Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Nisə BƏYİM
,,ÜRƏK“ SİMFONİYASI
Poema


Hü­seyn­ba­la Mİ­RƏ­LƏ­MOV
QUM­RU YU­MUR­TA­LA­RI
Povest


Yafəs TÜRKSƏS
Fəxrəddin ƏSƏD


Əlizadə NURİ
Ələskər HƏSƏNLİ


Elçin HÜSEYNBƏYLI
QAÇAQ QOCALAR
İki hissəli pyes


Zaur QULİYEV
Mirsəyyaf ZAMANLI
İSA SEVƏR


Kamran NƏZİRLİ
İki hekayə


Feyziyyə
Vüsal NURİ
Xəyalə SEVİL


Sə­ki­nə MAQ­SUD
İ­SA MU­ĞAN­NA: BƏ­Dİİ SÖ­ZÜN BÖ­YÜK YA­RA­DI­CI­SI


GÖR­KƏM­Lİ SA­BİR­ŞÜ­NAS


Za­man ƏS­GƏR­Lİ
KÖ­NÜL­LƏ­RİN FA­TE­Hİ - ƏH­MƏD YƏ­SƏ­Vİ


Di­la­rə MƏM­MƏ­DO­VA
NƏ­CƏF­BƏY VƏ­Zİ­RO­VUN “PA­LID” ƏSƏ­Rİ


TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ
 

Za­man ƏS­GƏR­Lİ
KÖ­NÜL­LƏ­RİN FA­TE­Hİ - ƏH­MƏD YƏ­SƏ­Vİ


 

Bü­tün Türk dün­ya­sın­da bö­yük şeyx, ila­hi eşq fə­dai­si və ye­ni tə­ri­qət ba­ni­si ki­mi se­vi­lən, adı­na və tə­li­mi­nə səc­də edi­lən Xo­ca Əh­məd Yə­sə­vi bə­şər si­vi­li­za­si­ya­sı­nın, mə­nə­vi tə­ka­mü­lün in­ki­şa­fı­nı sü­rət­lən­di­rən na­dir fi­kir dü­ha­sı, qüd­rət sa­hi­bi­dir. Mü­səl­man su­fiz­mi­nin qə­dim türk-şa­man mə­də­niy­yə­ti­nə sin­tez yo­lu ilə zən­gin­ləş­di­ril­mə­si, da­ha doğ­ru­su, ilk mü­səl­man türk tə­ri­qə­ti­nin tə­si­si bir­ba­şa onun adı və fəa­liy­yə­ti ilə bağ­lı­dır.
Sə­da­qət­li aşiq, mü­qəd­dəs eşq yol­çu­su olan Əh­məd Yə­sə­vi ey­ni za­man­da ürək­lər fəth edən Mə­şuq­dur. O, də­li­cə­si­nə se­vir və sək­kiz yüz il­dən ar­tıq­dır ki, də­li­cə­si­nə se­vi­lir. Bu sev­gi­nin nə­ti­cə­si­dir ki, Xo­ca­nın mə­nə­vi hə­ya­tı hə­lə də da­vam edir, əməl­lə­ri haq­qın­da əf­sa­nə­lər, rə­va­yət­lər dü­zə­lir. Alim­lər Yə­sə­vi­nin ömür yo­lu haq­qın­da söh­bət açar­kən ta­ri­xi sə­nəd­lər­lə bə­ra­bər hə­min rə­va­yət­lə­rə də söy­kən­miş­lər. On­la­rın bil­dir­di­yi­nə gö­rə Əh­məd Yə­sə­vi 1103-cü il­də Or­ta Asi­ya­nın Sey­ram (bə­zi mən­bə­lə­rə gö­rə Sey­raş) şə­hə­rin­də ru­ha­ni ai­lə­sin­də do­ğul­muş­dur. Ata­sı Şeyx İb­ra­him döv­rü­nün gör­kəm­li tə­ri­qət baş­çı­sı, ana­sı Ayi­şə isə məş­hur din ali­mi Şeyx Mu­sa­nın qı­zı ol­muş­dur.1 Təx­mi­nən 6-7 ya­şı olan­da ata-ana­sı­nı iti­rən Əh­məd bö­yük ba­cı­sı ilə qal­mış­dır. Bun­dan son­ra Yə­si şə­hə­ri­nə köç­müş, ilk təh­si­li­ni bu­ra­da məş­hur şeyx Ars­lan Ba­ba­dan al­mış­dır. Us­ta­dı­nın və­fa­tın­dan son­ra Bu­xa­ra, İs­fa­han, Sə­mər­qənd ki­mi şə­hər­lə­rə ge­də­rək, o döv­rün məş­hur alim­lə­rin­dən fiqh (hü­quq), hə­dis elm­lə­ri­ni və şə­riə­ti öy­rən­miş, din ali­mi ki­mi ta­nın­mış­dır. La­kin tez­lik­lə di­ni elm­lər­dən uzaq­la­şıb tə­ri­qət yo­lu­nu tut­muş, məş­hur su­fi ali­mi Yu­sif Hə­mə­da­ni­dən dərs ala­raq tə­səv­vüf el­mi­nə yi­yə­lən­miş və bö­yük su­fi ki­mi məş­hur­laş­mış­dır.
Yu­sif Hə­mə­da­ni­nin ölü­mün­dən son­ra Əh­məd Yə­sə­vi bir müd­dət Bu­xa­ra­da ya­şa­ya­raq, mür­şi­di­nin xə­li­fə­si ol­muş, təx­mi­nən 50 yaş­la­rın­da Yə­si şə­hə­ri­nə qa­yı­dıb öz tə­li­mi­ni yay­ma­ğa baş­la­mış­dır. Bu tə­li­mə gö­rə var­lı­ğın əsa­sı və Tan­rı­ya qo­vuş­ma­ğın ye­ga­nə yo­lu eşq­dir. Hə­qi­qi iman eş­qin məh­su­lu­dur; za­hid­lik və abid­lik Al­lah­la bir­ləş­mə­yin - vəh­də­tə çat­ma­ğın yo­lu de­yil:

Za­hid ol­ma, abid ol­ma, aşiq ol sən,
Möh­nət çə­kib eşq yo­lun­da sa­diq ol sən,
Nəf­si tə­pib, dər­ga­hı­na la­yiq ol sən,
Eşq­siz­lə­rin həm ca­nı yox, ima­nı yox.

Qüd­rət­li bir şeyx ki­mi ta­nı­nan və yüz­lər­lə mü­ri­di olan Əh­məd Yə­sə­vi sa­də bir hə­yat ke­çir­miş­dir; o, tax­ta qa­şıq dü­zəl­dən us­ta ol­muş­dur. De­yi­lə­nə gö­rə, “Xo­ca dü­zəlt­di­yi qa­şıq­la­rı hey­bə­yə yı­ğıb ökü­zün üs­tü­nə qo­yur, ökü­zü də ba­za­ra ötü­rür­müş. Qa­şıq al­maq is­tə­yən­lər hey­bə­dən qa­şı­ğı gö­tü­rüb, ye­ri­nə pu­lu­nu qo­yur­muş­lar. Qa­şı­ğı gö­tü­rüb pu­lu­nu ver­mə­yən ada­mı öküz tə­qib edər, qa­şı­ğın pu­lu­nu al­ma­yın­ca o adam­dan əl çək­məz­miş” (F. Ba­yat).
Mə­həm­məd Pey­ğəm­bə­ri bö­yük mə­həb­bət­lə se­vən Əh­məd Yə­sə­vi bu mə­həb­bət və sə­da­qə­tin rəm­zi ola­raq “öm­rü­nün 63-cü ba­ha­rı­nı yo­la sa­lan­dan son­ra tək­kə­si­nin qa­ba­ğın­da də­rin qu­yu qaz­dı­rıb, hə­ya­tı­nın qa­lan his­sə­si­ni hə­min qu­yu­da otu­rub Al­la­ha dua et­mək­lə ke­çir­miş­dir.” Xo­ca 1167-ci il­də Yə­si şə­hə­rin­də dün­ya­sı­nı də­yiş­miş və bu it­ki türk­lər üçün bö­yük ma­tə­mə çev­ril­miş­dir. Onu öz tək­kə­si­nin ya­nın­da dəfn et­miş, mə­za­rı üzə­rin­də ki­çik bir tür­bə ti­kil­miş­dir. XIV əsrdə Əmir Tey­mur hə­min tür­bə­ni sök­dü­rə­rək ye­rin­də möh­tə­şəm bir abi­də ucalt­mış­dır. Bu məq­bə­rə­nin yer­ləş­di­yi Tür­küs­tan şə­hə­ri xalq ara­sın­da ki­çik Mək­kə sa­yı­lır və mö­min­lər ara­sın­da Əh­məd Yə­sə­vi­nin mə­za­rı­nı iki də­fə zi­ya­rət et­mək Həcc zi­ya­rə­ti­nə bə­ra­bər tu­tu­lur.
XII əsr­dən baş­la­ya­raq adı bü­tün türk el­lə­rin­də bö­yük sev­gi və həd­siz say­ğı­lar­la çə­ki­lən mü­qəd­dəs eşq fə­dai­si, tə­səv­vüf-ir­fan aşi­qi və kə­ra­mət yi­yə­si Xo­ca Əh­məd Yə­sə­vi həm də qüd­rət­li bir söz us­ta­dı-şair­dir. Elə bu­na gö­rə Yə­sə­vi Azər­bay­can­da ic­ti­mai-fəl­sə­fi dü­şün­cə təd­qi­qat­çı­la­rı ilə bə­ra­bər, bəl­kə on­lar­dan da­ha çox, söz sə­nə­ti araş­dı­rı­cı­la­rı­nın diq­qə­ti­ni cəlb et­miş, ədə­biy­yat­şü­nas alim­lər Xo­ca­nın poe­tik dün­ya­sı, bə­dii ir­si və Tür­kün ədə­biy­yat ta­ri­xin­də möv­qe­yi ba­rə­sin­də dür­lü fi­kir­lər söy­lə­miş­lər. Hə­lə XX yü­zi­lin əv­və­lin­də məş­hur şa­ir-fi­lo­sof Əli bəy Hü­seyn­za­də (1864-1940) özü­nün “Türk­lər kim­dir və kim­lər­dən iba­rət­dir?” əsə­rin­də Əmir Tey­mu­run “türk mə­də­niy­yə­ti­nə et­di­yi xid­mət­lə­ri” xa­tır­la­dar­kən, çox eh­ti­mal ki, bu qüd­rət­li hökm­da­rın tik­dir­di­yi Əh­məd Yə­sə­vi tür­bə­si­ni də nə­zər­də tut­muş­dur. (Bax: Əli bəy Hü­seyn­za­də. Se­çil­miş əsər­lə­ri. B., 2007, s. 517).
Hə­min əs­rin 20-ci il­lə­rin­dən Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğın­da Yə­sə­vi­nin adı tez-tez çə­ki­lir və bu iş­də bi­rin­ci­lik qa­za­nan məş­hur ədə­biy­yat araş­dı­rı­cı­sı Sal­man Müm­taz olur. O, 1923-cü il­də “Maa­rif və Mə­də­niy­yət” jur­na­lın­da çap et­dir­di­yi “Türk­mən şair­lə­ri” mə­qa­lə­sin­də türk­mən­lə­rin “av­ro­pa­lı­la­rı məf­tun edən müq­tə­dir və fə­zi­lət­li şair­lə­ri”­ni sa­da­la­yar­kən bi­rin­ci yer­də Yə­sə­vi­nin adı­nı gös­tə­rə­rək, onu Azər­bay­can türk­lə­ri­nə ta­nıt­ma­ğı va­cib sa­yır. Üç il son­ra “Kom­mu­nist” qə­ze­tin­də çap et­dir­di­yi “Ə­də­biy­ya­tı­mız­da Nə­vai tə­si­ri” mə­qa­lə­si­ni isə bu söz­lər­lə baş­la­yır: “Ü­mum­türk ədə­biy­ya­tın­da dörd bö­yük si­ma var­dır ki, on­la­rın haq­qın­da ki­çik-ki­çik mə­qa­lə­lər de­yil, bö­yük-bö­yük ki­tab­lar yaz­maq la­zım­dır. Çün­ki on­lar bir mə­həl­lə­nin, bir şə­hə­rin və ya­xud bir qə­za­nın şai­ri de­yil, qo­ca­man bir türk alə­mi­nin, uc­suz-bu­caq­sız türk el­lə­ri­nin şai­ri-məş­hu­ru ol­muş­lar. Bun­lar qa­za­nan adı-sa­nı baş­qa şair­lər qa­zan­ma­mış­lar.” (“Kom­mu­nist” qə­ze­ti. 1926, 4 mart, ¹ 54).
Sal­man Müm­ta­zın “ü­rək­lə­rin , kö­nül­lə­rin fa­teh­lə­ri” he­sab et­di­yi hə­min dörd sə­nət­kar-söz us­ta­dı isə bun­lar­dır: Xa­cə Əh­məd Yə­sə­vi, Se­yid İma­dəd­din Nə­si­mi, Mir Əli­şir Nə­vai, Mol­la Mə­həm­məd­ba­ğır Fü­zu­li. Bu sə­nət­kar­la­rı dün­ya ədə­biy­ya­tı­nın Qərb­də ən çox oxu­nan və se­vi­lən ko­ri­fey­lə­ri ilə mü­qa­yi­sə edən Sal­man Müm­taz ya­zır: “Zən­ni-aci­za­nə­mə gö­rə türk­dil­li bir oy­maq, ulus ta­pıl­maz ki, bu dörd bö­yük da­hi­ni ta­nı­ma­ya və şeir­lə­ri­ni də bil­mə­miş ola. Qərb­də Omi­rus (Ho­mer), Şeks­pir və Mol­yer məş­hur ol­du­ğu ki­mi Şərq­də də bun­lar elə­cə mə­ruf və məş­hur­dur­lar”.
1928-ci il­də çap olu­nan “Ə­də­biy­yat­dan iş ki­ta­bı” dərs­li­yin­də ya­zı­çı-müəl­lim Ab­dul­la Şa­iq tə­səv­vü­fün türk el­lə­rin­də ya­yıl­ma­sı­nı və türk ədə­biy­ya­tı­na tə­si­ri­ni ay­dın­laş­dı­rar­kən de­yir: “Tək­yə­lə­rin art­ma­sı və hökm­dar­la­rın bu cə­rə­ya­na (su­fi­lik cə­rə­ya­nı­na - Z.Ə.) qa­pıl­ma­sı ilə türk alə­mi­nin hər bu­ca­ğın­da dər­viş­lər və mür­şid­lər ye­ti­şə­rək bu məs­lə­ki qız­dır­ma­lı bir fəa­liy­yət­lə xalq içə­ri­sin­də in­ti­şa­ra ça­lış­dı­lar. Bu­nun nə­ti­cə­si ola­raq, Tür­küs­tan­da Əh­məd Yə­sə­vi, Ana­do­lu­da - Şeyx Cə­la­ləd­din Ru­mi, Yu­nus İm­rə, Azər­bay­can­da - Hə­sə­noğ­lu, Hə­bi­bi, Nə­si­mi və Xə­tai ki­mi bö­yük su­fi şair­lə­ri ye­tiş­di”.
La­kin bu fi­kir­lə­rin söy­lən­di­yi vaxt­dan son­ra düz bir qə­ri­nə Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğın­da Yə­sə­vi­nin adı­na, de­mək olar, ya tə­sa­düf edil­mir, ya da onun əsər­lə­rin­dən və ide­ya­la­rın­dan “mür­tə­ce fi­kir­lər” mən­bə­yi ki­mi da­nı­şı­lır. Bu ənə­nə 1960-cı il­lər­də də da­vam edir. Hə­min dövr­də “SSRİ xalq­la­rı ədə­biy­ya­tı” (B.,1966) ad­lı san­bal­lı bir dərs­lik çap et­di­rən Pə­nah Xə­li­lov ki­ta­bı­nın “Öz­bək ədə­biy­ya­tı” böl­mə­sin­də ya­zır: “XII əsrdə Əh­məd Yə­sə­vi­nin “Di­va­ni-hik­mət” ad­lı di­ni-mis­tik əsə­ri mey­da­na çı­xıb ge­niş ya­yıl­mış­dır. Bə­zi öz­bək ya­zı­çı­la­rı da (Əh­məd Yuq­na­qi, Sü­ley­man Ba­ğır­qa­ni) “Di­va­ni-Hik­mət”­dən mü­təəs­sir ola­raq di­ni məz­mun da­şı­yan əsər­lər ya­ra­dıb, Ə.­Yə­sə­vi­nin ide­ya­la­rı­nı təb­liğ et­miş­lər”. Fi­kir­lə­ri­ni öz­bək ali­mi N.M.Mol­la­ye­vin təd­qi­qat­la­rı­na is­ti­na­dən in­ki­şaf et­di­rən P. Xə­li­lov de­yir ki, Ə. Yə­sə­vi və onun da­vam­çı­la­rı “öz­lə­ri­nin sırf mür­tə­ce, bəd­bin “hik­mət­lə­ri­ni” ya­ya­raq küt­lə­nin şüu­ru­nu zə­hər­lə­mə­yə, xal­qın meyl və ar­zu­la­rı­nı, zülm və əsa­rə­tə qar­şı nif­rə­ti­ni tə­cəs­süm et­di­rən nəğ­mə­lə­ri sı­xış­dır­ma­ğa ça­lı­şır­dı­lar”. (Pə­nah Xə­li­lov. SSRİ xalq­la­rı ədə­biy­ya­tı. B, 1966, s. 250).
A­zər­bay­can ədə­biy­yat­şü­nas­la­rı­nın Yə­sə­vi şəx­siy­yə­ti­nə və ya­ra­dı­cı­lı­ğı­na el­mi ma­ra­ğı öl­kə si­ya­si müs­tə­qil­li­yi­ni bər­pa et­dik­dən son­ra fəal­laş­mış, 1993-cü ilin ma­yın­da YU­NES­KO-nun qə­ra­rı ilə bö­yük mü­tə­fək­ki­rin yu­bi­le­yi bey­nəl­xalq miq­yas­da qeyd olu­nar­kən Tür­ki­yə­nin Kay­se­ri şə­hə­rin­də ke­çi­ri­lən Mil­lət­lə­ra­ra­sı Xo­ca Əh­məd Yə­sə­vi sim­po­ziu­mu­nu dün­ya­nın müx­tə­lif iq­lim­lə­rin­dən olan ay­dın­lar­la bə­ra­bər Azər­bay­can ədə­biy­yat­şü­nas­la­rı da öz mə­ru­zə və çı­xış­la­rı ilə süs­lən­dir­miş­lər. Əziz Mi­rəh­mə­do­vun “Yə­sə­vi və yə­sə­vi­lik Azər­bay­can­da”, Bəh­lul Ab­dul­la­nın “Yə­sə­vi­lik və Azər­bay­can­da şa­man-dər­viş mə­də­niy­yə­ti” mə­qa­lə­lə­ri hə­min sim­po­zium­da­kı mə­ru­zə və çı­xış­lar əsa­sın­da ha­zır­la­na­raq mət­buat­da çap olun­muş­dur.
A­dın­dan gö­rün­dü­yü ki­mi, Ə.­Mi­rəh­mə­do­vun mə­qa­lə­sin­də yə­sə­vi­li­yin Azər­bay­can­da ya­yıl­ma­sı yol­la­rın­dan və onun öy­rə­nil­mə­si miq­ya­sın­dan söh­bət açı­lır. Alim ilk ola­raq Əh­məd Yə­sə­vi ilə Azər­bay­can klas­sik şair­lə­ri­ni: - Ni­za­mi Gən­cə­vi, Fəz­lul­lah Nəi­mi, İma­dəd­din Nə­si­mi, Mə­həm­məd Fü­zu­li, Mol­la Və­li Vi­da­di ki­mi söz us­tad­la­rı­nın əsər­lə­rin­də­ki or­taq cə­hət­lə­ri ay­dın­laş­dı­rır. Eti­raf edir ki, bü­tün var­lıq­la­rı ilə türk-is­lam dün­ya­gö­rü­şü­nün və mə­də­niy­yə­ti­nin ye­tir­mə­lə­ri olan bu şair­lə­rin dün­ya­gö­rü­şü və bə­dii əsər­lə­ri vax­ti­lə qey­ri-el­mi yol­la, bir­tə­rəf­li öy­rə­nil­miş, təd­qi­qat­çı­lar on­la­rın əsər­lə­rin­də vəsf olu­nan və Al­la­ha, Mə­həm­məd Əley­hüs­sə­la­ma, Həz­rət Əli­yə mə­həb­bət ide­ya­la­rı aşı­la­yan fi­kir­lə­ri ya ta­ma­mi­lə kə­nar­da sax­la­mış, ya da təh­rif et­miş­lər. Hal­bu­ki Ni­za­mi, Nə­si­mi, Fü­zu­li ki­mi şair­lər də Yə­sə­vi­nin mən­sub ol­du­ğu xal­qın öv­lad­la­rı­dır. On­la­rın ha­mı­sı­nın dün­ya­gö­rü­şün­də və ya­ra­dı­cı­lı­ğın­da həm kə­si­şən və çar­paz­la­şan, həm də ay­rı­lan mə­qam­lar var­dır. Kə­si­şən mə­qam­lar əc­dad, kök, gen və qan bir­li­yi ilə bağ­lı­dır. Xo­ca Əh­məd ki­mi Şeyx Ni­za­mi və Se­yid Nə­si­mi də, Fəzl və Mol­la Mə­həm­məd Bağ­da­di də ilk növ­bə­də türk, son­ra mü­səl­man, da­ha son­ra su­fi­dir­lər. On­la­rın ha­mı­sı Tan­rı­nın ya­ra­dı­cı qüd­rə­ti­nə və tək­li­yi­nə ina­nır; əsər­lə­rin­də is­lam­la bə­ra­bər büt­pə­rəst­lik, zər­düş­ti­lik, xris­tian­lıq eti­qad­la­rı­na da sə­mi­mi rəğ­bət, hu­ma­nist-bə­şə­ri mü­na­si­bət var­dır.
Ə.­Mi­rəh­mə­dov Azər­bay­can şair­lə­ri­nin poe­zi­ya­sın­da tə­rən­nüm olu­nan ide­ya­la­rın bir ço­xu­nun türk su­fi dün­ya­gö­rü­şü, o cüm­lə­dən yə­sə­vi­lik­lə bağ­lı ol­du­ğu­nu ye­ni el­mi ba­xış bu­ca­ğın­dan təh­lil edir. Ali­min dü­şün­cə­si­nə gö­rə Yə­sə­vi ilə or­ta əsr Azər­bay­can şair­lə­ri­ni doğ­ma­laş­dı­ran əsas amil ila­hi mə­həb­bət kon­sep­si­ya­sı ol­muş­dur. Bu fik­ri əsas­lan­dır­maq üçün ta­ri­xi-mü­qa­yi­sə­li və ti­po­lo­ji təd­qi­qat me­tod­la­rın­dan is­ti­fa­də edən müəl­lif ya­zır: “Ni­za­mi ilə yə­sə­vi­lik ara­sın­da­kı fik­ri qo­hum­luq və səs­ləş­mə­lər mə­həb­bət fəl­sə­fə­sin­də, on­la­rın ha­lal, doğ­ma eti­qa­dın­da, el­mə və ali­mə eh­ti­ram­da, ha­be­lə hər iki sə­nət­ka­rın tez-tez mü­ra­ciət et­di­yi Qu­ran eh­ka­mın­da, di­ni, mi­fo­lo­ji, folk­lor su­rət­lə­ri və ifa­də­lə­rin­də nə­zə­rə çar­pır”. (“Ə­də­biy­yat qə­ze­ti”, 1993, 17 de­kabr, ¹ 49-50, s. 2).
Ə. Mi­rəh­mə­dov yə­sə­vi­li­yin Nə­si­mi, Fü­zu­li, Əs­sar, Vi­da­di, Nə­ba­ti, Va­zeh ya­ra­dı­cı­lı­ğı­na tə­si­ri­ni və ad­la­rı çə­ki­lən şair­lə­rin əsər­lə­rin­də yə­sə­vi­li­yin tə­za­hü­rü­nü də ey­ni təd­qi­qat me­tod­la­rı ilə or­ta­ya çı­xa­rır. Be­lə ya­naş­ma üsu­lu ona Yə­sə­vi ilə Azər­bay­can şair­lə­ri­nin tək­cə bir­lə­şən nöq­tə­lə­ri­ni, ti­po­lo­ji ey­niy­yə­ti­ni de­yil, ay­rı­lan qol­la­rı­nı, özü­nə­məx­sus­lu­ğu­nu da gör­mə­yə və ay­dın­laş­dır­ma­ğa im­kan ve­rir. Bu key­fiy­yət ali­min Yə­sə­vi-Ni­za­mi, Yə­sə­vi-Nə­si­mi, Yə­sə­vi-Fü­zu­li, Yə­sə­vi-Nə­ba­ti, Yə­sə­vi-Va­zeh mü­na­si­bət­lə­ri­nə da­ir mü­la­hi­zə­lə­rin­də ay­dın gö­rü­nür. Yə­sə­vi­li­yin XIX əsr Azər­bay­can poe­zi­ya­sın­da ək­si, bu dövr­də ya­şa­yıb fəa­liy­yət gös­tər­miş şair­lə­rin Yə­sə­vi fi­kir­lə­rin­dən bəh­rə­lən­mə yol­la­rı və üsul­la­rı haq­qın­da Ə.­Mi­rəh­mə­do­vun söy­lə­dik­lə­ri isə ədə­biy­yat­şü­nas­lıq­da ye­ni söz ki­mi səs­lə­nir.
Mə­qa­lə­də F. Kör­pü­lü­za­də­yə is­ti­na­dən söy­lə­nən gə­rək­li və el­mi pers­pek­ti­vi olan fi­kir­lər­dən bi­ri də be­lə­dir: “Türk­lər və qis­mən də fars­lar ara­sın­da tə­səv­vüf ide­ya­la­rı­nın ya­yıl­ma­sın­da aşıq və də­də­lər­dən da­ha ar­tıq rol, şüb­hə­siz, din eş­qi ilə si­lah­lan­mış dər­viş­lə­rə aid­dir. Kö­çə­ri türk­lər mü­hi­ti­nə is­la­mi tə­səv­vüf əqi­də­lə­ri­ni ən çox bun­lar gə­tir­miş­lər... O əsr­lər­də xal­qa cən­nət və səa­dət yol­la­rı­nı gös­tə­rən dər­viş­lə­ri türk­lər əs­ki­dən di­ni bir qüd­rət , qüd­siy­yət ver­dik­lə­ri ozan­la­ra bən­zə­də­rək, hə­ra­rət­lə qə­bul edir, de­dik­lə­ri­nə ina­nır­dı­lar... Ol­sun ki, bir za­man­lar dər­viş­lə­rin ulu ba­ba­la­rı Tür­ki­yə və baş­qa Şərq öl­kə­lə­ri ki­mi, Azər­bay­can­da da cid­di si­ya­si və di­ni iş­lər gör­müş­lər”.
Bu mə­sə­lə folk­lor­şü­nas - alim Bəh­lul Ab­dul­la­nın Tür­ki­yə­də çap olun­muş “Yə­sə­vi­lik və Azər­bay­can­da şa­man-dər­viş mə­də­niy­yə­ti” mə­qa­lə­sin­də da­ha ət­raf­lı təh­li­lə cəlb edi­lir. Xo­ca­nın ya­şa­yıb fəa­liy­yət gös­tər­di­yi döv­rün ic­ti­mai-ta­ri­xi sə­ciy­yə­si­ni ve­rən B. Ab­dul­la qay­naq­la­ra söy­kə­nə­rək “99 min mü­ri­di olan” və bö­yük şa­ir ki­mi ta­nı­nan Əh­məd Yə­sə­vi­ni həm də “mö­cü­zə­lər gös­tər­mək qüd­rə­ti tap­mış və öv­li­ya mər­tə­bə­si­nə ucal­mış şa­man” he­sab edir. Be­lə dü­şü­nür ki, əgər İs­lam di­ni Türk el­lə­ri­nə ya­yıl­ma­say­dı, on­da “Əh­məd Şeyx İb­ra­him oğ­lu da qo­puz-ozan sə­nə­ti us­ta­dı Də­də Qor­qud tək bir sə­nət­kar, şəx­siy­yət olar­dı. Onun ki­mi (Də­də Qor­qud ki­mi - Z.Ə.) qo­pu­zu dil­lən­di­rər, onun ki­mi boy boy­la­yıb söy söy­lə­yər, onun ki­mi şa­man­çı­lıq da edər­di.”
A­raş­dı­rı­cı öz fi­kir­lə­ri­ni əsas­lan­dır­maq üçün Əh­məd Yə­sə­vi­nin “sehr et­mək mə­ha­rə­ti­nə” və “mö­cü­zə gös­tə­rə bil­mək qa­bi­liy­yə­ti­nə” is­ti­nad edir. Mə­lum­dur ki, hə­min key­fiy­yət­lər Qor­qud Ata (Də­də Qor­qud) üçün də sə­ciy­yə­vi­dir. Elə bu­na gö­rə təd­qi­qat­çı­nın Də­də Qor­qud­la Xo­ca Əh­məd Yə­sə­vi­nin ti­po­lo­ji ya­xın­lı­ğı, şa­man dər­viş­lər­lə tə­ri­qət dər­viş­lə­ri­nin fər­qi, Azər­bay­can mü­hi­tin­də qar­şı­la­şan bu dər­viş­lə­rin konf­likt­li mü­na­si­bə­ti, şa­man dər­viş­lə­ri­nin ca­du­gər və cin­dar­la­ra trans­for­mu, nə­ha­yət, M.F. Axund­za­də və H.Ca­vid ki­mi sə­nət­kar­la­rın əsər­lə­rin­də təs­vir olu­nan dər­viş su­rət­lə­ri­nin ge­nea­lo­gi­ya­sı haq­qın­da mü­la­hi­zə­lə­ri el­mi ori­ji­nal­lıq kəsb edir və ye­ni təd­qi­qat­lar üçün pers­pek­tiv­li gö­rü­nür.
Xo­ca­nın yu­bi­le­yi­nin bö­yük tən­tə­nə ilə qeyd olun­du­ğu za­man onun tə­li­mi­nin (yə­sə­vi­li­yin) ide­ya-fəl­sə­fi ma­hiy­yə­ti, di­ni-mə­nə­vi kök­lə­ri, bü­tün Türk dün­ya­sın­da sü­rət­lə ya­yıl­ma­sı­nın sə­bəb­lə­ri haq­qın­da Azər­bay­can ədə­biy­yat­şü­nas­la­rı­nın söy­lə­di­yi konstruk­tiv fi­kir­lə­ri yük­sək el­mi-nə­zə­ri və ye­ni me­to­do­lo­ji sə­viy­yə­də məş­hur ədə­biy­yat­şü­nas Ya­şar Qa­ra­yev ümu­mi­ləş­dir­miş­dir. Həm­kar­la­rı­nın ək­sə­riy­yə­tin­dən fərq­li ola­raq o, yə­sə­vi­li­yi dar, məh­dud çər­çi­və­də de­yil, ge­niş kul­tu­ro­lo­ji miq­yas­da də­yər­lən­di­rir. Müəl­li­fə gö­rə: “Yə­sə­vi­lik - hər şey­dən əv­vəl kül­tür ha­di­sə­si­dir, türk­lü­yün si­vi­li­za­si­ya­ya ver­di­yi di­ni-mə­nə­vi də­yər və sər­vət­dir.” Özü də bu sər­vət - su­fi­lik Yə­sə­vi­dən son­ra türk­ləş­mə­yib, ək­si­nə, Yə­sə­vi­nin fəa­liy­yə­ti ilə hə­qi­qi sa­hi­bi­nə - tür­kün özü­nə qa­yı­dıb: “Ə­gər tə­səv­vüf­dən əv­vəl Qor­qud ol­ma­sa idi... Yə­sə­vi bu qə­dər tez ye­tiş­məz­di, əgər şa­man-ozan ənə­nə­si ol­ma­sa idi, dər­viş-ərən ənə­nə­si bu qə­dər küt­lə­vi hal ala bil­məz­di. Həm is­lam əx­la­qı­na, həm də tə­səv­vüf fəl­sə­fə­si­nə bir doğ­ma­lıq və ya­xın­lıq tür­kün ru­hun­da və fit­rə­tin­də əzəl­dən də var idi.” (Ya­şar Qa­ra­yev. Ta­rix: ya­xın­dan və uzaq­dan. B., 1996, s. 30).
Yə­sə­vi­nin və yə­sə­vi­li­yin Azər­bay­can ic­ti­mai-si­ya­si, ədə­bi-mə­də­ni və bə­dii-es­te­tik fik­ri­nə nü­fu­zu, Nə­si­mi, Xə­tai, Fü­zu­li ki­mi klas­sik şair­lə­rin, ha­be­lə Qur­ba­ni, Mis­kin Ab­dul­la, Ab­bas Tu­far­qan­lı, Ələs­gər və b. aşıq­la­rın əsər­lə­rin­də­ki tə­səv­vü­fi mo­tiv­lə­rin kök­lə­ri, Azər­bay­can aşıq poe­zi­ya­sın­da tə­rən­nüm olu­nan tə­ri­qət sev­da­sı­nın yə­sə­vi­lik­lə əla­qə­si də Y.Qa­ra­ye­vin təd­qi­qa­tın­da ye­ni ba­xış bu­ca­ğın­dan izah edi­lir.
A­zər­bay­can­da si­ya­si - döv­lət müs­tə­qil­li­yi­nin bər­pa­sı mə­nə­vi-bə­dii mə­də­niy­yə­tə, elə­cə də klas­sik şair­lə­rin ya­ra­dı­cı­lı­ğı­na el­mi ba­xı­şın da is­ti­qa­mə­ti­ni xey­li də­yi­şir. Ədə­biy­yat­şü­nas - alim­lər, bir tə­rəf­dən qa­da­ğan sa­hə­lə­rə yol açır, di­gər tə­rəf­dən əv­vəl­lər söy­lə­dik­lə­ri səhv fi­kir­lə­rə dü­zə­liş ve­rir, bö­yük sə­nət­kar­la­rın əsər­lə­ri­ni, on­la­rın ədə­biy­yat və ic­ti­mai-fəl­sə­fi fi­kir, di­ni dü­şün­cə və eti­qad­lar ta­ri­xin­də möv­qe­yi­ni ta­ri­xi­lik prin­si­pi əsa­sın­da ye­ni­dən qiy­mət­lən­di­rir­lər. Bu mə­ziy­yət­lər öz ifa­də­si­ni Yə­sə­vi ir­si­nə mü­na­si­bət­də də ta­pır. Vax­ti­lə Xo­ca­nın əsər­lə­ri­ni mür­tə­ce ide­ya­lar ya­yan hik­mət­lər sa­yan Pə­nah Xə­li­lov bu də­fə mü­tə­fək­ki­rin ya­ra­dı­cı­lı­ğı­na el­mi ob­yek­tiv­lik­lə ya­na­şır və əv­vəl­ki fi­kir­lə­ri­nin tam ək­si­ni ya­zır: ”Əh­məd Yə­sə­vi hik­mət­lə­ri­ni bə­zən nəqş­bən­di­li­yə qar­şı qo­yub mür­tə­ce gö­rüş­lər ki­mi qiy­mət­lən­di­rən­lər də ol­muş­dur. Or­ta Asi­ya və Tür­küs­tan­da nü­fuz qa­za­nan su­fi şai­ri­nə be­lə mü­na­si­bət bir­tə­rəf­li­dir. Ə.­Yə­sə­vi şei­rin­də pə­ri­şan­lıq, na­ra­zı­lıq, şi­ka­yət mo­tiv­lə­ri güc­lü­dür. Bu mo­tiv­lər onun za­hid­li­yin­dən, bə­şə­ri-dün­yə­vi iş­lə­rə bi­ga­nə­li­yin­dən irə­li gəl­mə­miş­dir. Dün­ya­da əda­lət və haqq ax­ta­ran, in­san­dan ali­cə­nab­lıq, var­lı­dan sə­xa­vət, şah­dan əda­lət və in­saf göz­lə­yən şa­ir əks şey­lər gö­rən­də “dün­ya mə­nim­dir” de­yən hökm­dar­la­rı, ac­göz adam­la­rı, sax­ta­kar ru­ha­ni­lə­ri çə­kin­mə­dən pis­lə­yir­di”. (Pə­nah Xə­li­lov. Türk xalq­la­rı­nın və Şər­qi slav­yan­la­rın ədə­biy­ya­tı. Bi­rin­ci ki­tab. B., 1994, s. 229).
A­zər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğın­da Yə­sə­vi haq­qın­da ilk mo­noq­ra­fik təd­qi­qa­tı dok­tor Fü­zu­li Ba­yat yaz­mış­dır: “Xo­ca Əh­məd Yə­sə­vi və xalq su­fiz­mi­nin bə­zi prob­lem­lə­ri” (B,1997). Özü­nə­qə­dər­ki ədə­bi-fi­lo­lo­ji fik­rin, xü­su­si­lə F.Köp­rü­lü, Ə.­Ka­bak­lı, N.Ba­nar­lı, K.Erars­lan, ha­be­lə V.Bar­told, V.Qord­levs­ki, E.­Ber­tels, N.A­lek­se­yev, O.­Su­xa­re­va ki­mi ta­nın­mış alim­lə­rin su­fizm, şa­man­çı­lıq, müx­tə­lif di­ni tə­ri­qət­lər, inanc­lar, et­noq­ra­fik gö­rüş­lər haq­qın­da əsər­lə­ri­nə is­ti­na­dən ya­zıl­mış bu ki­tab­da Ə. Yə­sə­vi­nin döv­rü, hə­ya­tı, mü­tə­fək­kir şai­rin adı ilə bağ­lı ya­ran­mış tə­ri­qə­tin fəl­sə­fi ma­hiy­yə­ti, Yə­sə­vi­nin tə­rən­nüm et­di­yi eş­qin mə­na­sı haq­qın­da mü­fəs­səl mə­lu­mat ve­ril­miş, baş­qa tə­ri­qət­lər­də ol­du­ğu ki­mi, yə­sə­vi­lik­də də eş­qin haq­qı dərk et­mək, ona yet­mək, qo­vuş­maq yo­lu ol­ma­sı ba­rə­də kon­sep­si­ya ye­ni­dən izah və təs­diq olun­muş­dur. Müəl­li­fə gö­rə, türk tə­ri­qət­çi­li­yi Yə­sə­viy­yə ilə baş­lan­mış “xalq su­fiz­mi şək­lin­də Vol­qa­bo­yun­da, Xa­rəzm və Türk­mə­nis­tan­da, Xo­ra­san­da, Qır­ğı­zıs­tan­da, Ön Asi­ya­da ge­niş ya­yıl­mış­dır”. Ma­ya­sı türk­lük, mü­qəd­dəs­lik, azad­lıq, de­mok­ra­ti­ya, hu­ma­nizm ki­mi bə­şə­ri hiss və duy­ğu­lar­dan yo­ğu­rul­muş bu tə­ri­qə­tin sü­lu­ku Xo­ca­nın “Di­va­ni-hik­mət” və “Fəqr­na­mə” əsər­lə­rin­də (bi­rin­ci­də - poe­tik, ikin­ci­də - el­mi şə­kil­də) şərh edil­miş­dir. Fü­zu­li Ba­yat bu əsər­lər­dən bi­ri - “Di­va­ni-hik­mət” haq­qın­da qis­mən əha­tə­li söh­bət aç­mış, ora­da­kı şeir­lə­rin for­ma, üs­lub xü­su­siy­yət­lə­ri­ni el­mi təh­lil­dən ke­çir­miş­dir.
Biz­cə, ki­ta­bın ən ma­raq­lı və ori­ji­nal his­sə­si, ümu­miy­yət­lə, türk su­fiz­mi­nin, özəl­lik­lə yə­sə­vi­li­yin əs­ki şa­man­çı­lıq­la əla­qə­lə­ri­nin iza­hı­na həsr olun­muş sə­hi­fə­lər­dir. Bu sə­hi­fə­lər­də türk su­fiz­mi­ni qə­dim türk qöv­mi dün­ya­gö­rü­şü­nün ye­ni for­ma­sı ki­mi təq­dim edən təd­qi­qat­çı yə­sə­vi­li­yə şa­man­çı­lıq­dan gə­lən əla­mət­lə­ri ay­dın­laş­dı­rır. O, yə­sə­vi­li­yi türk şa­man­çı­lı­ğı­nın ye­ni şə­rait­də (is­la­miy­yət döv­rün­də) da­va­mı he­sab edir. Mə­lum­dur ki, türk su­fi­lə­ri öz­lə­ri­nin əs­ki-qə­dim inam­la­rı­nı ya­şa­dıq­la­rı döv­rün di­ni-si­ya­si tə­ləb­lə­ri­nə uy­ğun­laş­dı­rır­dı­lar; türk tək­kə­lə­ri şa­man dün­ya­gö­rü­şü­nü ye­ni mü­hi­tə adap­tə edir, ey­ni za­man­da, yə­sə­vi xo­ca­la­rı və ata­la­rı da öz tə­ri­qət­lə­ri­ni ya­yar­kən şa­man­çı­lı­ğın düs­tur­la­rı­na söy­kə­nir­di­lər. Özü də şa­man-su­fi (yə­sə­vi) mə­də­niy­yət­lə­ri­nin ox­şar­lı­ğı on­la­rın həm da­xi­li-məz­mun, həm də za­hi­ri-for­ma qa­tın­da gö­rü­nür. F. Ba­yat bu qat­la­rın hər bi­ri­ni konk­ret müd­dəa­lar­la şərh edir.
A­zər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğın­da Yə­sə­vi şəx­siy­yə­ti­nə el­mi ma­raq XXI əs­rin baş­lan­ğı­cın­da da­ha da ço­xa­lır. Məş­hur ədə­biy­yat­şü­nas Ya­şar Qa­ra­yev “A­zər­bay­can ədə­biy­ya­tı: XIX və XX yü­zil­lər” (B., 2002) ki­ta­bın­da Yə­sə­vi­ni türk­lü­yü və onun va­hid mə­nə­vi-əx­la­qi, bə­dii-fəl­sə­fi kül­tür mə­ka­nı­nı ya­ra­dan və qo­ru­yub sax­la­yan bi­rin­ci “öv­li­ya - me­mar” ki­mi də­yər­lən­di­rir. Bu də­yə­rin mə­na­sı, el­mi san­ba­lı və haq­qauy­ğun­lu­ğu isə öz ifa­də­si­ni Xo­ca­nın türk­lü­yə xid­mə­ti və türk­lük ta­ri­xin­də möv­qe­yi ba­rə­də ali­min izah­la­rın­da ta­pır: “Bir ideo­loq, mü­tə­fək­kir və şa­ir ki­mi Şeyx Əh­məd Yə­sə­vi­nin ağıl və kö­nül gü­cü on­da ol­du ki, o, tə­səv­vüf­lə tə­səv­vü­fə qə­dər­ki tür­kün ru­hu, dün­ya­gö­rü­şü, məi­şə­ti, hə­yat tər­zi ara­sın­da fit­ri, tə­bii ahən­gi də tu­ta bil­di; ona yal­nız mil­li (qöv­mi) tə­fək­kür yox, həm də mil­li dil, mil­li üs­lub, for­ma, vəzn bi­çi­mi ver­di. Mil­li ça­lar­la­rı hət­ta tə­səv­vü­fü yay­ma­ğın, təb­liğ elə­mə­yin tər­zin­də, üs­lu­bun­da qo­ru­yub sax­la­dı... Bu­nun üçün Əh­məd Yə­sə­vi, hər şey­dən əv­vəl, ha­kim, rəs­mi dil ənə­nə­si­ni - ərəb­cə­ni, fars­ca­nı bir tə­rə­fə at­dı, xal­qa öz sö­zü­nü xal­qın öz ov­qa­tın­da, ru­hun­da, öz ana-ba­ba, el-oba, xe­yir-şər, toy-ma­ğar, qo­puz-saz di­lin­də və üs­lu­bun­da çat­dır­dı; ye­nə də ha­kim rəs­mi poe­ti­ka­nı, üs­lub, vəzn ənə­nə­si­ni - əru­zu, sər­bəs­ti bir tə­rə­fə at­dı, xal­qa öz mah­nı­sı­nı xal­qın öz vəz­nin­də - he­ca­da, saz­da, qoş­ma­da, ba­ya­tı­da çat­dır­dı”.
Son il­lər­də Yə­sə­vi­nin adı Azər­bay­can fəl­sə­fə­şü­nas­la­rı­nın əsər­lə­rin­dən və çox­cild­lik ədə­biy­yat ta­ri­xin­dən də ke­çir. Yu­sif Rüs­tə­mov türk su­fi­lə­ri və tə­ri­qət­lə­ri haq­qın­da bəhs edər­kən, yə­sə­vi­li­yin də ma­hiy­yə­ti­ni aça­raq, onun ya­yıl­ma area­lı haq­qın­da mə­lu­mat ve­rir. Nə­sib Gö­yü­şov Yə­sə­vi tə­li­mi­nin kök-qay­naq eti­ba­ri­lə dər­viş­lik ru­hun­dan qi­da­lan­dı­ğı­nı, Yu­sif Hə­mə­da­ni­yə söy­kən­di­yi­ni, Tür­küs­tan­da ir­fan yo­lu­nun Yə­sə­vi ilə baş­lan­dı­ğı­nı və onun tə­si­ri­nin Azər­bay­can­da ge­niş ya­yıl­dı­ğı­nı bil­di­rir. “A­zər­bay­can ədə­biy­ya­tı ta­ri­xi”­nin so­nun­cu nəş­rin­də isə dok­tor Q. Kənd­li Yə­sə­vi­nin adı­nı çə­kə­rək, onu Xa­qa­ni ilə mü­qa­yi­sə edir.2
Be­lə­lik­lə, Azər­bay­can öz si­ya­si müs­tə­qil­li­yi­ni bə­yan et­dik­dən son­ra öl­kə­də Yə­sə­vi ir­si­nin öy­rə­nil­mə­si­nə el­mi ma­raq ye­ni vü­sət alır; onun adı tez-tez xa­tır­la­nır, “Di­va­ni-hik­mət" ki­ta­bı Ba­kı­da nəşr edi­lir. Xalq ya­zı­çı­sı Anar, pro­fes­sor­lar­dan To­fiq Ha­cı­yev, Ka­mil Və­li Nə­ri­ma­noğ­lu, Ni­za­mi Cə­fə­rov, ədə­biy­yat­şü­nas Arif Əm­ra­hoğ­lu və baş­qa­la­rı türk xalq­la­rı­nın kül­tür ta­ri­xin­də Xo­ca­nın möv­qe­yi­nə da­ir tə­ra­vət­li fi­kir­lər söy­lə­miş­lər. La­kin bü­tün bun­la­ra bax­ma­ya­raq “Yə­sə­vi və Azər­bay­can” möv­zu­su hə­lə də özü­nün ha­zır­lıq­lı təd­qi­qat­çı­sı­nı və əha­tə­li, kon­sep­tual təh­li­li­ni göz­lə­yir.