Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Nisə BƏYİM
,,ÜRƏK“ SİMFONİYASI
Poema


Hü­seyn­ba­la Mİ­RƏ­LƏ­MOV
QUM­RU YU­MUR­TA­LA­RI
Povest


Yafəs TÜRKSƏS
Fəxrəddin ƏSƏD


Əlizadə NURİ
Ələskər HƏSƏNLİ


Elçin HÜSEYNBƏYLI
QAÇAQ QOCALAR
İki hissəli pyes


Zaur QULİYEV
Mirsəyyaf ZAMANLI
İSA SEVƏR


Kamran NƏZİRLİ
İki hekayə


Feyziyyə
Vüsal NURİ
Xəyalə SEVİL


Sə­ki­nə MAQ­SUD
İ­SA MU­ĞAN­NA: BƏ­Dİİ SÖ­ZÜN BÖ­YÜK YA­RA­DI­CI­SI


GÖR­KƏM­Lİ SA­BİR­ŞÜ­NAS


Za­man ƏS­GƏR­Lİ
KÖ­NÜL­LƏ­RİN FA­TE­Hİ - ƏH­MƏD YƏ­SƏ­Vİ


Di­la­rə MƏM­MƏ­DO­VA
NƏ­CƏF­BƏY VƏ­Zİ­RO­VUN “PA­LID” ƏSƏ­Rİ


CƏFƏR XƏNDAN - 100
 

GÖR­KƏM­Lİ SA­BİR­ŞÜ­NAS


 

Pro­fes­sor Cə­fər Xən­dan Ha­cı­yev... Bu ad XX əsr Azər­bay­can tən­qi­di və ədə­biy­yat­şü­nas­lı­ğı üçün, ədə­bi fik­ri­miz üçün mö­tə­bər ad­lar­dan bi­ri­dir. Onun klas­sik və müa­sir ədə­biy­ya­tı­mı­zın müx­tə­lif prob­lem­lə­ri ilə bağ­lı on­lar­la mə­qa­lə­si, ədə­biy­yat nə­zə­riy­yə­si dərs­li­yi və ədə­biy­yat ta­ri­xi ki­tab­la­rın­da san­bal­lı el­mi oçerk­lə­ri bu gün də ak­tual­lı­ğı­nı sax­la­yır. La­kin C.Xən­da­nı, ilk növ­bə­də, gör­kəm­li sa­bir­şü­nas alim ki­mi ta­nı­yı­rıq.
Bəl­li­dir ki, ke­çən əs­rin 30-cu il­lə­rin­də Azər­bay­can so­vet ədə­biy­yat­şü­nas­lı­ğın­da klas­sik ir­sin təd­qi­qi sa­hə­sin­də bir can­lan­ma ya­ran­mış­dı. Xü­su­si­lə, So­vet Ya­zı­çı­la­rı­nın I Ümu­mit­ti­faq Qu­rul­ta­yın­dan son­ra klas­sik­lə­rə mü­na­si­bət­də ədə­biy­yat­şü­nas­lıq vul­qar-so­sio­lo­ji əyin­ti­lər­dən xi­las ol­ma­ğa baş­la­yır, ədə­bi ir­sə ta­ri­xi ya­naş­maq me­ya­rı qə­rar­la­şır­dı. Tən­qid və ədə­biy­yat­şü­nas­lıq keç­miş­də ya­ra­dıl­mış ədə­bi-bə­dii abi­də­lə­ri müa­sir­lik möv­qe­yin­dən da­ha də­rin­dən dərk edir, bə­dii ir­sin ta­ri­xən mü­tə­rəq­qi, sağ­lam xü­su­siy­yət­lə­ri­ni mə­nim­sə­yir­di. Bu dövr­də klas­sik­lə­rin təd­qi­qin­də for­ma­la­şan is­ti­qa­mət­lər­dən bi­ri də xal­qın bə­dii şüu­ru­nun in­ki­şa­fın­da mü­hüm rol oy­na­mış sə­nət­kar­lar haq­qın­da əha­tə­li təd­qi­qat­la­rın mey­da­na çıx­ma­sın­dan iba­rət ol­du.
Bu za­man Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı M.Ə.­Sa­bir ya­ra­dı­cı­lı­ğı­na da­ha bö­yük diq­qət və qay­ğı ilə ya­na­şır­dı. Bu­na baş­lı­ca sə­bəb­lə­rin­dən bi­ri ki­mi, Sa­bir ya­ra­dı­cı­lı­ğı­nın müa­sir ədə­biy­ya­tın in­ki­şa­fı üçün mü­hüm əhə­miy­yət kəsb et­mə­si­ni gös­tər­mək olar. C.Xən­dan və Mir Cə­lal ki­mi alim­lə­rin təd­qi­qat­la­rın­da Sa­bi­rin ya­ra­dı­cı­lı­ğı rea­list ədə­biy­ya­tın prob­lem­lə­ri ba­xı­mın­dan araş­dı­rı­lır, bey­nəl­mi­ləl­çi­lik, Ya­xın Şərq öl­kə­lə­rin­də mil­li-azad­lıq hə­rə­ka­tı­nın ini­ka­sı və baş­qa möv­zu­lar ət­raf­lı təh­lil edi­lir­di. Xü­su­si­lə, bu döv­rün təd­qi­qat­la­rın­da Sa­bi­rin folk­lor­la bağ­lı­lı­ğı, bə­dii dil xü­su­siy­yət­lə­ri ilk də­fə ola­raq ət­raf­lı şə­kil­də öy­rə­nil­miş­dir.
Bu mə­na­da gör­kəm­li ədə­biy­yat­şü­nas pro­fes­sor Cə­fər Xən­da­nın «Sa­bir» mo­noq­ra­fi­ya­sı (1940) xü­su­si qeyd olun­ma­ğa la­yiq el­mi əsər­dir. Bu, M.Ə.­Sa­bir haq­qın­da nis­bə­tən ilk iri mo­noq­ra­fik təd­qi­qat idi. Bö­yük şai­rin hə­ya­tı, zə­ma­nə­si, ya­ra­dı­cı­lı­ğı­nın dövr­lə­ri, sa­ti­ra­sı­nın ide­ya-bə­dii xü­su­siy­yət­lə­ri, sə­nət­kar­lıq mə­sə­lə­lə­ri və s. mo­noq­ra­fi­ya­nın əsas prob­lem­lə­ri­ni və məz­mu­nu­nu təş­kil edir­di. Mo­noq­ra­fi­ya­nın gi­riş his­sə­sin­də müəl­lif Sa­bir haq­qın­da özü­nə qə­də­rə ya­zı­lan­la­rı müx­tə­sər şə­kil­də nə­zər­dən ke­çi­rir, on­la­rın uğur­lu və qü­sur­lu cə­hət­lə­ri­ni gös­tər­mə­yə ça­lı­şır. Müəl­lif haq­lı ya­zır­dı ki, hə­lə «Sa­bir ya­ra­dı­cı­lı­ğı­nı də­rin­dən el­mi əsas­lar üz­rə təh­lil edən bö­yük bir əsər ya­ra­dıl­ma­mış­dır».
Mo­noq­ra­fi­ya­da müəl­lif şai­rin ya­şa­dı­ğı mü­hi­tin də­rin ic­ti­mai-si­ya­si zid­diy­yət­lə­ri­ni şərh et­mək­lə ya­na­şı, XX əs­rin əv­vəl­lə­rin­də­ki ədə­bi pro­se­sin, möv­cud tə­ma­yül və cə­rə­yan­la­rın əsas cə­hət­lə­ri­nə nə­zər sa­lır, şai­rin hə­yat və fəa­liy­yə­ti üzə­rin­də ət­raf­lı da­ya­nır, Sa­bi­rin ye­tiş­mə­sin­də «Mol­la Nəs­rəd­din» ədə­bi cə­rə­ya­nı­nın ro­lu­nu ay­rı­ca gös­tər­mə­yi la­zım bi­lir.
C.Xən­dan şai­rin hə­ya­tı­nı A.­Səh­hə­tin «Hop­hop­na­mə»­yə əla­və et­di­yi «Tər­cü­me­yi-hal», qis­mən də S.M.Qə­ni­za­də­nin şa­ir haq­qın­da­kı xa­ti­rə­si və S.Hü­sey­nin şai­rin «Bü­tün əsər­lə­ri»­nə (1934-cü il) mü­qəd­di­mə­si əsa­sın­da qə­lə­mə al­mış­dır. Bu­nun­la ya­na­şı, alim bir sı­ra ye­ni ma­te­rial­la­rı - müa­sir­lə­ri­nin şa­ir haq­qın­da mət­bu xa­ti­rə­lə­ri­ni, elə­cə də şai­rə həsr olun­muş bə­dii əsər­lə­ri ilk də­fə ola­raq təd­qi­qa­ta cəlb et­mək­lə nis­bə­tən dol­ğun bir tər­cü­me­yi-hal ya­rat­ma­ğa mü­vəf­fəq ol­muş­dur.
Mo­noq­ra­fi­ya­nın, heç şüb­hə­siz, ən mü­hüm his­sə­si Sa­bi­rin bi­la­va­si­tə ya­ra­dı­cı­lı­ğı­na həsr olun­muş böl­mə­dir. Bu­ra­da Sa­bir ya­ra­dı­cı­lı­ğı həm janr­lar - qə­zəl və sa­ti­rik şeir­lər, həm də möv­zu­lar ba­xı­mın­dan təh­lil olu­nur. Şai­rin ide­ya-poe­tik in­ki­şa­fı­nı gös­tər­mək məq­sə­di­lə müəl­lif əv­vəl­cə onun klas­sik üs­lub­da qə­lə­mə al­dı­ğı qə­zəl­lə­ri təh­lil edir. C.Xən­dan doğ­ru ola­raq bu qə­zəl­lər­də, zə­if də ol­sa, Sa­bir ya­ra­dı­cı­lı­ğı­nın ümu­mi in­ki­şa­fı üçün xa­rak­te­rik cə­hət­lər gö­rür və ya­zır­dı: «Bir sı­ra qə­zəl­lər­dən fərq­li ola­raq, Sa­bi­rin qə­zəl­lə­rin­də rea­liz­min üs­tün­lü­yü, feo­dal-pat­riar­xal mü­hi­tin mən­fi­lik­lə­ri­nə zə­if də ol­sa sa­ti­rik əla­qə, bə­zi yer­lər­də ic­ti­mai məz­mu­nun özü­nü gös­tər­mə­si, şəx­si­lik və ma­cə­ra­la­rı ümu­mi­ləş­dir­mək ten­den­si­ya­sı ki­mi cə­hət­lər bu qə­zəl­lər müəl­li­fi­nin gə­lə­cək­də rea­list-sa­ti­rik şe­ir yo­lu­na gə­lə­cə­yi­ni gös­tə­rir­di».
C.Xən­da­nın təd­qi­qa­tın­da ol­duq­ca qiy­mət­li bir fi­kir diq­qə­ti cəlb edir: Müəl­lif Sa­bi­rin əsər­lə­ri­nin in­qi­la­bi sa­ti­ra sə­viy­yə­si­nə yük­səl­mə­si­ni gös­tər­mək xa­ti­ri­nə heç də qə­zəl ya­ra­dı­cı­lı­ğı­nın əhə­miy­yə­ti­ni azalt­mır, ək­si­nə, bu qə­zəl­lər­də «sə­mi­mi eşq alə­min­dən bəhs olun­ma­sı», «eşq məf­hu­mu­nun yük­sək tu­tul­ma­sı» ki­mi sağ­lam, qiy­mət­li mə­ziy­yət­lər mü­şa­hi­də edir, bu key­fiy­yət­lə­ri aş­ka­ra çı­xa­rır. Bu­nun­la be­lə, mo­noq­ra­fi­ya­nın əsas prob­le­ma­ti­ka­sı­nı Sa­bir sa­ti­ra­sı­nın ide­ya mün­də­ri­cə­si, ic­ti­mai-si­ya­si ha­di­sə­lər­lə əla­qə­si, bu sa­ti­ra­da ta­ri­xi­li­yin qüv­vət­li ol­ma­sı ki­mi xü­su­siy­yət­lər təş­kil edir. Öz zə­ma­nə­sin­də baş ve­rən mü­hüm ha­di­sə­lə­rə çox həs­sas­lıq­la ca­vab ve­rən Sa­bi­rin xalq mə­na­fe­yi möv­qe­yin­də da­yan­ma­sı, ça­riz­min mil­li və qır­ğın si­ya­sə­ti­ni if­şa et­mə­si Sa­bir poe­zi­ya­sı­na xas ide­ya­lı­lı­ğın əsas cə­hət­lə­ri sa­yı­lır­dı. C.Xən­dan şai­rin ya­ra­dı­cı­lıq tə­ka­mü­lün­dən bəhs edər­kən, onun xal­qın ka­sıb, məz­lum tə­bə­qə­si­nin oya­nı­şı­na ina­mı­nı, sin­fi mü­ba­ri­zə­də ya­ra­nan ye­ni key­fiy­yət­lə­ri mə­nim­sə­di­yi­ni, kənd­li­nin tə­bə­qə­ləş­mə­si­ni dərk et­di­yi­ni ön pla­na çə­kir.
Təd­qi­qat­çı Sa­bir ya­ra­dı­cı­lı­ğı­na xas rea­liz­mi sə­ciy­yə­lən­di­rər­kən ob­yek­tiv­li­yi, si­nif­lə­rin so­sial tə­biə­ti­nin doğ­ru-dü­rüst müəy­yən edil­mə­si­ni onun baş­lı­ca mə­ziy­yət­lə­rin­dən he­sab edir. Təd­qi­qat­da Sa­bi­rin bö­yük­lü­yü bir də onun gə­lə­cə­yə ina­mı ilə, sa­ti­ra­la­rın­da müs­bət idea­lın güc­lü ol­ma­sı ilə əla­qə­lən­di­ri­lir. C.Xən­dan Lu­na­çars­ki­nin qüd­rət­li sa­ti­rik Sal­tı­kov-Şed­ri­nin sa­ti­ra­sın­da gör­dü­yü «ya­şa­yan bir idea­lı» ey­ni­lə Sa­bir­də də se­zir və qiym­tə­lən­di­rir­di: «Be­lə bir ideal Sa­bir­də var­dır. O, xal­qı­nı azad, qa­dın­la­rı­nı bə­ra­bər­hü­quq­lu, ha­mı­nı sa­vad­lı gör­mək is­tə­yir­di». Əl­bət­tə, şai­rin es­te­tik idea­lı­nın bu məz­mun­da müəy­yən edil­mə­si bir qə­dər ümu­mi və sxe­ma­tik­dir; la­kin sa­ti­ra­da, tən­qi­di rea­list ədə­biy­yat­da müs­bət ideal­dan bəhs açıl­ma­sı­nın özü Sa­bir ədə­bi ir­si­nin təd­qi­qin­də müəy­yən me­to­do­lo­ji irə­li­lə­yi­şin əla­mə­ti idi.
C.Xən­dan Cə­nu­bi Azər­bay­can möv­zu­sun­da qiy­mət­li sə­nət nü­mu­nə­lə­ri ya­ra­dan, İran­da baş ve­rən ha­di­sə­lə­ri əsl və­tən­pər­vər ki­mi qiy­mət­lən­di­rən və mü­da­fiə edən Sa­bir ir­si­nə çox yük­sək qiy­mət ve­rir. O, Sa­bi­rin in­qi­la­ba, in­qi­lab­çı­la­ra rea­list mü­na­si­bə­ti­ni bü­tün tə­fər­rüa­tı ilə işıq­lan­dır­maq üçün rəs­mi döv­lət sə­nəd­lə­rin­dən, İran in­qi­la­bı­nın rəh­bər­lə­ri Sət­tar xan­la Ba­ğır xa­nın şü­caət­lə­ri­ni tə­rən­nüm edən şeir­lə­rin­dən ge­niş, ət­raf­lı bəhs edir. Müəl­lif, Sa­bir­də fa­na­tiz­mi, ya­lan­çı ru­ha­ni­lə­ri tən­qi­di­nin bur­jua-mül­kə­dar qu­ru­lu­şu­nun tən­qi­di ilə əla­qə­li ol­du­ğu üçün bö­yük ic­ti­mai-si­ya­si əhə­miy­yət kəsb et­di­yi­ni gös­tə­rir.
C.Xən­dan şai­rin qa­dın azad­lı­ğı uğ­run­da mü­ba­ri­zə­si mə­sə­lə­si­ni də mü­fəs­səl və ay­rı­ca iş­lə­miş­dir. Qa­dın prob­le­min­də müx­tə­lif ide­ya-es­te­tik cə­rə­yan­la­ra mən­sub şair­lə­rin gö­rüş­lə­ri­ni mü­qa­yi­sə­li təh­lil edən müəl­lif, o za­man­kı döv­ri mət­bua­tın zən­gin fak­tik ma­te­ria­lı əsa­sın­da Sa­bi­rin ey­ni möv­zu­da­kı şeir­lə­ri­nin ide­ya kəs­kin­li­yi­ni bu prob­le­mə mü­tə­rəq­qi cəb­hə­nin ay­dın mü­na­si­bə­ti­nin ifa­də­si ki­mi mə­na­lan­dı­rır.
Mə­lum­dur ki, Sa­bir ru­ha­ni­lə­rin na­qis əməl­lə­ri­ni if­şa et­sə də, di­nin əsas ma­hiy­yə­ti­nə to­xun­mur­du. An­caq, təəs­süf ki, C.Xən­da­nın, elə­cə də Sa­bi­rin bü­tün di­gər təd­qi­qat­çı­la­rı­nın əsər­lə­rin­də şai­rin ateiz­mi haq­qın­da şi­şir­dil­miş, bir­tə­rəf­li hökm­lər ve­ril­miş­dir.
Mo­noq­ra­fi­ya­da Sa­bir poe­zi­ya­sı­nın mün­də­ri­cə­si ilk də­fə in­qi­la­bi-sa­ti­rik plan­da ge­niş şə­kil­də işıq­lan­dı­rıl­mış­dır. La­kin mün­də­ri­cə müəy­yən möv­zu­lar üz­rə sə­ciy­yə­lən­di­ril­di­yin­dən, bu da tə­bii ola­raq, Sa­bir poe­zi­ya­sı­nın ide­ya zən­gin­li­yi­nin onun bü­tün bə­dii zən­gin­li­yi ilə vəh­dət­də araş­dı­rıl­ma­sı­na ma­ne ol­muş­dur. C.Xən­dan «Sa­bir nə­yi tən­qid et­miş­dir?» sua­lı­na ca­vab ver­sə də ne­cə tən­qid et­mə­si və bu tən­qi­din es­te­tik mün­də­ri­cə­si ki­mi mü­hüm mə­sə­lə­lər təd­qi­qat­dan kə­nar­da qal­mış­dır ki, təd­qi­qat­da mə­sə­lə­lə­rin bu şə­kil­də qo­yu­lu­şu, əs­lin­də o vax­tın ədə­bi-es­te­tik fik­ri­nin sə­ciy­yə­si ilə bi­la­va­si­tə əla­qə­dar idi.
Mo­noq­ra­fi­ya­da Sa­bir şei­ri­nin dil xü­su­siy­yət­lə­ri də təd­qiq olun­muş­dur. Müəl­lif, Sa­bi­rin şe­ir di­li ilə da­nı­şıq di­li ara­sın­da­kı uy­ğun­suz­lu­ğu ara­dan qal­dır­maq üçün tip­lə­rə gö­rə «dil ya­rat­dı­ğı­nı» mi­sal­lar­la sü­bu­ta ye­tir­miş­dir. Onun fik­rin­cə, «di­lin oy­naq­lı­ğı, axı­cı­lı­ğı və rit­mik­li­yi­ni tə­min et­mək üçün Sa­bir şei­rin for­mal cə­hət­lə­ri­nə də çox fi­kir ve­rir. Onun ya­ra­dı­cı­lı­ğın­da məz­mun for­ma­ya yox, ək­si­nə, for­ma məz­mu­na ta­be et­di­ri­lir». Ti­pin nitq va­si­tə­si­lə, həm­çi­nin şai­rin mü­na­si­bə­ti­ni bil­di­rən ifa­də­lər­lə sə­ciy­yə­lən­di­ril­mə­si də ət­raf­lı araş­dı­rıl­mış­dır...
Ü­mu­miy­yət­lə, C.Xən­dan 1930-40-cı il­lər­də M.Ə.­Sa­bir ya­ra­dı­cı­lı­ğı ilə cid­di məş­ğul olan təd­qi­qat­çı­lar­dan bi­ri ol­muş­dur. O, bir tə­rəf­dən Sa­bi­rə mə­qa­lə­lər həsr edir, di­gər tə­rəf­dən də ali mək­təb­lər üçün ha­zır­la­dı­ğı «XX əsr Azər­bay­can ədə­biy­ya­tı» dərs­li­yin­də Sa­bir ya­ra­dı­cı­lı­ğın­dan ge­niş bəhs açır­dı. Hə­min dərs­li­yin ye­ni nəş­rin­də isə M.Ə.­Sa­bir haq­qın­da oçerk əsas­lı şə­kil­də iş­lə­nə­rək xey­li mü­kəm­məl­ləş­di­ril­miş­dir.
A­zər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı bu işin müəy­yən bir his­sə­si­ni 1940-cı il­lər­dən eti­ba­rən gör­mə­yə baş­la­dı. Bö­yük Və­tən Mü­ha­ri­bə­si il­lə­rin­də Sa­bir ədə­biy­yat­şü­nas­lı­ğı­mı­zın tez-tez mü­ra­ciət et­di­yi klas­sik­lər­dən idi. Döv­rün tə­lə­bi­nə uy­ğun ola­raq, bu il­lər­də ədə­biy­yat­şüns­lıq klas­sik ir­sin müa­sir­li­yə ca­vab ve­rən tə­rəf­lə­ri­ni - və­tən­pər­vər­lik və qəh­rə­man­lıq ide­ya­la­rı­nı ön pla­na çə­kir­di. Be­lə bir şə­rait­də Sa­bir haq­qın­da ədə­bi-tən­qi­di ma­te­rail­lar­da və­tən­pər­vər­lik, mil­li-azad­lıq hə­rə­ka­tı­nın ini­ka­sı, müs­təm­lə­kə­çi­li­yə və müt­lə­qiy­yə­tə qar­şı mü­ba­ri­zə prob­lem­lə­ri mü­hüm yer tu­tur­du. Be­lə təd­qi­qat is­ti­qa­mə­ti ədə­biy­yat­şü­nas Cə­fər Xən­da­nın Sa­bi­rə həsr et­di­yi mü­ha­ri­bə döv­rü mə­qa­lə­lə­ri üçün də xa­rak­te­rik idi. Müəl­lif «Sa­bir və İran­da de­mok­ra­tik hə­rə­kat» möv­zu­sun­da sil­si­lə mə­qa­lə­lə­rin­də Sa­bi­rin İran­da mil­li-azad­lıq və de­mok­ra­tik hə­rə­ka­tı ar­dı­cıl ola­raq iz­lən­mə­si­ni, ir­ti­ca­nın azad­lıq uğ­run­da mü­ba­ri­zə­yə qalx­mış in­san­la­ra qar­şı fit­nə­lə­ri­ni, şah ha­ki­miy­yə­ti­nin im­pe­ria­list­lər­lə bir­lə­şib azad­lıq hə­rə­ka­tı­nı boğ­maq cəhd­lə­ri­ni aman­sız sa­ti­ra atə­şi­nə tut­ma­sı­nı onun poe­zi­ya­sı­nın əhə­miy­yət­li ide­ya­la­rın­dan sa­yır­dı. Mə­qa­lə­lər­də ha­be­lə «Mol­la Nəs­rəd­din» və «Hop­hop­na­mə»­nin İran­da ya­yıl­ma­sı, Sa­bir ir­si­nin İran və Cə­nu­bi Azər­bay­can ədə­biy­ya­tı­na, xü­su­si­lə rea­list şei­rə tə­si­ri, Sa­bir şeir­lə­ri­nin fars­ca­ya tər­cü­mə­si ki­mi ak­tual mə­sə­lə­lər də irə­li sü­rül­müş və ay­dın­laş­dı­rıl­mış­dır. C.Xən­da­nın təd­qi­qa­tın­da mü­hüm ye­ni­lik bir də on­da­dır ki, o, Sa­bir şei­ri­nin İran de­mok­ra­tik ədə­biy­ya­tı­na tə­si­ri­ni bə­zi konk­ret nü­mu­nə­lər əsa­sın­da (M.E­ti­mad, S.Ə.­Gi­la­ni) gös­tə­ril­miş­dir. Cə­fər Xən­dan xalq şai­ri­nin və­fa­tı­nın 35-il­li­yi ilə əla­qə­dar yaz­dı­ğı «Sa­bir və Şərq» mə­qa­lə­sin­də Sa­bi­rin tə­sir dai­rə­si­ni da­ha ge­niş miq­yas­da aç­ma­ğa tə­şəb­büs et­miş­dir.
Pro­fes­sor C.X.Ha­cı­yev həm də ilk də­fə ola­raq Sa­bi­rin klas­sik­lər­lə, xü­su­sən də, Fü­zu­li ir­si ilə əla­qə­lə­ri­nə da­ir düz­gün mü­la­hi­zə­lər­lə çı­xış et­miş­dir. Sa­bi­rin bir ne­çə pa­ro­di­ya­sı­nı nə­zər­dən ke­çi­rən müəl­lif bu əsər­lər­də onun öz bö­yük sə­lə­fi Fü­zu­li­dən bəh­rə­lən­mək­lə ye­ni, si­ya­si cə­hət­dən kə­sər­li şeir­lər ya­ra­da bil­di­yi­ni ay­dın­laş­dır­mış­dır. C.Xən­dan doğ­ru qeyd et­miş­dir ki, «Sa­bir Fü­zu­li­dən sə­nət­kar­lıq yo­lu­nu, ürək­lə­rə yol ta­pa bil­mək sir­ri­ni, ya­ra­dı­cı­lı­ğın­da ori­ji­nal­lı­ğın əhə­miy­yə­ti­ni öy­rən­miş­dir.
1960-cı il­lə­rin əv­vəl­lə­rin­də pro­fes­sor Cə­fər Xən­da­nın M.Ə.­Sa­bir ya­ra­dı­cı­lı­ğı­nın sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri haq­qın­da ge­niş təd­qi­qa­tı sa­bir­şü­nas­lıq­da irə­li­yə doğ­ru atı­lan mü­hüm ad­dım­lar­dan bi­ri ol­muş­dur. O vax­ta qə­dər, pro­fes­sor C.Xən­da­nın özü­nün də qeyd et­di­yi ki­mi, «Sa­bir­şü­nas­la­rın ço­xu bu ya­ra­dı­cı­lı­ğı­nın təh­li­li­ni... əsa­sən ide­ya is­ti­qa­mə­ti­nə gö­rə apar­mış, «Hop­hop­na­mə»­si­nin bə­dii də­yə­rin­dən ötə­ri da­nış­mış­lar...».
C.Xən­dan bu əsə­ri ilə xal­qın bö­yük şai­ri­nin ecaz­kar, öz za­ma­nın­da mis­li-bə­ra­bə­ri ol­ma­yan hə­mi­şə­ya­şar ir­si­nin zən­gin sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­ni tam əha­tə et­mə­yi qar­şı­sı­na məq­səd qoy­ma­sa da, onun poe­ti­ka­sı, ya­ra­dı­cı­lıq ten­den­si­ya­sı, if­şa üsul­la­rı, folk­lor­dan və xalq di­lin­dən is­ti­fa­də­si və s. ki­mi mə­sə­lə­lər­dən ilk də­fə mü­fəs­səl bəhs et­miş, ge­niş ide­ya-bə­dii təh­lil­lər apar­mış­dır.
C.Xən­dan Sa­bir şeir­lə­ri­ni bə­dii-şək­li cə­hət­dən təd­qiq edər­kən əsər­lə­rin sü­jet-kom­po­zi­si­ya, bə­dii dil, mə­caz­lar sis­te­mi və baş­qa xü­su­siy­yət­lə­ri ba­xı­mın­dan araş­dır­ma­ğa ça­lış­mış və şai­rin «sü­jet qur­maq» prin­si­pi­ni ön pla­na çək­miş­dir. O, nü­mu­nə­lər gə­tir­mək­lə inan­dır­ma­ğa ça­lış­mış­dır ki, Sa­bi­rin sü­jet­li şeir­lə­ri sü­jet xət­ti ba­xı­mın­dan sa­də ol­du­ğu qə­dər də zən­gin və çox­mə­na­lı­dır.
«...Sa­ti­ra­lar­da bə­dii mü­qəd­di­mə, dü­yü­nün bağ­la­nıb açıl­ma­sı, kul­mi­na­si­ya nöq­tə­si­nə çat­dı­rıl­ma­sı, nə­ha­yət, nə­ti­cə­də məq­sə­din iza­hı...çox sa­də, yığ­cam­dır».
Təd­qi­qat­da Sa­bi­rin konk­ret əsər­lə­ri­nin tim­sa­lın­da möv­zu və tip­seç­mə prin­si­pi, üs­lub sa­də­li­yi, müa­sir­lik və ak­tual­lıq, mən­ti­qi əla­qə­lər ki­mi həm ide­ya, həm də poe­ti­ka prob­lem­lə­ri mə­ha­rət­lə əla­qə­lən­di­ri­lib ge­niş təh­lil olun­muş­dur. Müəl­lif Sa­bi­rin möv­zu və tip­lər alə­mi­nin, tip və port­ret ya­rat­maq üsul­la­rı­nın zən­gin və rən­ga­rəng­li­yi, bun­la­rı şərt­lən­di­rən amil­lər və s. haq­qın­da el­mi mü­la­hi­zə­lər söy­lə­miş, üs­lub sa­də­li­yi, müa­sir­lik və ak­tual­lıq ki­mi poe­tik prin­sip­lə­ri Sa­bir sə­nət­kar­lı­ğı­nın baş­lı­ca mə­ziy­yət­lə­ri ki­mi əsas­lan­dır­mış­dır.
Mo­noq­ra­fi­ya­da müəl­lif ob­raz­lı tə­fək­kü­rün təs­vir-ifa­də va­si­tə­lə­ri, üs­lub fi­qur­la­rı ki­mi for­ma­la­rı­nın Sa­bir ya­ra­dı­cı­lı­ğın­da tə­za­hü­rü is­ti­qa­mət­lə­ri­ni də ət­raf­lı araş­dır­mış, şai­rin sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri haq­qın­da ge­niş tə­səv­vür ya­rat­ma­ğa na­il ol­muş­dur. Sa­bir şei­ri­nin ilk ba­xış­da «xır­da» gö­rü­nən və nə­zə­rə çarp­ma­yan, la­kin də­rin mə­na kəsb edən in­cə­lik­lə­ri təd­qiq edil­miş­dir. M.Ə.­Sa­bir rea­list şei­rin­də ki­na­yə, tərz, ey­ham, bə­dii tə­yin, epi­tet, mü­ba­li­ğə, tək­rir və onun növ­lə­ri, tə­zad, həm­cins üzv­lər, on­la­rın müx­təl­fi ça­lar­la­rı, ha­be­lə mə­ca­zın di­gər növ­lə­ri konk­ret nü­mu­nə­lər­lə şərh və təh­lil edi­lir. Əsər­də apa­rı­lan təh­lil­lər­dən ay­dın olur ki, bü­tün bu təs­vir va­si­tə­lə­ri Sa­bir sa­ti­ra­la­rın­da gə­li­şi­gö­zəl iş­lə­dil­mə­miş, bun­lar tən­qid və if­şa ob­yekt­lə­ri­nin mə­nə­vi və za­hi­ri ey­bə­cər­lik­lə­ri­nin ifa­də­si üçün tu­tar­lı va­si­tə­yə çev­ril­miş­dir. C.Xən­dan bu­ra­da həm­çi­nin klas­sik ədə­biy­ya­tı­mız­da­kı möv­cud sti­lis­tik fi­qur­la­rın (rü­cu, tək­rir, tə­zad və s.) Sa­bir ya­ra­dı­cı­lı­ğın­da nə­zə­rə çar­pa­caq ye­ni­lik kəsb et­di­yi­ni, baş­qa söz­lə, Sa­bi­rin bu sa­hə­də də «ə­də­bi ənə­nə­lər­dən ay­rıl­maq­la ori­ji­nal ya­ra­dı­cı­lıq yo­lu tut­du­ğu­nu ay­dın­laş­dı­rır».
«Sa­bir ya­ra­dı­cı­lı­ğı­nın sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri» mo­noq­ra­fi­ya­sı­nın ma­raq do­ğu­ran prob­lem­lə­rin­dən bi­ri Sa­bir ro­man­ti­ka­sı­nın təd­qi­qi­dir. Təəs­süf ki, C.Xən­da­na qə­dər ədə­biy­ya­tı­mız­da müəy­yən möv­qe­yi olan bö­yük sə­nət­kar­la­rın, o cüm­lə­dən Sa­bi­rin də ya­ra­dı­cı­lı­ğın­da ro­man­ti­ka, ro­man­tik mo­tiv­lər, rea­lizm və ro­man­tizm ədə­bi cə­rə­yan­la­rı ara­sın­da qar­şı­lıq­lı əla­qə və tə­sir mə­sə­lə­lə­ri əsas­lı və cid­di şə­kil­də öy­rə­nil­mə­miş­dir. Bu­na gö­rə də, C.Xən­dan öz təd­qi­qa­tın­da Sa­bir ya­ra­dı­cı­lı­ğın­da ro­man­ti­ka mə­sə­lə­si­ni xü­su­si ola­raq araş­dır­ma­ğa ça­lı­şır. Müəl­lif Xalq şai­ri S.Vur­ğu­na əsas­la­na­raq de­yir ki, «ən qüv­vət­li rea­list sə­nət­kar­lar­da yük­sək ya­ra­dı­cı­lıq xə­ya­lı və ro­man­ti­ka olur. Əsl sə­nət əsə­rin­də bun­lar ay­rıl­maz vəh­dət təş­kil edir».
C.Xən­dan ha­di­sə­lə­rin ma­hiy­yə­ti­ni «bu­gün­kü hə­yat­dan» təc­rid edil­miş şə­kil­də təs­vir edən ro­man­tik­lər­dən fərq­li ola­raq Sa­bir ro­man­ti­ka­sı­nı... ye­ni təs­diq, köh­nə­ni in­kar­dan do­ğan» bir ro­man­ti­ka ad­lan­dı­rır. Müəl­lif Sa­bir ya­ra­dı­cı­lı­ğın­da­kı bü­tün şeir­lər­də ro­man­ti­ka ax­tar­mır. O, doğ­ru ola­raq ro­man­ti­ka­nı elə şeir­lər­lə bağ­la­yır ki, on­lar pro­le­ta­ria­tın konk­ret ta­ri­xi mü­ba­ri­zə­si və onun ta­ma­mi­lə re­al gö­rü­nən qa­lib gə­lə­cə­yi ilə bağ­lı­dır. Sa­bir şeir­lə­ri­ni təc­rid olun­muş hal­da de­yil, Ha­di, Şa­iq, Səh­hət ki­mi ro­man­tik­lə­rin ya­ra­dı­cı­lı­ğın­da müx­tə­lif möv­zu­lu mə­sə­lə­lə­rin qo­yu­lu­şu, ma­hiy­yə­ti ilə mü­qa­yi­sə­li şə­kil­də təh­lil et­mə­si müəl­li­fə öz qə­naət­lə­ri­ni da­ha də­rin­dən əsas­lan­dır­maq im­ka­nı ver­miş­dir. Bu təh­lil və mü­qa­yi­sə­lər­dən təd­qi­qat­çı­nın çı­xar­dı­ğı baş­lı­ca nə­ti­cə­lər bun­lar­dır: Bö­yük rea­list şa­ir zə­ma­nə­nin də­yi­şə­cə­yi­nə, azad­lı­ğın bər­qə­rar ola­ca­ğı­na qə­ti şə­kil­də ina­nır. M.Ha­di, A.­Səh­hət, A.­Şair ki­mi ro­man­tik­lər­də gə­lə­cə­yin xoş sə­da­sı müs­bət niy­yət və mü­tə­rəq­qi xə­yal­dan do­ğur­sa, rea­list Sa­bir­də xoş­bəxt gə­lə­cə­yin ciz­gi­lə­ri re­al hə­qi­qət ki­mi təs­vir olu­nur. Əgər ro­man­tik­lər «əs­li ol­ma­yan is­tiq­ba­lı» tə­rən­nüm edir­di­lər­sə, rea­list Sa­bir əla­mət­lə­ri bu gün tə­za­hür edən, özü­nü gös­tə­rən hə­qi­qi is­tiq­ba­lı əks et­di­rir­di.
C.Xən­dan Sa­bir sə­nət­kar­lı­ğı­nı bir də onun folk­lor­dan və can­lı xalq ifa­də­lə­rin­dən is­ti­fa­də is­ti­qa­mə­tin­də araş­dır­mış­dır. De­mə­li­yik ki, hə­lə 1940-cı il­də çap et­dir­di­yi «M.Ə.­Sa­bir» mo­noq­ra­fik əsə­rin­də C.Xən­dan Sa­bir və folk­lor mə­sə­lə­si­nə to­xun­muş­dur. Bu­ra­da isə müəl­lif mə­sə­lə­ni da­ha də­rin­dən iş­lə­yib cid­di el­mi nə­ti­cə­lə­rə gəl­miş­dir. Xal­qa, onun tə­fək­kü­rü və bə­dii fik­ri­nə bağ­lı­lı­ğı­nı öz xəl­qi­lik möv­qe­yin­dən izah edən müəl­lif, bu cə­hə­ti klas­sik­lər üçün əsas me­yar he­sab et­miş­dir və Sa­bi­rin də öz xal­qı­nın şai­ri və bö­yük mil­li zə­mi­ni olan sə­nət­kar ki­mi ye­tiş­mə­si­ni bu­nun­la izah et­miş­dir.
C.Xən­da­nın nü­mu­nə və təh­lil­lər­lə əsas­lan­dır­dı­ğı fi­kir­lə­rin­dən bi­ri də bu­dur ki, folk­lor ay­rı­lıq­da kol­lek­tiv ya­ra­dı­cı­lı­ğın məh­su­lu ol­sa da, onun ilk özü­lü­nü ay­rı-ay­rı fərd­lər ya­ra­dır. Bu mə­na­da müəl­lif Sa­bi­rin xalq ya­ra­dı­cı­lı­ğı­na çox qiy­mət­li əla­və­lər et­di­yi­ni gös­tə­rir, bir növ, şai­rin bə­zi de­yim­lə­ri­ni «folk­lor­laş­dı­ğı» fik­ri­ni irə­li sü­rür. Bu fik­rin iza­hı üçün C.Xən­dan Sa­bi­rin ar­tıq zərb-mə­səl ki­mi xalq «tə­fək­kü­rü­nə» əbə­di da­xil ol­muş «Mən ge­dər­səm­sə, mə­ra­mım ye­nə dün­ya­da du­rar», «Mən gü­nə­şi göy­də da­na bil­mi­rəm» ki­mi afo­rizm­lə­ri­ni mi­sal gə­ti­rir.
Be­lə­lik­lə, Cə­fər Xən­da­nın bu təd­qi­qa­tın­da dün­ya­nın, ic­ti­mai ger­çək­li­yin bə­dii dər­ki, şai­rin özü­nə­məx­sus­lu­ğu, onu mək­tə­bin ba­ni­si sə­viy­yə­si­nə qal­dı­ran sə­nə­tar­lıq cə­hət­lə­ri də­rin­dən təh­lil və təd­qiq edil­miş­dir. Müəl­lif öz təd­qi­qa­tın­da Sa­bir sə­nət­kar­lı­ğı­nın ma­hiy­yə­ti­ni üzə çı­xar­ma­ğa im­kan ve­rən bə­dii ciz­gi­lə­ri bü­tün in­cə­lik­lə­ri ilə araş­dı­rır və onun ümu­mi bə­dii sis­te­mi­ni tam şə­kil­də təq­dim edə bi­lir.