Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Nisə BƏYİM
,,ÜRƏK“ SİMFONİYASI
Poema


Hü­seyn­ba­la Mİ­RƏ­LƏ­MOV
QUM­RU YU­MUR­TA­LA­RI
Povest


Yafəs TÜRKSƏS
Fəxrəddin ƏSƏD


Əlizadə NURİ
Ələskər HƏSƏNLİ


Elçin HÜSEYNBƏYLI
QAÇAQ QOCALAR
İki hissəli pyes


Zaur QULİYEV
Mirsəyyaf ZAMANLI
İSA SEVƏR


Kamran NƏZİRLİ
İki hekayə


Feyziyyə
Vüsal NURİ
Xəyalə SEVİL


Sə­ki­nə MAQ­SUD
İ­SA MU­ĞAN­NA: BƏ­Dİİ SÖ­ZÜN BÖ­YÜK YA­RA­DI­CI­SI


GÖR­KƏM­Lİ SA­BİR­ŞÜ­NAS


Za­man ƏS­GƏR­Lİ
KÖ­NÜL­LƏ­RİN FA­TE­Hİ - ƏH­MƏD YƏ­SƏ­Vİ


Di­la­rə MƏM­MƏ­DO­VA
NƏ­CƏF­BƏY VƏ­Zİ­RO­VUN “PA­LID” ƏSƏ­Rİ


AXTARIŞLAR, TAPINTILAR
 

Di­la­rə MƏM­MƏ­DO­VA
NƏ­CƏF­BƏY VƏ­Zİ­RO­VUN “PA­LID” ƏSƏ­Rİ


 

Gör­kəm­li Azər­bay­can ya­zı­çı­sı və dra­ma­tur­qu Nə­cəf­bəy Və­zi­rov (1854-1926) ey­ni za­man­da, həm də tə­bi­ət­şü­nas-alim ki­mi də ta­nın­mış­dı. Nə­cəf­bəy­də bu el­mə ma­raq Ba­kı Re­al­nı gim­na­zi­ya­da oxu­yar­kən ya­ran­mış­dı. Gim­na­zi­ya­da Nə­cəf­bə­yin tə­bi­ət mü­əl­li­mi, ilk Azər­bay­can qə­ze­ti “Əkin­çi”nin (1875-1877) re­dak­to­ru Hə­sən­bəy Mə­li­kov Zər­da­bi ol­muş­dur. Nə­cəf­bəy gim­na­zi­ya­da oxu­du­ğu müd­dət­də da­im mü­əl­li­mi ilə əla­qə sax­la­yır, Azər­bay­can­da “Xey­riy­yə cə­miy­yə­ti”nin ya­ran­ma­sın­da, cə­miy­yə­tə pul və­sai­ti­nin yı­ğıl­ma­sın­da, Ba­kı­da dram te­at­rı­nın bi­na­sı­nın qo­yul­ma­sın­da (“Ha­cı Qa­ra”-1873) onun­la əmək­daş­lıq edir­di. Gim­na­zi­ya­da təh­sil il­lə­rin­də o, tə­bi­ət el­mi­ni sev­miş və bu hə­vəs­lə Moskva­da Pet­rovski (Son­ra­lar Ti­mir­ya­zev) adı­na Kənd Tə­sər­rü­fa­tı Aka­de­mi­ya­sı­na da­xil ol­muş­dur (1874-1878). Aka­de­mi­ya­nı bi­ti­rən­dən son­ra Nə­cəf­bəy Azər­bay­ca­na gəl­miş, Ye­li­za­ve­t­pol qu­ber­ni­ya­sının (Gən­cə qu­ber­ni­ya­sı) Di­li­can me­şə sa­hə­sin­də me­şə­çi-den­d­ro­loq və­zi­fə­sin­də iş­lə­miş­dir.
N.Və­zi­rov Di­li­can­da iş­lə­yər­kən ədə­bi ya­ra­dı­cı­lıq­la ya­na­şı, me­şə­də bi­tən ağac­lar və bit­ki­lər üzə­rin­də də mü­şa­hi­də­lər apar­mış, Azər­bay­can me­şə­lə­ri­nə həsr olun­muş “Pa­lıd” (Azərb.MEA. Fü­zu­li adı­na Əl­yaz­ma­lar İnsti­tu­tu, N.Və­zi­ro­vun ar­xi­vi, inv. N 20) ad­lı el­mi əsə­ri­ni yaz­mış­dır. 110 sə­hi­fə­dən iba­rət olan bu əl­yaz­ma­sın­da Nə­cəf­bəy me­şə­də bi­tən ağac­la­rın xüsu­siy­yə­ti, nö­vü, on­la­rın tər­ki­bi haq­qın­da mü­la­hi­zə­lə­ri­ni ya­zıb top­la­mış, la­kin nəşr et­dir­mə­miş­di. Bu­ra­da pa­lıd, fıs­tıq, qoz ağa­cı, qı­zıl ağac, qo­vaq, Qa­ra ağac, ağ­ca­qa­yın, cö­kə, şam ağa­cı, sə­nu­bər və b. ağac­la­rın bi­o­lo­ji xü­su­siy­yət­lə­ri, tə­sər­rü­fat əhə­miy­yə­ti haq­qın­da el­mi mə­lu­mat­lar var­dır. “Pa­lıd” Azər­bay­can­da nə­ba­tat və me­şə­çi­li­yə həsr olun­muş ilk el­mi əsər ki­mi də­yər­li­dir.
N.Və­zi­rov “Pa­lıd” əsə­rin­də Di­li­can me­şə­sin­də mü­şa­hi­də et­di­yi ay­rı-ay­rı bit­ki­lə­rin qu­ru­lu­şu və bi­o­lo­ji xü­su­siy­yət­lə­rin­dən, me­şə bit­ki­lə­ri­nin bir-bi­ri­lə qar­şı­lıq­lı mü­na­si­bət­lə­rin­dən bəhs edir. Bu­ra­da iq­lim, işıq, rü­tu­bət, tor­paq ki­mi xa­ri­ci mü­hi­tin tə­si­rin­dən mi­sal­lar gə­ti­ri­lir, bü­tün mə­sə­lə­lər el­mi əsas­lar­la izah edi­lir. Bu əsə­ri ya­zar­kən o, gə­lə­cək­də Azər­bay­ca­nın baş­qa böl­gə­lə­rin­də me­şə sər­vət­lə­ri­ni də öy­rən­mək ar­zu­sun­da ol­du­ğu­nu bil­di­rir­di.
Azər­bay­can­da Ç.Dar­vi­nin adı­nı və onun üz­vi aləm haq­qın­da olan nə­zə­riy­yə­sin­dən ilk də­fə Azər­bay­can­da söz açan Hə­sən­bəy Zər­da­bi, son­ra isə onun tə­lə­bə­si N.Və­zi­rov ol­muş­lar. Nə­cəf­bəy ağac­la­rın nə­sil­ver­mə qa­bi­liy­yə­tin­dən da­nı­şar­kən ya­zır­dı: “Biz gö­rü­rük ki, mü­ba­ri­zə döv­rün­də an­caq qa­lib gə­lən ağac özün­dən son­ra öv­lad qo­yub ge­dir. Bu kə­bir Dar­vin­dən bi­zə qa­lan qa­nun­dur”. Nə­cəf­bəy bit­ki­lə­rin xa­ri­ci mü­hit­lə qar­şı­lıq­lı əla­qə­si­ni el­mi nöq­te­yi-nə­zər­dən izah edir­di. “Ağac­la­rı is­ti yer­lər­dən so­yuq yer­lə­rə və so­yuq yer­lər­dən is­ti ye­rə kö­çü­rən­də, on­la­rın xa­siy­yət­lə­ri təğ­yir ta­pır” və ya­xud da “nə qə­dər tor­paq qüv­vət­li ol­sa, bir o qə­dər pöh­rə ver­mək qa­bi­liy­yə­ti ağac­lar­da uza­nır”.
Nə­cəf­bə­yin ay­rı-ay­rı ağac­la­rın bi­o­lo­ji xü­su­siy­yət­lə­ri haq­qın­da olan fi­kir­lə­ri də ma­raq­lı­dır. Bu­ra­da o, pa­lıd ağa­cı­nın tə­sər­rü­fat əhə­miy­yət­li, qiy­mət­li ma­te­ri­al, möh­kəm, da­vam­lı ol­ma­sı haq­qın­da fi­kir­lə­ri­ni izah edir. Pa­lı­dın mil kö­kü tor­pa­ğın çox də­rin­lik­lə­ri­nə get­di­yi­nə gö­rə, şid­dət­li kü­lək­lər onu tor­paq­dan ayı­ra bil­mir. Nə­cəf­bəy fik­ri­ni be­lə izah edir:
“Ağac­lar ara­sın­da pa­lıd bir möh­kəm və qiy­mət­li ağac­dır, öm­rü uzu­nu su­da və qu­ru­da, tə­mi­rat­da, ar­tıq də­rə­cə­də da­vam­lı, əla­və, gö­zəl mad­də­dir. Pa­lıd he­sab edi­lir me­şə­nin zi­nə­ti. Onun əmu­di kö­kü bir sa­jen­dən ar­tıq ye­rə da­xil olur, heç bir tu­fan onu kö­kü ilə yer­dən çı­xa­ra bil­mir. Qa­nad­la­rı qı­rı­lır, am­ma özü da­ya­nır ye­rin­də”.
Azər­bay­can me­şə­lə­rin­də bi­tən, ona zi­nət və gö­zəl­lik ve­rən pa­lıd ağa­cı­nın növ­lə­rin­dən da­nı­şar­kən Nə­cəf­bəy ya­zır­dı: “Bi­zim me­şə­lər­də ne­çə qism pa­lıd ağa­cı var. Am­ma ən məş­hu­ru iki­dir: bi­ri adi pa­lıd (yay­lıq), o bi­ri qış­lıq pa­lıd­dır”. O, əsər­də yay­lıq və qış­lıq pa­lıd ağac­la­rı­nın to­xum, yar­paq, qo­za, kök qu­ru­luş­la­rı və in­ki­şaf xü­su­siy­yət­lə­ri­nə gö­rə bir-bi­rin­dən fərqlən­di­yi­ni də izah edir. “Qış­lıq pa­lı­dın yar­paq­la­rı bü­tün qış bo­yu üs­tün­də qa­lır, ye­ni yar­paq əmə­lə gəl­mə­yin­cə tö­kül­mür. Yay­lıq pa­lı­dın qo­za­la­rı sap­laq­dan ası­lır, qış­lıq pa­lıd isə gö­dək sap­laq­lı­dır, öz bu­da­ğı­na ya­pı­şır”.
Pa­lı­dın to­xu­mun­dan da­nı­şar­kən Nə­cəf­bəy onun iki qa­lın lə­pə­dən iba­rət olub, yaz­da tor­pa­ğa əki­lər­kən iki həf­tə son­ra cü­cə­rib xa­ri­cə çıx­dı­ğı­nı izah edir. Adi pa­lı­dın in­ki­şa­fı­nı izah edər­kən onun on ilə qə­dər ləng bö­yü­mə­si­ni, ağac­da qı­sa bu­daq­la­rın əmə­lə gəl­mə­si­ni izah edən Nə­cəf­bəy, gö­dək bu­daq­la­rın in­ki­şaf et­mə­si­nə ma­ne ol­maq üçün onun ət­ra­fı­na qoz və qa­ra­ğac ki­mi tez bö­yü­yən ağac­la­rın əkil­mə­si­ni məs­lə­hət gö­rür. Çün­ki bu ağac­lar pa­lı­dı həm so­yuq­dan, həm də kü­lək­dən qo­ru­yur. Pa­lıd ağa­cı bu yol­la uzan­dıq­ca, onun ət­ra­fın­da­kı ağac­lar məhv edi­lir. Hət­ta o, pa­lı­dın eni­nə bö­yü­mə­si­nin 150-200 ilə qə­dər da­vam et­di­yi­ni də qeyd edir. Pa­lıd sıx yer­də bi­tən­də 60 il ya­şa­yır, ya­nın­da bi­tən ağac­lar onun in­ki­şa­fı­na ma­ne olur. Əsər­də yay­lıq pa­lı­dın qış­lıq pa­lıd­dan fərqli cə­hət­lə­ri də izah edi­lir: “Yay­lıq pa­lı­dın yar­paq­la­rı gö­dək sap­laq­lı olur. Yar­paq və çi­çək­lə­ri qış­lıq pa­lı­dın çi­çə­yin­dən və yar­pa­ğın­dan 2 də­fə irə­li ha­si­lə gə­lir. Yay­lıq pa­lı­dın kö­kü qış­lıq pa­lı­dın kö­kün­dən də­ri­nə ge­dir, tor­pa­ğın və ha­va­nın is­ti­li­yi­ni se­vir”.
Pa­lıd işı­ğı çox sev­di­yi üçün onun yan bu­daq­la­rı çox­dur, Nə­cəf­bəy bu cür bu­daq­lan­ma­ya ma­ne ol­maq üçün mü­əy­yən təd­bir­lə­rin gö­rül­mə­si­ni məs­lə­hət gö­rür. O, in­şa­at­da is­ti­fa­də edi­lən də­yər­li pa­lıd ağac­la­rı­nın ye­tiş­di­ril­mə­si üçün el­mi məs­lə­hət­lər ve­rir­di.
Nə­cəf­bəy fıs­tıq ağa­cı­nın qu­ru­lu­şu və onun in­ki­şa­fın­dan da­nı­şar­kən qeyd edir­di ki, bu ağac 10 ya­şı­na ki­mi gec bö­yü­yür, 10 ya­şın­dan son­ra bu­daq­la­na­raq uza­nır, 40-50 ya­şı­na ça­tan­da isə sü­rət­lə in­ki­şaf edir. Bu ağa­cın ka­mil kö­kü­nün zə­if, yan kök­lə­ri­nin isə qüv­vət­li in­ki­şaf et­di­yi­ni, kü­lək­lər əsən za­man yı­xıl­dı­ğı­nı qeyd edir:
“Me­şə­yə zi­nət ve­rən ağac­lar­dan bi­ri də fıs­tıq­dır. Fıs­tıq 10 ya­şı­na qə­dər gec əmə­lə gə­lir, son­ra isə şah bu­da­ğı ar­tır, baş­la­yır uza­nıb bu­daq­lan­ma­ğa. Şid­dət­li bö­yü­mə baş­la­yır, 40-50 ya­şı­na ça­tan­da, mil kö­kü qa­baq­ca bir az əmə­lə gə­lir, son­ra an­caq yan kök­lə­ri ar­tır və ta­mam öm­rün­də na­zik üfü­qi qa­lır. Ona gö­rə bərk kü­lə­yə ar­tıq da­vam edə bil­mə­yib yı­xı­lır”.
N.Və­zi­rov fıs­tı­ğın 40 ya­şın­dan son­ra, 60-70 ya­şı­na ça­tan­da çi­çək­lən­di­yi­ni ya­zır. Çi­çək­lə­ri yar­paq­la­rı ilə bir­gə rü­tu­bət­li tor­pa­ğı sev­mir. Onu bu amil­lər­dən qo­ru­maq üçün N. Və­zi­rov bə­zi təd­bir­lər gö­rül­mə­si­ni məs­lə­hət bi­lir: “Ba­la­ca ağac­lar bir ya­şı­na ça­ta­na­dək, ar­tıq is­ti­dən, işıq­dan, so­yuq­dan qor­xur­lar. Mü­ha­fi­zə et­mək üçün on­la­rı ot ilə ör­tür­lər”.
Tozağa­cın­dan bəhs edər­kən Nə­cəf­bəy onun da Azər­bay­can me­şə­lə­rin­də ya­yıl­dı­ğı­nı qeyd edir: “Azər­bay­can me­şə­lə­rin­də tozağa­cı az-az ta­pı­lır, o da dağ­lar­da, me­şə­nin qur­ta­ra­ca­ğın­da. Öm­rü 150 il­dən ar­tıq ol­mur”.
O, tozağa­cı­nın kök­lə­ri­nin qu­ru­lu­şun­dan, işıq və tu­fa­na qar­şı mü­na­si­bə­tin­dən, sə­na­ye­də əhə­miy­yə­tin­dən ət­raf­lı mə­lu­mat ve­rir. Əsər­də mü­əl­lif qı­zı­la­ğac, sö­yüd, qo­vaq, ağ­ca­qa­yın, gö­yüş, çö­kə, şam və sə­nu­bər ki­mi qiy­mət­li ağac­lar­dan, Azər­bay­can me­şə­lə­rin­də bit­mə­sin­dən, on­la­rın bi­o­lo­ji xü­su­siy­yət­lə­rin­dən mə­lu­mat ve­rir və me­şə­çi­li­yin ümu­mi mə­sə­lə­lə­ri­ni də qeyd edir. Nəcəf­bəy ağac­lar­dan bəhs edər­kən onun Azər­bay­can di­lin­də ad­la­rı­nın ya­nın­da rus­ca və la­tın­ca da ad­la­rı­nın tər­cü­mə­si­ni ve­rir­di ki, oxu­cu­lar üçün ay­dın ol­sun.
Əsə­rin ən qiy­mət­li bəhslə­rin­dən bi­ri də “Me­şə­nin hə­yat qüv­və­si” ad­la­nır. Bu­ra­da me­şə­də­ki ağac­lar ara­sın­da­kı qar­şı­lıq­lı mü­na­si­bət­lər­dən, me­şə ağac­la­rı ilə baş­qa yer­də bi­tən ağac­lar ara­sın­da­kı fərq el­mi cə­hət­dən ay­dın­laş­dı­rı­lır. Nə­cəf­bəy me­şə bit­ki­lə­ri­nin ya­şa­maq üçün mü­ba­ri­zə et­mə­sin­dən bəhs edər­kən mü­əy­yən mə­lu­mat­lar ve­rir və gəl­di­yi nə­ti­cə­lə­ri əya­ni su­rət­də sü­but et­mək məq­sə­di­lə 10 ağa­cı əha­tə edən bir cəd­vəl ha­zır­la­yıb gös­tə­rir. Bu cəd­vəl­də ya­şa­yış uğ­run­da mü­ba­ri­zə edən me­şə ağac­la­rı­nı 7 də­rə­cə­yə bö­lür və be­lə nə­ti­cə­yə gə­lir ki, bit­ki­lər top­lu ha­lın­da ya­şa­yar­kən qon­şu­la­rı tə­rə­fin­dən sı­xış­dı­rı­lır: “İc­ti­mai ara­sın­da ağac­la­rın ha­mı­sı az-çox sı­xıl­mış olur­lar, tə­fa­vü­tü mər­tə­bə­də­dir. Ağac­la­rın ara­sın­da elə­lə­ri var ki, çıq­qa­sı bir tə­rəf­dən sı­xı­lıb və elə­lə­ri də var ki, qa­lıb çar­dax al­tın­da, hə­yat­la ölüm ara­sın­da. İşıq çat­ma­yır, ta­am az, axır­da çev­ri­lir qu­ru odu­na”.
Me­şə­də bit­ki­lər ara­sın­da ya­şa­yış uğ­run­da ge­dən mü­ba­ri­zə­dən söz açan N.Və­zi­rov gös­tə­rir ki, ağac­la­rın ha­mı­sı­nın bir boy­da ol­ma­ma­sı üzün­dən, uca­ya qal­xan ağac­lar al­çaq­da qa­lan­la­rın işı­ğı­na ma­ne olur. O, ağac­la­rın me­şə­də tə­ləf ol­ma sə­bə­bi­ni düz­gün izah edə­rək ya­zır: “Ağac­lar tə­ləf olur­lar, on­dan öt­rü ki, me­şə­də işıq və rü­tu­bət tor­paq­dan kə­si­lik ola, xeyr, tə­ləf olur on­dan öt­rü ki, o mad­də­lə­ri qon­şu­la­rı qüv­vət­li olub on­la­rın hə­ya­tın­dan alır­lar”.
Ağac­lar ara­sın­da ya­şa­yış uğ­run­da ge­dən mü­ba­ri­zə­də yaş­lı ağac­la­rın sa­yı­nın çox ol­ma­sı­nı vur­ğu­la­yan Nə­cəf­bəy gös­tə­rir­di ki, bu “mü­ba­ri­zə” ca­van ağac­la­rın in­ki­şa­fı­na ma­ne olur, on­la­rın 95 fa­i­zi tə­ləf olur. Bu­ra­da o, be­lə nə­ti­cə­yə gə­lir ki, cə­miy­yət­də in­san­lar da hə­yat uğ­run­da mü­ba­ri­zə edər­kən güc­lü­lər güc­sü­zü məhv edir. Əsə­rin “Me­şə­nin hə­yat qüv­və­si” ad­lı his­sə­sin­də “ağac­lar ara­sın­da ölüm-di­rim mü­ba­ri­zə­sin­dən” bəhs edən alim be­lə nə­ti­cə­yə gə­lir­di ki, tə­bi­ət­də bu cür can­lı­lar nə­sil ver­mə­yə ma­lik de­yil­dir. Tə­bi­ət­də ya­şa­yış uğ­run­da mü­ba­ri­zə­də qa­lib gə­lən can­lı­lar, öz­lə­rin­dən son­ra nə­sil qo­yub ge­dir­lər, mü­ba­ri­zə­yə uy­ğun­la­şa bil­mə­yən can­lı­lar isə nə­sil ver­mir, məhv olur­lar. Ağac­la­rın bar gə­tir­mə­si­nin də müx­tə­lif ol­du­ğu­nu o, apar­dı­ğı təc­rü­bə­yə əsa­sən izah edir və be­lə nə­ti­cə­yə gə­lir ki, ya­şa­yış sə­viy­yə­si ağac­la­rın bar ver­mə­sin­də ən mü­hüm amil­dir. Me­şə­də gü­nəş şü­a­sın­dan bol-bol is­ti­fa­də edən ağac­lar, baş­qa şərtlər də ol­duq­da 100 fa­iz nə­sil ver­sə­lər də, işıq­dan məh­rum olan ağac­lar nə­sil ver­mə qa­bi­liy­yə­tin­dən məh­rum olur­lar. “Təc­rü­bə gös­tə­rir ki, şam me­şə­sin­də yax­şı to­xum­lu, il­də cür­bə­cür ağac­la­rın bar gə­tir­mək qüvvə­si bə­ra­bər de­yil­dir. Zil­lət­də olan ağac­lar ölür­lər, an­caq qa­lib gə­lən ağac­lar özün­dən son­ra öv­lad qo­yub ge­dib­lər. Bu kə­bir Dar­vin­dən bi­zə qa­lan qa­nun­dur”.
N.Və­zi­rov me­şə­də tək­lik­də, sey­rək yer­lər­də bi­tən ağac­la­rın nis­bə­tən 10-20 il tez ye­tiş­di­yi­ni və bar ver­mə qa­bi­liy­yə­ti­ni açıq­la­dıq­da, bu­nu işıq və qi­da mən­bə­yi­nin çox ol­ma­sı ilə izah edir. Asu­də bi­tən ağac­la­rın ye­tiş­mə qa­bi­liy­yə­ti güc­lü olur, la­kin bun­lar da bir­dən-bi­rə artmır, bu­nun üçün də vaxt və za­man gə­rək­dir. Me­şə­də bi­tən ağac­la­rın asu­də bi­tən ağac­lar­dan boy­ca qı­sa, kök­lə­ri­nin də də­ri­nə get­mə­si­nin zə­if ol­ma­sı haq­qın­da söz açan Nə­cəf­bəy əsas sə­bəb ola­raq, baş­qa ağac­la­rın onu sı­xış­dır­ma­sı­nı, ha­va­dan və tor­paq­dan la­zı­mi qi­da al­ma­ma­sı­nı gös­tə­rir. O, yer üzə­rin­də­ki me­şə­lə­rin, ab-ha­va və tor­pa­ğın müx­tə­lif ol­ma­sı­nı, hə­yat şə­ra­i­ti­nin baş­qa-baş­qa ol­ma­sı­nı tə­bii hal ki­mi izah edir: “Me­şə­də ye­rin şi­mal tə­rə­fi, cə­nub tə­rə­fi, gün ba­tan, gün çı­xan tə­rəf­lə­ri ye­nə də me­şə üçün bir de­yil”.
O, bu fik­ri­ni söy­lə­yər­kən ən çox müx­tə­lif böl­gə­lər­də olan Azər­bay­can me­şə­lə­ri­nin öy­rə­ni­lib araş­dı­rıl­ma­sı­nı gə­lə­cək­də gənclə­rin öh­də­si­nə bu­ra­xır.
N.Və­zi­rov “Me­şə­də ic­ti­ma­i­lə­rin bir-bi­ri­nə tə­si­ri” möv­zu­su­na to­xu­nar­kən ağac­la­rın, hət­ta ic­ti­ma­i­lə­rin bir-bi­ri­nə tə­si­ri­ni izah edir: “Me­şə­lik­də tə­yin olu­nub­dur ki, iki­mər­tə­bə­li ic­ti­ma­i­də, ikin­ci mər­tə­bə­nin ağac­la­rı­nı kə­sib uzaq­laş­dır­dıq­da, əv­və­lin­ci mər­tə­bə­nin ağac­la­rı­nın bö­yü­mə­si yax­şı­la­şır, çün­ki tor­paq ar­tıq olur, ab-ha­va­ya yol ve­ri­lir. Aş­kar mə­lum­dur ki, me­şə­də ic­ti­ma­i­lər ara­sın­da ömür mü­ba­ri­zə­si ge­dir. Ağac­lar ara­sın­da ic­ti­ma­i­lər, qrup­lar, mər­tə­bə­lər ara­sın­da həm­çi­nin”.
“Ağac­la­rın işı­ğa nis­bə­ti” bəh­sin­də N.Və­zi­rov bə­zi ağac­la­rın yax­şı və ya pis bö­yü­yüb in­ki­şaf et­dik­lə­ri­ni mü­şa­hi­də et­miş ağac­la­rı işıq se­vən və sev­mə­yən de­yə iki qru­pa bö­lür. O, izah edir­di ki, cıq­qa­sı qa­lın ağac­lar işı­ğı se­vir, cıq­qa­sı sey­rək ağac­lar isə işı­ğı se­vmir­lər, işıq se­vən ağac­la­rın göv­də­lə­ri tə­miz­lə­nir.
N.Və­zi­rov əsə­rin “Cinsbə­cins ağac­la­rın rü­tu­bə­tə nis­bə­ti” bəh­sin­də bit­ki­lə­rin su­ya olan mü­na­si­bə­ti­nə gö­rə ke­e­ro­fit­lər (qu­raq­lıq se­vən), hid­ro­fit­lər (rü­tu­bət se­vən) və me­zo­fit­lər (mi­ya­nə su se­vən) bit­ki­lər de­yə 2 qru­pa bö­lür və hər qru­pa aid mi­sal­lar gös­tə­rir. O, təc­rü­bə nə­ti­cə­sin­də şam ağa­cı­nın ke­e­ro­fit bit­ki­lər qru­pu­na da­xil ol­ma­sı­nı şərh edir və şa­ba­lıd, pa­lıd, qa­ra ağac, toz ağa­cı­nı da is­ti­li­yə tə­ləb­kar ağac­lar qru­pu­na da­xil edir və bu ağac­la­rı gə­lə­cək­də ye­ni­dən öy­rən­mə­yi məs­lə­hət bi­lir. Nə­cəf­bəy ağac­la­rın ye­ri­ni də­yi­şər­kən, on­la­rın is­ti yer­dən so­yuq ye­rə ke­çi­rən­də və ya ək­si­nə olan­da on­la­rın xa­siy­yə­ti­ni tə­yin edər­kən, mü­hi­tin bit­ki­lər üzə­rin­də əsas tə­sir qüv­və­si ol­du­ğu­nu izah edir.
“Ağac­la­rın tor­paq­da mə­də­ni mad­də­lə­rə nis­bə­ti” böl­mə­sin­də me­şə ağac­la­rı ilə zi­ra­ət bit­ki­lə­ri mü­qa­yi­sə edi­lir və me­şə ağac­la­rı­nın di­gər bit­ki­lə­rə nis­bə­tən tor­paq­da­kı qi­da mad­də­lə­ri­nə az tə­ləb­kar ol­duq­la­rı gös­tə­ri­lir. Çün­ki zi­ra­ət bit­ki­lə­ri əmə­lə gəl­mə­yən tor­paq­lar­da me­şə ağac­la­rı əmə­lə gə­lir. O, me­şə tor­paq­la­rın­da, çə­mən və çöl­də­ki tor­pa­ğa nis­bə­tən üz­vi mad­də­lə­rin çox ol­du­ğu­nu gös­tə­rir.
Nə­cəf­bəy “Ağac­la­rın cəld bö­yü­mə­si” his­sə­sin­də cəd­vəl­lər tər­tib et­miş və sə­bə­bi­ni də izah et­miş­dir. “Ağac­la­rın tö­rə­mə­si” böl­mə­sin­də ağac­la­rın to­xum­lu və to­xum­suz ol­maq­la iki cür ço­xal­ma­la­rı­nı, xa­siy­yət­lə­ri­ni izah edir və gös­tə­rir ki, to­xum­suz pöh­rə gə­lir və sı­xıl­mış ağac­lar tö­rə­nir. O, gös­tərir ki, pöh­rə ver­mək ağa­cın cin­si­nə və ye­ri­nə bağ­lı­dır, tor­paq qüv­vət­li olar­sa, pöh­rə ver­mək qa­bi­liy­yə­ti uza­nır. De­mək, bit­ki­lə­rin ya­şa­ma­sı üçün xa­ri­ci mü­hi­tin və tor­pa­ğın əhə­miy­yə­ti əsas şərtdir.
“Pa­lıd” əsə­ri­nin el­mi əhə­miy­yə­ti bö­yük­dür. Nə­cəf­bəy bu­ra­da me­şə mü­hən­dis­lə­ri üçün ma­raq­lı cəd­vəl­lər, mü­rək­kəb ri­ya­zi düs­tur­lar da ver­miş­dir. Bu əsər Azər­bay­can­da me­şə­çi­li­yin (dendro­lo­gi­ya) əsa­sı­nı təş­kil edir. Nə­cəf­bəy Ba­kı­da Kənd Tə­sər­rü­fa­tı Tex­ni­ku­mun­da mü­dir mü­a­vi­ni iş­lə­miş və tə­bi­ət­dən dərs de­yən ilk azər­bay­can­lı mü­əl­lim ol­muş­dur. O, 1926-cı il­də tex­ni­kum tə­lə­bə­lə­ri­ni Şa­ma­xı­ya, Çu­xur­yurd me­şə­si­nə təc­rü­bə keç­mək üçün apar­mış və ora­da ürək ça­tış­ma­maz­lı­ğı xəs­tə­li­yin­dən və­fat et­miş­dir.