın da bir nə­ti­cə­si gö­rün­mür. İn­san ilk ola­raq di­li­nə qo­vuş­ma­lı­dır ki, «hə­qi­qə­ti­nə» qo­vu­şa bil­sin. Rus ta­rix­çi-et­no­lo­qu, fi­lo­so­fu, ta­ri­xi ha­di­sə­nin ori­ji­nal kon­sep­ti­nin müəl­li­fi L.N.Qu­mil­yov Azər­bay­can gənc­lə­ri­nə «Öz xal­qı­nı­zı ucalt­ma­ğa ça­lış­ma­yın. O, on­suz da bö­yük xalq­dır. Gö­zəl ola­nın tə­ri­fə eh­ti­ya­cı yox­dur» de­miş­dir. Qu­mil­yov - türk dün­ya­sı­nın yo­rul­maz araş­dı­rı­cı­sı olan bu in­san Azər­bay­ca­nın han­sı cə­hə­ti­nə gö­rə onu bö­yük ad­lan­dı­rır? Onun da «ə­bə­diy­yət kar­va­nın­dan» xə­bə­ri var­mış, de­yə­sən. Kök­lə­rin Azər­bay­ca­na aid ol­du­ğu­nu bi­lir­miş. Ver­nads­ki­nin kəşf et­di­yi və Qu­mil­yo­vun et­no­sun qa­lan küt­lə­sin­dən fərq­lə­nən ay­rı-ay­rı in­sa­na aid et­di­yi kos­mik bioe­ner­ji axı­nı həll edir­miş se­çil­miş in­san­la­rı. Bu kos­mik bioe­ner­ji­nin tə­si­ri­nə mə­ruz qa­lan in­san­lar da­şı­yır öz xal­qı­nın, öz re­gio­nu­nun və hət­ta bü­tün in­san­lı­ğın prob­lem­lə­ri­ni, on­la­rın həl­li­ni Qu­mil­yo­va gö­rə, Ver­nads­ki­yə gö­rə pla­ne­ti­miz­dən kə­nar, kos­mik bioe­ner­ji axı­nı - «ekstre­mal ener­ji» bu kos­mik ener­ji­ni alan in­san­lar öz­lə­ri­ni ideal məq­səd­lə­rə həsr edir­lər. Bu «kos­mik ener­ji» on­la­rı öz idea­lı yo­lun­da hər şey­dən keç­mə­yə sövq edir. Bu­ra­da da kos­mik ener­ji - ÜN ox­şar­lı­ğı var­dır san­ki. Gö­rü­nür, Qu­mil­yov və qə­bil­dən baş­qa be­lə alim­lər də in­sa­na tə­sir edən pla­net­dən­xa­ric kos­mik ener­ji­nin ol­du­ğu­nu araş­dı­rar­kən, in­sa­nın, sa­də­cə, Yer pla­ne­ti­nə aid ol­ma­dı­ğı­nı, onun da­ha çox uca sə­viy­yə­lə­rə aid ol­du­ğu­nu dərk et­mə­yə cəhd gös­tər­miş­lər. La­kin bü­tün bun­lar Nəi­mi - Nə­si­mi - Mu­ğan­na, on­la­rın Odər mə­ka­nı, Bağ, ÜN, Uca Saf Ağ İn­san haq­qın­da­kı hə­qi­qət­lə­ri ya­nın­da güc­süz qa­lır. Elə də ol­ma­lı­dır. Çün­ki on­la­rın ÜN-dən xə­bər­lə­ri yox idi. Həm də on­la­rın «hə­qi­qət» ax­ta­rış­la­rı İsa Mu­ğan­na­nın «hə­qi­qət» alə­min­dən çox-çox məh­dud­dur.
Bəl­kə də bu əra­zi­nin bağ­rın­dan qop­ma­lıy­dı İsa Mu­ğan­na kar­va­nı­nın döv­rü­müz­də­ki his­sə­si. Bir mah­nı söz­lə­ri­ni xa­tır­la­dım:

A­na­do­lu, Ana­do­lu
­Dörd bir ya­nı sev­da do­lu.
Vey­səl do­lu, Yu­nus do­lu,
Ab­dal do­lu, Ru­mi do­lu,
Haqq «eş­qi­nə» kö­nül ve­rən
­A­şiq do­lu Ana­do­lu.

Tək­cə Ana­do­lu əra­zi­si de­yil, Azər­bay­ca­na ya­xın olan bu tor­paq­lar sir­lər mə­ka­nı ki­mi gə­lir in­sa­na. İsa Mu­ğan­na­nın bu­ra­da do­ğu­lub, bu­ra­da püx­tə­ləş­mə­si təəc­cüb­lü de­yil. İn­sa­nın uca­lı­ğı, in­san üzü­nün mə­na ça­lar­la­rı­nı oxu­maq, mə­na­lı üzün, ka­mil in­san üzü­nün sir­lə­ri­ni öy­rən­mək cəhd­lə­ri­lə do­lu­dur bir par­ça­sı da Azər­bay­can olan bu tor­paq­lar. Kai­na­tın hü­dud­suz­lu­ğun­dan da ge­niş, əha­tə­li olan Saf Ağ İn­san id­ra­kı teo­ri­ya­sı maq­nit ki­mi çə­kir in­sa­nı.
­A­zər­bay­can da bü­tün re­gio­nu çul­ğa­mış və ge­niş ya­yıl­mış haqq, ila­hi eşq, onu vəsf edən çox ge­niş əha­tə­li, iri­li-xır­da­lı haqq aşiq­lə­ri, Kai­nat, onun hü­dud­suz­lu­ğu, in­sa­nın uca var­lıq ki­mi qə­bul edən mü­tə­fək­kir ya­zı­çı­mız İsa Mu­ğan­na qə­dim kar­van yol­çu­la­rı­nın sı­ra­sı­na da­xil olub, on­la­rın «hə­qi­qət» həs­rə­ti­nə şə­rik ol­ma­sı bir ya­na, qa­ran­lıq pər­də­lər­lə ör­tül­müş Nəi­mi, Nə­si­mi və s.-lə­rin hə­qi­qət haq­qın­da əf­sa­nə­ləş­miş, əl­çat­maz dokt­ri­na­sı­nı biz­lər üçün əl­ça­tan, sü­bu­ta eh­ti­ya­cı ol­ma­yan bir ha­la gə­ti­rir. On­lar uğ­run­da öz­lə­ri­ni qur­ban ver­dik­lə­ri hə­qi­qət haq­da fi­kir­lə­ri açıq­lı­ğa çı­xa­rır, an­la­şıq­lı edir. Da­ha irə­li, da­ha də­ri­nə ge­dib biz­lə­rə təq­dim edir. Özün­dən əv­vəl gə­lən eşq fə­dai­lə­ri­ni, haqq aşiq­lə­ri­ni fəhm edə­rək, da­ha uca­la­ra yük­sə­lir.
Ye­nə də xə­yal mə­ni bir möv­zu ət­ra­fın­da ge­dən söh­bə­tə apa­rır. Özü da­nı­şır və kök­sü­nü ötü­rür, sö­zü­nə ara ve­rir, dü­şün­cə­lə­rə da­lır və ye­nə da­vam edir və biz qu­laq kə­si­li­rik: «He­ka­yə yaz­dı­ğım­dan xə­bər tu­tan atam mə­ni dos­tu M.Hü­sey­nin ya­nı­na gə­tir­di. Söh­bət­dən son­ra M. Hü­seyn də yaz­ma­ğı da­vam et­dir­mə­yi­mə qə­rar ve­rib de­di: «Heç vaxt çö­rək qa­zan­maq üçün yaz­ma». Bə­li, çö­rək qa­zan­maq üçün yaz­ma de­mək asan­dır. Bəs, əgər iki ba­cı­nın ye­tim qal­mış (ata­la­rı mü­ha­ri­bə­də hə­lak ol­muş­du­lar) ba­la­la­rı­na da­yaq dur­ma­lı olur­san­sa, on­la­rı bö­yü­düb, oxu­dub, bir ya­na çı­xa­rır­san­sa - on­da ne­cə?! Ye­nə də sa­kit, abır­lı gö­rü­nüş al­tın­da qay­nar, tə­la­tüm­lü, hə­yə­can­lı bir ürə­yin giz­lən­mə­si, pa­ra­doks tə­si­ri ya­ra­dan bu mən­zə­rə bi­zi mat qo­yur. İri­li-xır­da­lı 20 nə­fər­lik bir ai­lə­ni əha­tə edə bil­mək qüd­rə­ti har­dan­dır? Az bir qa­zanc­la.
Təəs­sü­rat­la­rım ye­nə mə­ni keç­miş­lə­rə apa­rır. Uşaq­kən ara­bir kə­nar göz­lər­dən ya­yı­na­raq ya­xın­la­rın­da­kı me­şə­də - Qa­ra­ya­zı me­şə­sin­də, adam­lar onu ta­pa­na qə­dər, uzaq ul­duz­la­rın sey­ri­nə da­lıb, dün­ya­nı dərk et­mə­yə ça­lı­şar­kən əxz et­miş­di o ürə­yi. Yox­sa bu qə­dər yü­kü qal­dır­maq adi in­san gü­cü xa­ri­cin­də idi.
­O, yaz­maq­la qa­zan­ma­ma­lıy­dı. La­kin 2 ba­cı­nın öv­lad­la­rı­nın ye­ga­nə qay­ğı­ke­şi ol­ma­lıy­dı.
­O, bəl­li döv­rə qə­dər yaz­dı­ğı əsər­lə­rin­dən im­ti­na et­mə­li, ye­ni bir yo­la qə­dəm qoy­ma­lı idi. Ha­mı tə­rə­fin­dən qə­bul edil­mə­miş, döv­rün in­san­la­rı­nın fi­kir dün­ya­sın­da tə­məl prin­sip­lə­ri­ni kö­kün­dən sar­sı­dan ye­ni hə­qi­qət­lə­ri araş­dır­ma­lı idi.
­O, diq­qət­siz­lik, la­qeyd­lik, ürək­ya­xan bi­ga­nə­lik sü­ku­tu ilə qar­şı­laş­ma­lı idi.
­O, çap olun­ma hü­qu­qu­na ta­bu qo­yu­lan qa­laq-qa­laq əsər­lə­ri ara­sın­da tək­lən­miş və­ziy­yət­də, in­ti­zar gö­zü yol­lar­da, döz­mə­li, göz­lə­mə­liy­di. Bü­tün bun­lar bir in­sa­nın da­şı­ya bi­lə­cə­yi yük ol­ma­yıb, on­dan föv­qə­la­də də­ya­nət is­tər.
O, bu­nu edə bil­di.
Çün­ki o, se­çi­lir­di. Tan­rı tə­rə­fin­dən se­çil­di­yi ki­mi, ət­ra­fın­da­kı­lar­dan se­çi­lir­di və se­çi­lir. Mə­nə gö­rə, bu se­çil­miş in­san­lar hə­yə­can tə­bi­li çal­maq üçün gön­də­ri­lir­lər. De­yir­lər ki, Al­lah in­san­la­rın iş­lə­ri­nə qa­rış­mır. Am­ma yer üzə­rin­də və be­yin­lər­də dəh­şət­li fə­la­kət­lər baş ve­rə bi­lə­cə­yi­ni, get­dik­lə­ri yo­lun yan­lış ol­du­ğu­nu gös­tər­mək üçün se­çi­lir bu in­san­lar. Fə­la­kət tö­rə­də bi­lə­cək ha­di­sə­lə­rin son həd­din­dən, uçu­ru­mun lap bir ad­dı­mın­dan “ge­ri dön­mə­yin za­ma­nı­dır” - de­mə­yə gön­də­ri­lir bu in­san­lar.
Fə­la­kət­lər tö­rə­də bi­lə­cək ha­di­sə­lər­dən ge­ri dön­mək hə­lə gec de­yil. Ən qor­xu­lu fə­la­kət­lər­dən ən işıq­lı ümid­lə­rə çev­ril­mək hə­lə gec de­yil.
Və bu in­san­lar xi­la­sı an­caq in­sa­nın öz id­ra­kın­da, özü­nü­dərk­də, öz qüv­və­lə­ri­ni, im­kan­la­rı­nı kəşf edib, ca­hil­lik ba­taq­lı­ğın­dan çıx­maq­da, ka­mil­li­yə ucal­maq­da gö­rür­lər. İsa Mu­ğan­na­nın de­di­yi Saf Ağ İn­san, onun «hə­qi­qə­ti» əl­də olun­ma­sa, «el­mi» kəşf­lə­rin gə­tir­di­yi da­ğı­dı­cı si­lah­lar, ca­hil­lər əlin­də öz-özü­nü məhv edən sis­tem işə dü­şər.
Bü­tün bun­lar mə­nim var­lı­ğı­ma hop­muş, ru­hu­ma nü­fuz et­miş ye­ga­nə hə­qi­qət bil­di­yim də­yər­lər­dir. İsa Mu­ğan­na­nı oxu­yub öy­rə­nə­rək və bu­ra­dan yo­la çı­xıb hə­qi­qət, onun in­san bey­nin­də ini­ka­sı, kai­nat, in­sa­nın kai­nat­da ye­ri haq­qın­da çox - çox mü­tə­fək­kir­lə­rin, alim­lə­rin yaz­dıq­la­rı­nı oxu­yub, bu yol­da nə­lər əl­də olun­du­ğu­nu öy­rən­mə­yə ça­lış­dım. Və bu qə­naə­tə, bu nə­ti­cə­yə gəl­dim ki, dün­ya­nın heç bir ye­rin­də, nə Qərb­də, nə Şərq­də, onun ma­hiy­yə­ti­ni­nə İsa Mu­ğan­na qə­dər ya­xın­la­şan ikin­ci bir fi­kir sa­hi­bi yox­dur.
Heç bir nə­zə­riy­yə in­sa­nı, kai­na­tı, in­san id­ra­kı­nı İsa Mu­ğan­na­nın is­ti­nad et­di­yi «hə­qi­qət­»i Saf Ağ Uca İn­san id­ra­kı ki­mi uca­la­ra, zir­və­lə­rə qal­dı­ra bil­mə­di. Əl­bət­tə, bu mə­nim sub­yek­tiv fik­rim­dir.
A­zər­bay­can da da­xil ol­maq­la, onu əha­tə edən re­gion­da ya­ra­nıb in­ki­şaf edən, Cə­la­ləd­din Ru­mi, Mən­su­ri, Nəi­mi, Nə­si­mi ki­mi zir­və­lə­rin ara­sın­da özü də bir zir­və ola­raq uca­lan İsa Mu­ğan­na «hə­qi­qət­»i­nə eşq ol­sun!


Har­da bir uca­lıq var­sa, ya­nın­da onu öz də­rin, qa­ra boş­lu­ğu­na, di­bi­nə çə­kən bir çö­kək­lik var. Bu, ağ­rı­lı bir real­lıq­dır-ger­çək­dir.
Əs­lin­də, İsa Mu­ğan­na­nın prob­le­mi onun içə­ri­sin­də cis­mən ya­şa­dı­ğı, mü­şa­hi­də et­di­yi tə­bə­qə­lər, qrup­lar de­yil. Bu konf­likt İsa Mu­ğan­na ilə hə­lə gə­lib ye­ri­nə otur­ma­lı olan, am­ma hə­lə də gö­rün­mə­yən uca ol­ma­lı­lar ara­sın­da­dır. Göz­lə­ri yol­da, kön­lü xəs­tə - har­da qal­dı­lar, ni­yə gəl­məz ol­du­lar? Bu pis­lik nə qə­dər da­vam edə­cək? Olan­la­rı mü­şa­hi­də edər­kən, seyr edər­kən ölüb-di­ri­lən, mə­şəq­qət, əzab çar­xı­na bağ­lı bu... ­Nə isə.
Rus­so, Ni­za­mi, Nə­si­mi əda­lət sə­lə­tə­nə­ti həs­rə­ti­lə ya­na­raq get­miş­lər dün­ya­dan.
İn­sa­nın uca­la­ca­ğı­na var­maq, in­sa­nın üzü­nün mə­na ça­lar­la­rı­nı oxu­maq, in­san var­lı­ğı­nın, ma­hiy­yə­ti­nin kai­nat var­lı­ğın­dan ge­niş, əha­tə­li ol­ma­sı­na fəhm edən­lər bu­gün­kü çıl­paq ca­hil­lik mən­gə­nə­sin­də - qıs­qa­cın­da ça­pa­la­yan buş­la­rın, ya­zov­la­rın, pri­ma­kov­la­rın tö­rət­dik­lə­ri qan­lı ci­na­yət­lər dün­ya­nı ağ­zı­na alıb apı­rır.
Bi­la­va­si­tə ya­nın­da olan, İsa Mu­ğan­na­nın mə­ruz qal­dı­ğı sar­sın­tı­la­rı və bu sar­sın­tı­la­rın öz hə­yat tər­zi­nə, gör­kə­mi­nə, ət­ra­fı­na, ən ya­xın və əziz­lə­ri­nə gös­tər­di­yi tə­si­ri gö­rən­lər üçün bu, çox ağır, ağ­rı­lı-acı­lı bir pro­ses idi. Həm də uzun bir za­ma­nı əha­tə edir­di. İlk ba­xış­da söz­də çox asan an­la­şı­lan bu ha­di­sə müx­tə­lif in­san­la­rın (on­la­rın sə­viy­yə, sa­vad, in­tel­lek­tin­dən baş­qa, bir də niy­yət­lə­rin­dən ası­lı ola­raq) müx­tə­lif trak­tov­ka­la­rı­na yol açır­dı. Təəs­süf his­si­lə qeyd et­mə­li­yəm ki, o dövr­də çox bö­yük mə­nə­vi dəs­tə­yə eh­ti­ya­cı olan qüd­rət­li ya­zı­çı onu al­ma­dı. Nə ya­xın­la­rın­dan, nə də ədə­bi mü­hit­dən. Acı­ve­ri­ci bir fakt­dır bu. Bu gö­zə­gö­rün­məz fır­tı­na­lı dövr­də ədi­bin ya­nın­da bu­lu­nan çox az ca­nı­ya­nan var­dı.

* * *

Mark­sizm-le­ni­niz­min və hökm sü­rən qəd­dar re­ji­min ateizm tə­ləb­lə­ri ilə əsr­lər­lə hə­yat­la­rı­na, be­yin­lə­ri­nə, təh­sil­lə­ri­nə si­ra­yət edən əlif­ba­la­rı əlin­dən alın­mış, var­lıq­la­rı­na zor­la və ca­hil­cə­si­nə hop­du­rul­muş ye­ni hə­yat - keç­miş­lə əla­qə­si ol­ma­yan, tə­mə­li uçu­rul­muş və sü­ni, da­ya­nıq­sız tə­məl­lər üzə­rin­də qu­rul­muş ye­ni hə­yat nəğ­mə­ka­rı ol­ma­lı idi özü də.
­Am­ma se­çil­miş in­san­lar (Al­lah tə­rə­fin­dən və ya föv­qəl­bə­şər qüv­və­lər tə­rə­fin­dən), ca­hil­lər küt­lə­sin­dən uca­da du­ran in­san­lar ol­ma­lı­dır ki, bu­nun be­lə ol­ma­dı­ğı­nı an­la­ya bil­sin. Bun­lar yu­xu­suz ge­cə­lər, gün­də­lik zövq­lər­dən im­ti­na, əzab­lar, özü­nə­qa­pan­ma, təc­rid olun­ma və s. he­sa­bı­na bu­nun be­lə ol­ma­dı­ğı­nı, qan yad­da­şı­nı, əsr­lər­lə, min il­lər­lə yı­ğıl­mış, top­lan­mış, ha­ra­da ol­ma­sın­dan ası­lı ol­ma­ya­raq, toz bas­mış, qa­laq-qa­laq bir-bi­ri­nin üzə­ri­nə yı­ğıl­mış ir­si­mi­zi araş­dır­maq - HƏ­Qİ­QƏ­Tİ üzə çı­xar­maq ki­mi, ağ­rı­lı, əzab­lı, mə­şəq­qət­li iş­lə məş­ğul ol­maq.
Sa­də­cə, ya­şa­dıq­la­rı hə­ya­tı qə­lə­mə alan, keç­mi­şi­ni isə in­di­ki tə­ləb­lər priz­ma­sın­dan vəsf edən o qə­dər ya­za­rı­mız, şai­ri­miz var. Am­ma on­la­rın ara­sın­da, keç­mi­şi də, in­di­ki hə­ya­tı da qa­na-qa­na, ya­na-ya­na qə­lə­mə alan­la­rı­mız çox az­dır. On­la­rın göz­lə­ri­nin də­rin­li­yi­nə, üz­lə­ri­nin qı­rış­la­rı­na hop­muş si­lin­məz kə­də­ri, hüz­nü gör­mək la­zım­dır!

* * *

İ­sa Mu­ğan­na haq­qın­da da­nı­şar­kən onun aş­kar et­di­yi, mən de­yər­dim, pər­də­si­ni gö­tür­dü­yü, inan­dı­ğı, bo­ya-ba­şa çat­dır­dı­ğı, ayaq üs­tə qoy­du­ğu HƏ­Qİ­QƏT “dokt­ri­na­sı­nı”, or­ta­sın­dan gö­tü­rüb və ya­xud əsər­lə­rin­dən yo­la çı­xa­raq izah et­mək müm­kün ol­maz. Çün­ki ən əv­vəl onun öz şəx­siy­yə­ti, öz ma­hiy­yə­ti, var­lı­ğı an­la­şıl­maz­dır.
Mə­nə elə gə­lir ki, İsa Mu­ğan­na da­xi­lin­də yer üzün­də hə­yat sü­rən in­san cə­miy­yə­tin­də­ki əda­lət­siz­lik­lə­rə qar­şı hə­mi­şə bir eti­raz ol­muş­dur. Ona Eti­raz da de­mək olar - Üs­yan da. Sa­kit, dü­şün­cə­li töv­rün­dən üs­yan­ka­ra bən­zə­mir. Am­ma əsər­lə­ri­ni oxu­duq­ca, araş­dır­dıq­ca, bu üs­ya­nın nə qə­dər alov­lu, ya­xı­cı ol­du­ğu aş­kar olur. Ət­raf mü­hit­də baş ve­rən­lə­rin fa­ciə­li məz­mu­nu in­sa­nı va­hi­mə­yə sa­lır. Ha­di­sə­lər se­li, xa­rak­ter­lər se­li, ta­le­lər se­li san­ki məh­vet­mə apa­ra­tı­nın ağ­zı­na gu­rul­tu ilə da­xil olub əzi­lir, fə­la­kə­tə uğ­ra­yır, məhv olur.
Bu, əv­vəl­ki idea­lın qlo­bal, ye­kun və bü­töv mən­zə­rə­si­dir. Bu baş­qa­lıq­da heç kim­sə­yə xi­las yox­du. Hər kəs bu ter­ror me­xa­niz­mi­nin qur­ba­nı­dır. Hər kəs, hər ta­le, hər bir şəx­siy­yət açıl­ma­dan gö­mü­lür, üfu­nət­li cə­miy­yət qa­nun­la­rı­nın ba­taq­lı­ğı­na gö­mü­lür. “Tü­tək sə­si”n­də bu ümu­mi axa­ra mü­ha­ri­bə­nin fə­la­kə­tin­dən do­ğan fa­ciə­lər, va­hi­mə­lər çö­kür və xi­las yox­muş ki­mi gö­rü­nür. Ver­gi ha­di­sə­sin­dən son­ra­mı, Nə­si­mi­nin alə­mi­ni araş­dı­rar­kən­mi İsa Mu­ğan­na id­ra­kı ay­dın­la­şan üfüq­lər­də, nə­ha­yət, ax­tar­dı­ğı mey­da­na çı­xır: Saf Ağ, Bağ.
Bağ hə­qi­qə­ti kəşf olun­du­ğun­dan­mı borc­lu­yuq biz bu İsa Mu­ğan­na fe­no­me­ni­nə? Çox eh­ti­mal ki, elə­dir.
Ste­reo­tip­lər­dən, şər­ti­lik­lər­dən uzaq, ye­ni, fərq­li mü­na­si­bət, fərq­li ba­xış İsa Mu­ğan­na­ya çox fərq­li müs­tə­vi­dən bax­maq im­ka­nı ver­miş­dir.
Bi­zim üçün, yə­ni əsr­lər­lə qə­bul olun­muş çər­çi­və­lər­də dü­şü­nən­lər üçün bu mə­sə­lə­lə­ri so­na qə­dər əha­tə et­mək, mə­sə­lə­ni mü­cər­rəd­lik tə­rə­zi­sin­dən çı­xar­maq müm­kün de­yil. Bu ca­zi­bə­li möv­zu, in­sa­nın id­ra­kı, kai­nat, əbə­diy­yət, dün­ya­nın ida­rə olun­ma­sı, gə­lə­cə­yi or­ta­ya gə­lin­cə, mü­cə­rədd­lik alə­mi bü­rü­yür və biz onun seh­rin­dən ya­xa qur­ta­ra bil­mi­rik.
Heç bir ağır­lıq, təz­yiq, mü­cə­rədd­lik ol­ma­dan Kai­na­tın əsl qa­nu­nauy­ğun­luq­la­rı və in­sa­nın ora­da ye­ri çox adi an­la­şı­lan iza­hı ilə bey­nə həkk olu­nur. Və biz de­yi­rik: Doğ­ru­dur. Be­lə də ol­ma­lı­dır.
Ar­tıq çü­rü­müş fi­kir­lə­rin, ide­ya­la­rın müt­lə­qiy­yə­ti­ni qə­bul edən in­san top­lu­mu - in­san cə­miy­yə­ti­nə təh­qir­dir. Bun­dan ge­ri çə­kil­mək, bu­nu in­kar et­mək­sə, qat-qat çə­tin­dir. İn­di­ki za­man­da, bəl­kə də, qey­ri-müm­kün­dür. Təəs­süf­lər ol­sun ki, bun­lar çox-çox gə­lə­cək za­man­la­rın hə­qi­qə­ti­dir. Bu hə­qi­qət öz za­ma­nı­na aid de­yil. İsa Mu­ğan­na yal­nız ta­ri­xin qa­ran­lı­ğı­na gö­mül­müş Saf Ağ İn­san hə­qi­qə­ti­ni nəin­ki tək­mil­ləş­dir­di və in­ki­şaf et­dir­di, həm də onun bi­na­sı­nı ta­mam­la­dı. Bu yol­da çox in­ka­re­dil­məz eh­kam­la­rı tə­mə­lin­dən sar­sıt­dı.